Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Abbas Abbasov Söyün Sadıqovu diz çökdürdü

 

Rusiya Azərbaycanlılarının Federal Mədəni Muxtariyyəti – “AzərRos”da Abbas Abbasov – Söyün Sadıqov qarşıdurmasında dönüş baş verib.

"Xeberinfo.com":  Publika.az-ın Moskvadakı mənbələrdən əldə etdiyi məlumata görə, Söyün Sadıqov Abbas Abbasovun martın 6-da keçirəcəyi qurultaya münasibətini dəyişib. Belə ki, o, bunu “Azərros”un birləşdirici qurultayı adlandırıb.
“Təşkilatın bütün üzvlərinə qarşılıqlı güzəşt əsasında əməkdaşlıq məsələləri təklif olunub. Bu baxımdan, martın 6-da keçiriləcək qurultayı “Rusiya azərbaycanlılarının birləşdirici qurultayı” adlandırmaq mümkündür”, – deyə o bildirib.
Mənbə bu tapşırığın Sadıqova Kreml tərəfindən verildiyini hesab edir.“Bu təşkilat birbaşa Kremlin xeyir-duası ilə yaradılıb. Moskva əsas fiqur kimi Abbas 4abbas RATIAbbasovu tanıyır. Ona görə də Söyün Sadıqovun “Azərros”u parçalamasının qarşısını almaq qərarına gəlib. Yanvarın 17-də Sadıqovun keçirdiyi növbədənkənar qurultaydan sonra qarşıdurma güclənmişdi və Abbasov martın 6-na revanş qurultayı təyin etmişdi. Lakin Sadıqovun bu “sülhpərvər” çıxışı tərəflərin razılaşdığını göstərir. Məlumatlara görə, martın 6-da keçiriləcək qurultay təşkilatın parçalanmasının qarşısını alacaq. Sadıqov “Azərros”da hansısa vəzifə alacaq və əvvəlki kimi Abbasovla birgə işləyəcək. Bu tapşırıq məhz Kremldən gəlib”, – deyə mənbə qeyd edib.
Söyün Sadıqovun güzəştə getməsinə fevralın ilk həftəsində baş verən bir hadisənin səbəb olduğu haqda məlumatların olması diqqət çəkir. Belə ki, fevralın 7-8-də Abbasovun kurasiyasında olan təşkilatın www.fnkaa.ru saytına haker hücumu olub. Hücumdan sonra saytda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu haqda mənfi məqalələr yayılıb. Müdaxilədən sonra problem aradan qalxsa da, bu, qalmaqala səbəb olub. Abbasov qruplaşması bu hücumun arxasında Sadıqovun dayandığını düşünür.
Mənbənin məlumatına görə, bu hadisə bütün körpülərin yandırılması və tərəflərin bir-birinə qarşı mübarizədə bütün vasitələrə əl atdığını göstərdi. Məhz bundan sonra tərəflərin yaxınlaşdırılması və qarşıdurmaya son qoyulması haqda Kremldən tapşırıq gəlib: “Abbas Abbasov güclü adamdır və Sadıqovun onunla baş-başa gəlməsi mümkün deyil. Bunu Sadıqovun özü də yaxşı bilirdi. Görünür, o, “qiyamçı” olmaqla öz çəkisini artırmaq istəyibmiş”.
Hər şey martın 6-da baş tutacaq qurultayda bəlli olacaq. S. Sadıqov Abbasova güzəştə getsə də, son anda hər şey dəyişə bilər. Mənbə baş verən oyunların ciddi xarakter aldığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam