Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“BÖYÜK LAL” İKİNCİ EMOMƏLİ –Tacikistan prezidentinin "Varis" planı

 

Temur Varki

“The Insider”, 31.01. 2020

 

Yenixeber.org: Tacikistan prezidenti Emoməli Rəhmon postsovet məkanında həmkarları ilə ayaqlaşmağa çalışır və “hakimiyyət tranziti” versiyasını həyata keçirməyə hazırlaşır. Nazarbayevdən və Putindən fərqli olaraq, onun birbaşa varisi var – oğlu Rüstəm və yeganə görüləcək iş respublika başçısının rəsmi səlahiyyətlərinin ona əhvil verilməsini təşkil etməkdir. Həm də faktik olaraq “millətin atası” olaraq qalmaqla.

“Böyük lal” ləqəbli Rüstəm Emoməli paytaxt meridir, lakin çox güman ki, mart parlament seçkilərindən sonra spiker kürsüsünü tutacaq və dövlətin ikinci şəxs olacaq.

Artıq payızda demokratik respublika olan ölkədə hakimiyyətin qeyri-konstitusional şəkildə keçidi və sülalə monarxiyasına çevrilmə baş verə bilər.

 

Mütləq hakimiyyətə aparan yol

1992-ci ilin sonlarından etibarən, silahlı şəkildə hakimiyyəti ələ keçirməklə və ilk dəfə xalq tərəfindən seçilən prezident Rəhmon Nəbiyevi hakimiyyətdən uzaqlaşdırandan sonra Emoməli Rəhmon 27 ildir ölkəni idarə edir. Birinci mərhələdə, hələ parlament başçısı statusunda olarkən, prezidentlik ləğv olunub. Bu, qanuni prosedurlara əməl edilmədən, referendumsuz həyata keçirilib. Səbəb – Rəhmon Nəbiyevin rəsmi istefa məktubunun olmaması idi. Ancaq Nəbiyev evində bədənindəki xəsarətlə boğulmuş aşkar edildikdə, Emoməli Rəhmon prezidentlik statusunu bərpa etmək qərarına gəlib.

1994-cü ildə Tacikistanda vətəndaş müharibəsi başlandıqda və o dövrdəki 5 milyon yarım əhalinin 2 milyona yaxını müxtəlif ölkələrə qaçarkən, Emoməli Rəhmon prezident seçkisi keçirib və 4 prezident andından birincisini icra edib.

Rəqibləri onun ilk seçkini uduzduğunu və hətta kommunistyönlü Xalq Xalq Cəbhəsindən olan silahlılar sayəsində seçicilərin keçmiş baş nazir Abdulmalik Abdullocanova səs verdiyini iddia edirlər. Bu və ya digər şəkildə Rəhmonun rəqibi ölkəni tərk etmək məcburiyyətində qalıb.

Prezidentlik ambisiyalarını açıq elan edən və ya özündən şübhələndirən hər kəs Rəhmonun ölümcül düşməni olub. Ən azı 2 şəxs ittiham irəli sürülməklə həbs edilib: uzaqgörən partiya lideri, “Tacikqaz”ın keçmiş rəhbəri Mahmadruzi İsgəndərov və keçmiş sənaye naziri, Yeni Tacikistan Partiyasının qurucusu Zeyd Səidov.

Onların prezidentlə açıq şəkildə rəqabət etmək niyyətində olduğundan şübhələnirdilər.

Konstitusiyanın 6-cı maddəsi hakimiyyətin qəsb olunmasına qəti şəkildə qadağa qoysa da, bu, Emoməli Rəhmonun 25 dekabr 2015-ci il tarixdə “Sülh və Milli Birliyin Qurucusu – Millət Lideri haqqında” qanunu imzalamasına maneə olmayıb. Konstitusiyanın 65-ci maddəsində “Millət Liderinin” qeyri-məhdud sayda prezident olmasına və ölkəni ömürlük idarə etməsinə imkan verən düzəliş edilib.

 

Vunderkind

Lakin sonradan məlum olub ki, Rəhmonun başqa planları var. 22 may 2016-cı ildə onun təşəbbüsü ilə prezidentliyə namizəd üçün yaş həddinin 30-35-ə endirilməsini qanuniləşdirən referendum keçirilib.

Bəzi müşahidəçilər Rəhmonun prezident administrasiyasının rəhbəri və senator olan qızı Ozoda üçün münbit mühit hazırlaşdığını irəli sürüblər, amma indi aydın olur ki, Konstitusiyaya düzəlişlər, bu payızda keçiriləcək növbəti prezident seçkiləri zamanı 32 yaşı tamam olacaq Rüstəm Emoməli üçündür.

Rüstəm Emoməli sürətli və parlaq bir karyera qurub. Ancaq qiyabi təhsilli gənc gömrük generalı, sonralar antikorrupsiya agentliyi rəhbərinin ölkəsi dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir (“Transparency Interntional”-ın siyahısında 180 dövlət arasında 153-cü yer).

İndi Rüstəm Emoməli Düşənbənin meridir və dövlət televiziya kanallarında senzura onun səsini qayçılayır. Şahidlər deyirlər ki, Rüstəm Emoməli atasının nitq keyfiyyətlərini miras almayıb. Mətbuat konfransına və jurnalistlərlə görüşə o, həmişə öz müavinlərini göndərir, çünki jurnalist dairələrində ona “böyük lal” ləqəbi verilib.

Düşənbə meri Rüstəm Emoməlinin rəsmi olaraq atasının Tacikistan Xalq Demokratik Partiyasından (PXDP) şəhər məclisinə namizədliyi irəli sürülüb. Rüstəm utancaqlığını dəf etməlidir, çünki yüksək vəzifəyə sahib olacaq, çox danışmaq məcburiyyətində qalacaq.

Rəhmonun planı buna əsaslanıb ki, Tacikistan Konstitusiyasına görə, yuxarı palatada 33 senatordan 25-i regional, şəhər və rayon məclislərindən seçilir. 3 həftə əvvəl TXDP Rüstəm Emoməlinin şəhər məclisinə namizədliyini rəsmən elan edib. Bununla da parlamentin yuxarı palatasına yol açılıb. Düşənbə Şəhər Şurası deputatının hazırkı mandatı isə martın 1-də başa çatır.

Prezidentin oğlu bu tramplinlə Senata girə biləcək. Martın 1-də hakim TXDP namizədi kimi şəhər məclisi deputatına çevriləcək və martın 27-də yuxarı palataya – Milli Məclisə seçkilər keçiriləcək.

“The İnsider” mənbələri bunu təsdiqləyirlər. Onların sözlərinə görə, 2019-cu ilin sonlarında Prezident Administrasiyası şöbələrinə gizli məktub göndərilib.

Beləliklə, prezident seçkisinə 9 ay qalmış Rüstəm Emoməli dövlətin ikinci şəxsinə çevrilir. Noyabrda keçiriləcək prezident seçkiləri zamanı onun 32 yaşı tamam olacaq. Müşahidəçilər hesab edirlər ki, yayda Emoməli Rəhmon prezident vəzifəsindən istefa verə və ömrü boyu xalqın lideri qala bilər. Sonra Rüstəm Emoməli prezidentliyə namizəd olacaq.

 

“32-20” protokolu

İndi, nəhayət, 24 noyabr 2011-ci il tarixli xüsusi hökumət blokunun iclasında qəbul edilən “32–20” məxfi protokolunun şifrəsisi açılır. Məhz o zaman Emoməli Rəhmon “Varis” əməliyyatından əvvəl müxaliflərini süpürməyə başlayıb.

Bəzi müşahidəçilərə görə, “32-20” protokol nömrəsi təsadüfən seçilməyib. 32 – 2020-ci il prezident seçkiləri ərəfəsində Rüstəm Emoməlinin tamam olacaq yaşıdır.

Sənəddə xüsusi xidmət rəhbərləri də daxil olmaqla, bir sıra dairələrə prezidentin verdiyi göstərişlərin siyahısı əksini tapıb. Məsələn, protokolun ikinci abzası Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinə, Baş Prokurorluğa, Dini İşlər Komitəsinə yerli hakimiyyət orqanları ilə birlikdə, sahibkarlar və məhəllə fəallarını (icmaları) cəlb etməklə, “siyasi fəaliyyətin yerli xəritəsini tərtib etmək, fəaliyyətləri daim izləmək, İslam İntibah Partiyası (İİP), xüsusən onun liderləri və bölmə rəhbərləri, bu partiyanın üzvlərinin tam siyahısını tərtib etmək, dəqiq yerlərini müəyyənləşdirmək və s. tapşırılıb.

Protokolun üçüncü bəndində “1992-ci ildəki mitinqlərdə iştirak edən insanların adlarını, yaşayış yerlərini müəyyən etmək üçün tədbirlər görmək” var. 6-cı abzasda prezidentin dövlət müşaviri Fəttoyevə və müvafiq qurumlara “İİP rəhbərliyinin sözləri və davranışlarına əsasən qanunsuz hərəkətlərini ifşa edən materialların mediada yayımlanması” göstərişi verilib.

Sənəd müxalif dairələrdə partlayan bomba effekti yaradıb. Tanınmış hüquqşünas və hüquq müdafiəçisi Nuriddin Maxkamov “32-20” protokolunun ətraflı təhlilini aparıb. 2012-ci ilin aprelində o, açıq məktubunda ölkə rəhbərliyinin hərəkətlərini qeyri-konstitusion kimi qiymətləndirib və ondan izahat tələb edib.

Uzun sükutdan sonra Baş Prokurorluq “32-20” protokolunun saxta olduğunu bildirib. Maxkamov ekstremizmdə ittiham olunub və 2016-cı ilin sentyabrında 23 il müddətinə azadlıqdan məhrum edilib. O vaxtdan bəri, protokol bir neçə dəfə İnternetdə yayımlanıb, lakin sonra – yəqin ki, Tacikistan hakimiyyətinin təzyiqi ilə – məsələn, Rusiyanın “Zvezda” televiziya kanalının saytında da olduğu kimi, yoxa çıxıb.

 

“Varis” əməliyyatı öncəsi təmizləmə

27 illik hakimiyyəti dövründə Emoməli Rəhmon siyasi rəqabətin demokratik qaydalarına riayət etmək iddiasında ola biləcək bütün əsas qüvvələrə zərbə endirib: basqınlar və zəhərlənmələr, uzun müddətli həbslər, işgəncələr, müxalifət liderlərinə qarşı repressiyalar. Əvvəlcə ziyalılar və xalq arasında məşhur olan “Rəstəxiz” hərəkatı repressiyaya məruz qalıb, sonra Demokratik Partiya, ardınca sələfilər və onların əleyhdarları olan İİP.

2019-cu ildə Rəhmon şiələrə hücum edib, 2020-ci ilin əvvəlində ərəb-Pakistan mədrəsələri və universitetlərinin tacik məzunları təqib olunub. Yanvar ayının sonlarından Tacikistanda sufi təriqətləri nümayəndələrinin tutulması və işgəncələrə məruz qalması barədə məlumat gəlir. Son rəsmi məlumatlara görə, 113 nəfər həbs edilib, amma əslində, dindirilənlərin sayı bir neçə dəfə çoxdur.

Bəzilərinin ifadələrinə görə, əksəriyyət dindirildikdən sonra sərbəst buraxılır, çünki tutulanların saxlanılması üçün yer qalmayıb, bütün təcridxanalar doludur. Eyni zamanda, xüsusi xidmətlər ” səni yenə də çağıracağıq” deyərək evdən çıxmamağı tövsiyə edir.

Saxlanılanlar arasında onlarla universitet müəllimi, tələbə və jurnalist var. Xüsusilə, tanınmış gənc jurnalist-analitik Daler Şaripov bu yaxınlarda yenidən həbs edilib.

Repressiv tədbirlərə məruz qalan qrupların hər biri müəyyən çəkiyə sahibdir, amma Tacikistanda parçalanmış cəmiyyəti təşkil edirlər. Rəhmon rejimi bütün gücü rəqabətli seçkilərə dözümsüzlüyünü nümayiş etdirir. Əslində, Tacikistan respublikadan monarxiyaya çevrilir.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam