Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəhmonun Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

 

Rəhmonun Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycana rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.
 Yenixeber.org: Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentİlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb. 

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib. Prezident İlham Əliyevvə Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam