Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyev Tacikistan prezidentini təbrik edib

    

İlham Əliyev Tacikistan prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
Yenixeber.org: Təbrik mətnində deyilir: "Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Tacikistan ictimai-siyasi sabitlik, dayanıqlı sosial-iqtisadi inkişaf yolu ilə irəliləyir. Ölkənizin beynəlxalq nüfuzu, regional məsələlərdə rolu gündən-günə artır.

Azərbaycan-Tacikistan əlaqələri zəngin ənənələrə malikdir. Keçən ay Azərbaycana rəsmi səfəriniz bu ənənələrin aşkar təzahürüdür. İnanıram ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam