Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Abbas Abbasovun "SSRİ sevgisi"

 

 

   Baş nazirin sabiq birinci müavini azərbaycanlılar arasında SSRI-nin təbliğatını aparmağa başladı

  «İndi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir»

  "Xeberinfo.com": Baş nazirin keçmiş birinci müavini “AzərRos”  Ağsaqqallar Şurasının sədri Abbas Abbasov sensasiya sayılacaq açıqlamalar verib. O, Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı SSRİ-ni “doğma ölkə” adlandırıb və Sovet imperiyasının dağılmasına təəssüf edib.

“Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRI adlı evimizi müxtəlif ”milli mənzillərə" böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək", - deyə Abbas Abbasov bildirib. Axar.az məlumat verir ki, baş nazirin keçmiş birinci müavini Abbasov bir qədər də irəli gedərək “indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir” deyib.

Sabiq Baş nazir müavini onu da əlavə edib ki, bu məqsədlə Rusiya ərazisində yaşayan bütün xalqlar bir yumruq kimi birləşməlidir: “AzerRos” və azərbaycanlılar isə bu istiqamətdə ön sıralarda olacaqlar".

Abbasovun bu çıxışından sonra Rusiya Xalqları Assmbleyasının sədri Svetlana Smirnova onu “Fəxri Fərman”la təltif edib.

Bundan başqa tədbir zamanı Abbas Abbasovun Rusiya Prezidenti yanında Şuraya üzv olması üçün namizədliyi də irəli sürülüb və yekdilliklə dəstəklənib.

Qeyd edək ki, “Milyarderlər Ittifaqı” yaradılandan sonra Azərbaycan hakimiyyəti ilə Abbas Abbasov arasında münasibətlər gərginləşib. Iqtidar düşünür ki, Kreml Abbas Abbasovdan ona qarşı istifadə edə bilər. Abbas Abbasov dəfələrlə Ilham Əliyevə sadiq olduğunu bəyan etsə də, hakimiyyət onun səmimiyyətinə inanmayıb. Onun Azərbaycandakı biznesi çökdürülüb, yaxınları təzyiqlərə məruz qalıb. Abbas Abbasov özü də açıqlamalarında bunu qeyd edib. 

İndisə Abbas Abbasov SSRİ-nin “həsrətini çəkməklə” sovetlər birliyinin “dublikatı” kimi dəyərləndirilən Avrasiya Ittifaqını dəstəklədiyi mesajını verir və Rusiyadakı azərbaycanlıları da bu layihəyə dəstək verməyə çağırır. Bu bir tərəfdən açıq-aydın şəkildə Rusiyanın imperialist maraqlarını müdafiə etməkdirsə, digər tərəfdən heç bir ittifaqa üzv olmayıb konyuktur balans siyasətini yürütməyə üstünlük verən Azərbaycan hakimiyyətini çətin vəziyyətə salmaqdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam