Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Politoloqdan Abbas Abbasovun milli mənşəyi haqda ilginc iddia

 

“Kreml belə görünür ki, Abbas Abbasova stavka eləməyə başlayıb” Qabil Hüseynli: “Abdulatipovla Abbasovu təkcə müəyyən qayə deyil, həm də qohumluq birləşdirir”

"Xeberinfo.com":  Məlumata görə, şərti olaraq “Milyarderlər ittifaqı” adlanan Rusiya Azərbaycanlıları İttifaqının (RATİ) yenidən aktivləşməyə başladığı haqda məlumatlar yayılıb. 
“Yeni Müsavat”ın bu barədə xəbərində deyilir ki, bugünlərdə Moskvanın elitar restoranlarının birində Dağıstan prezidenti Ramazan Abdulatipovun başda əyləşdiyi məclisdə Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov da olub. Seçki ilində “Milyarderlər ittifaqı”nın yenidən təşkilatlanması (həmin məclisdə digər RATİ üzvlərinin iştirak etdiyi də deyilir) maraq doğurur. 
“Mümkündür ki, Kreml kritik parlament seçkiləri ərəfəsi yenidən rəsmi Bakını pressinq altında saxlamağı hədəfləyib” deyə, xəbərdə bildirilir.      
 
Bəs “Milyarderlər ittifaqı”nın Azərbaycanda seçki ilində hansısa addımlar atması mümkündürmü? 2013-cü ildə sınaqdan çıxarılmış layihə yenidən dövriyyəyə buraxıla bilərmi?
Politoloq Qabil Hüseynli hesab edir ki, “Milyarderlər ittifaqı” layihəsi və bu layihədə iştirak edən qüvvələr Kremlin indikindən güclü olduğu 2013-cü ildə uğur qazanmayıbsa, Rusiyanın hazırkı zəif vaxtında nələrəsə nail olması inandırıcı deyil. Arxasında zəifləyən və hər gün bir az da zəifləməkdə olan Rusiyanın dayandığı hər hansı ittifaq, layihə heç nə edə bilməyəcək. Bununla belə, hər halda, “Milyarderlər ittifaqı” layihəsinin aktivləşməsi məsələsinin ciddi təhlilə ehtiyacı var: “Əvvəla, bu hadisələrin başında duran Ramazan Abdulatipovla Abbas Abbsovdur. Kreml belə görünür ki, Abbas Abbasova ”stavka" eləməyə başlayıb. Abdulatipov da bu işdə az rol oynamayıb. Çünki bu iki şəxsin arasında yaxın dostluqdan əlavə etnik mənşə yaxınlığı da var. 
Məndə olan məlumata görə, Abbas Abbasovun da etnik mənşəyi Şimali Qafqaz xalqlarına gedib dayanır. Yəni onları təkcə müəyyən qayə, müəyyən amal deyil, həm də etnik mənşə qohumluğu birləşdirir. “AzərRos”da isə Söyün Sadıqov son vaxtlar mövqeyində xeyli düzəliş etdi və Azərbaycanı dəstəkləyən mövqeyə yaxın mövqe sərgiləməyə başladı. Əlbəttə, bu, Abbas Abbasovu və onun adamlarını qane edə bilməzdi. Bu səbəbdən də Abbas Abbasovla Söyün Sadıqovun toqquşması baş verdi. Görünüş belədir ki, toqquşmada Azərbaycan açısından Söyün Sadıqov qalib çıxdı. Təşkilatın böyük bir hissəsini öz ətrafında qoruyub saxlaya bildi və Abbas Abbasovun rəhbəri olduğu Ağsaqqallar Şurasını da ləğv elədilər. Kremlin “stavka”sı baxımından isə Abbas Abbasov üstünlük əldə edib. Abbas Abbasov o kəslərdən deyil ki, sakit otursun. O, Rusiyaya dincəlməyə getməyib. Kreml də ondan Bakıya təzyiq mexanizmi kimi istifadə edir. Abbas Abbasovun “Milyarderlər ittifaqı”nı yenidən toplayıb ssenari cızmağa çalışmaları, mənim zənnimcə, mənasızdır. Burada az-çox qazanan olacaqsa, o da Ramazan Abdulatipovdur. Mən Abbas Abbasovu azərbaycanlı hesab etmirəm. Onlar daxildə azərbaycanlıların əli ilə ölkəmizdə qarışıqlıq salıb özlərinin maraqları üçün istifadə etməyə çalışacaqlar".
“Milyarderlər ittifaqı”nın strateji planlarının Rusiyanın göstərişi ilə həyata keçirilməyə başlandığını deyən politoloq bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfər edəndən, bunun ardınca Amerika Yəhudi Komitəsinin üzvlərinin Bakıya gəlişindən sonra Moskva nədənsə şübhələnib: “Baxmayaraq ki, AŞ PA-nın sessiyasında Azərbaycan tərəfi Rusiya nümayəndə heyətinin səs hüququnun alınmasının əleyhinə səs verdi, Rusiya Azərbaycandan razı olmadığını sezdirir. 
Gedən bəzi proseslər Kremlin narahatlığını artırıb. Qərb, birinci növbədə ABŞ Türkmənistanı «Transxəzər» qaz layihəsinə az qala razı salmış kimidir. Rusiyanın müxtəlif hürkütücü reveranslarına baxmayaraq, bu, günlərdə Aşqabadda Azərbaycanın, Türkiyənin və Türkmənistanın xarici işlər nazirləri ikinci dəfə görüşdülər. «Transxəzər» layihəsini müzakirə etdilər. Mən şübhə etmirəm ki, bu məsələdə Türkmənistan artıq Xəzər dənizinin dibindən qaz kəmərinin çəkilməsinə razılıq verib. Bu məsələdə Azərbaycan da onu dəstəkləyir. 
Beləliklə, Rusiyanın çox mühüm bir qaz kəməri layihəsi tamamilə təhlükə altına düşmüş vəziyyətdədir və perspektivləri görünmür. Bax, bunu görən Rusiya artıq Qara Dəniz Donanmasının, Xəzərdəki hərbi dəniz donanmasının, Krımda, Ermənistanda olan qoşunlarının iştirakı ilə coğrafiyaca çox böyük bir ərazidə irimiqyaslı hərbi təlimlərə başlayıb. Bu, region ölkələrinə, o cümlədən Azərbaycana əzələ nümayişidir. ”Milyarderlər ittifaqı"nın hərəkətə gətirilməsi də Azərbaycana təsir elementlərindən biridir. Bəlkə də bir şey alındı məntiqi ilə addımlar atılmağa başlanıb. Bütün bunlar onu göstərir ki, Rusiya ciddi təşviş içərisindədir. Belə bir vəziyyətdə Rusiya həm separatçı qüvvələri fəallaşdırmağa çalışacaq, həm daxildəki “beşinci kolon”a hərəkət etmək komandası verəcək, həm öz daxilindəki azərbaycanlı oliqarxları səfərbər edəcək və onları hərəkətə gətirəcək. Aranı qarışdırmaq üçün bir çox şeyləri planlaşdıra bilərlər. Amma bir sual ortaya çıxır ki, bunun üçün vaxt və imkan çatacaqmı. Mən bu məsələdə tamamilə pessimistəm. Rusiyanın bu məkrli planları həyata keçirməyə nə vaxtı çatacaq, nə də imkanı. Artıq Rusiya defolt vəziyyətinə yaxınlaşmaqdadır. Artıq bu xına o xınadan deyil".
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam