Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“OYUN QURTARDI”

tramp

ABŞ prezidenti Donald Tramp baş prokuror Uilyam Barrın “Rusiya təhqiqatının” nəticələri haqqında mətbuat konfransından sonra “Taxt oyunları” serialı stilində kollaj dərc edib.

Yenixeber.org: Prezident rəsmi “Twitter” səhifəsində populyar serial üslubunda şəkil yerləşdirib: O, arxası tamaşaçılara tərəf duman buludları qarşısında dayanıb. Şəklin üstündə “Taxt oyunları” üçün xarakterik şriftlərlə yazılıb: “Oyun qurtardı”. Yuxarıda əlavə olunub: “Nifrətçilər və sol radikal demokratlar üçün. Heç bir sövdələşmə. Ədalət məhkəməsinə heç bir əngəlləmə”.

ABŞ-ın baş prokuroru Uilyam Barr bir qədər əvvəl mətbuat konfransında 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı Donald Tramp və ya hər hansı digər amerikalı ilə Rusiyanın hakimiyyət orqanları arasında sövdələşmə olmadığını təsdiqləyib. O,“Rusiyanın ABŞ-da seçki prosesinə müdaxilə cəhdlərinin təbiətini aşkara çıxardığı üçün” xüsusi prokuror Robert Müllerə təşəkkürünü bildirib.

“Xüsusi prokurorun təhqiqatının əsas məqsədi Tramp kampaniyasının və ya onunla əlaqəsi olan hər hansı digər şəxsin 2016-cı ildə keçirilən seçkilərə müdaxilə üçün Rusiya dövləti ilə əlbirliyini və ya öz fəaliyyətlərini koordinasiya etməsini araşdırmaq olub. Xüsusi prokuror Tramp kampaniyası üzvlərinin və Rusiyanın bu istiqamətdə cəhdlərinin aşkarlanmadığını bildirib”, – deyə ABŞ-ın baş prokuroru mətbuat konfransında vurğulayıb.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam