Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Yeni prezident-baş prokuror qovğası-ABŞ-da

ABŞ-da prezident Donald Trampla baş prokuror Uilyam Barr arasında yeni münaqişə törəyib.

Yenixeber.org: Xarici agentliklər xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı özünün Tvitter sosial şəbəkəsindəki mikrobloqunda istədiyi cinayət işinə qarışacağını bəyan edib.

Bununla o, ABŞ-ın baş prokuroru (həm də ədliyyə naziri-red.) Uilyam Barrın Ağ Evdən gələ biləcək hər hansı müdaxilənin yolverilməzliyi barədə söylədiyi sözlərə cavab vermiş olub.

“Baş prokuror Barr mənim ona hansısa cinayət işi barədə xahiş etmədiyimi söyləyib. Lakin bu mənim Prezident kimi qanuni olaraq qarışmayacağım anlamına gəlməz. Mən sadəcə lüzumsuz yerə bu işlərə müdaxilə etməmişəm”,-deyə Trampın tvitində yazılıb.

“Reuters” agentliyinin məlumatına əsasən baş prokuror Uilyam Barr prezidentlə şəxsi söhbətlərində onun tvitlərinin Ədliyyə nazirliyinin işinə mane olduğunu deyib.

Daha sonra Uilyam Barr ABC kanalına müsahibəsində əslində bu xəbəri inkar etməyib. O, Donald Trampın sosial şəbəkədə ölkənin hüquq-mühafizə orqanlarına hücumunun qurumun işini “imkansız” hala gətirdiyini bildirib. “Cənab prezident bu tvitlərinə son qoymalıdır”,-deyə Uilyam Barr cəsarətli çıxış edib.

Baş prokuror jurnalistin prezidentin onun sözlərinə neqativ reaksiya göstərə biləcəyi sualını “əlbəttə” deyə cavablandırıb.
“Lakin heç kim, nə Konqres, nə hansısa qəzetin redaksiyası, nə də prezident mənə təsir göstərə bilməz”,-deyə Uilyam Barr söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam