Abbas Abbasovun Moskvada şübhəli görüşü
“Milyarderlər ittifaqı”nı yenidən siyasi səhnəyə qaytarmağa hazırlıq görülür?
"Xeberinfo.com": Məlumata görə, son günlər Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov haqda məlumatlar yenidən ölkə mətbuatının gündəmini zəbt edib. Onun keçmiş silahdaşı Söyün Sadıqovla Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) təşkilatına nəzarət uğrunda açıq mübarizəsi Bakıda da diqqətlə izlənilir. Hətta bu savaşda Kremlin sabiq baş nazir müavinini, Bakının isə S.Sadıqovu müdafiə etdiyi bildirilir.
Bəzi iddialara görə, rəsmi Bakı S.Sadıqovu özünə tərəf çəməklə 2012-ci ildə Kremlin xeyir-duası ilə yaradılan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqını (RATİ) 2015-ci il seçkiləri ərəfəsi tam zəiflətməyə və hər hansı iddialara düşməsinə imkan verməməyə çalşır.
Ancaq Kremlin açıq şəkildə Abbas Abbasovu müdafə etməsi “AzerRos” tam olaraq baş nazirinin sabiq birinci müavininin nəzarətindən çıxarmağı mümkünsüz edir. Bunu A.Abbasovun təşkilatdan uzaqlaşdırılmasına cəhd olunan 17 yanvar qurultayına Rusiyanın hüquq-mühafizə orqanları ciddi maneə törətməsi də sübut edir. Hansı ki, S.Sadıqovun rəhbərlik etdiyi həmin tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müavini isə şəxsən iştirak edərək, ona dəstək vermişdi.
Rəsmi Bakının S.Sadıqov dəstək verməsi təbii ki, Abbas Abbasovn da diqqətindən yayınmayıb. O da, necə deyərlər, öz gedişlərini etməyə başlayıb.
Belə ki, “Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, bugünlərdə Moskvanın elitar restoranlarının birində Azərbaycan hakimiyyətini narahat edə biləcək bir görüş baş verib. Məlumata görə, Dağıstan prezidenti Ramazan Abdulatipovun başda əyləşdiyi məclisdə Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov da olub. Görüşdə həmçinin digər RATİ üzvlərinin iştirak etdiyi də deyilir
Görüşün diqqəti cəlb etməinin bir səbəbi də R.İbrahimbəyovla A.Abbasovun yenidən bir araya gəlməsidir. Hansı ki, son prezident seçkisindən sonra onların münasibətlərinin soyuduğu bildirilirdi.
Seçki ilində onların təkrarən bir araya gəlməsi “Milyarderlər ittifaqı”nı yenidən dirçəlmək istədikləri ehtimalnı yaradb. Bu ehtimalı güçləndirən bir faktor da RATİ-nin Koordinasiya Şurasının üzvü Ramazan Abdulatipovun da həmin məçlisdə iştirakıdır.
Qəzetin məlumatında qeyd edilir ki, 2013-cü ilin yanvarında Putinin Dağıstan prezidenti vəzifəsinə təyin etdiyi Ramazan Abdulatipovun Azərbaycan hakimiyyəti ilə münasibətləri hələ də gərgindir. Dağıstan prezidenti olduğu iki il ərzində onun Azərbaycan rəhbərliyi ilə rəsmi təmasının olmaması da deyilənləri təsdiq edir.
O da bildirilir ki, A.Abbasovun rəhbərliyi altında “Milyarderlər ittifaqı”nı fəallaşdırmaqla Kreml seçki ərəfəsində Bakıya yenidən təzyiq vaistəsi əldə etmək istəyir. Buna görə də müxtəlif “cəbhədən” olan insanları onun ətrafında birləşdirməklə, Abbasovun “AzerRos”da zədələnmiş reputasiyasını bərpa etməyə çalışır.
Əlbəttə, bu görüşün “Milyarderlər ittifaqı”nı yenidən siyasi səhnəyə qaytarmağa hazırlıq, yoxsa sıradan bir dost məslisi olduğu yaxın zamanlarda bilinəcək. Ancaq istənilən halda regionda getdikçə fəallaşan Rusiyanın parlament seçkiləri öncəsi Azərbaycan hakimiyyətini təzyiq altında saxlamağa cəhd edəcəyi şübhəsizdir. Kremlin bu zaman kimlərə “stafka” edəcəyini isə zaman göstərəcək.