Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCANLILARIN “İRANPƏRƏSTLİYİ” NƏ VƏD EDİR? –“Hiss olunur ki, İran düyməyə basıb..."

 

İranın məşhur generalı Qasım Süleymaninin ABŞ ordusu tərəfindən İraqda qətlə yetirilməsi Azərbaycanda da gündəmi dəyişdi. Bir neçə gündür cəmiyyətdə qızğın müzakirələr gedir. Sosial şəbəkələr və internet media üzərindən aparılan diskusiyalar bəzən məcrasından çıxır, qarşılıqlı təhqirlərə, hədələrə çevrilir.

Yenixeber.org: Xüsusən, Qasım Süleymanini "şəhid" adlandıran təbəqənin apardığı aqressiv təbliğat cəmiyyətdə ciddi narahatlıq yaradır. Bu məsələyə siyasi müxalifətin də mövqeyi hakimiyyətdən o qədər də fərqlənmir. Verilən bəyanatlarda qeyd olunur ki, öldürülən generalın Azərbaycanda "şəhid"adlandırılması və bunun üzərindən spekulyasiyalar aparılması yolverilməzdir. Bu bəyanatlar da şərti olaraq "iranpərəst" adlandırılan qruplar tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Azərbaycanda qonşu İranın bu qədər təəssübkeşinin olması, onların dövlət və milli maraqları gözləmədən açıq şəkildə Tehranın maraqlarından çıxış etməsi təəccüb və təəssüf doğurur.

 

 

Xüsusi xidmət orqanlarının keçmiş zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl durumu saytımıza şərh edərkən bildirib ki, Azərbaycanda “iranpərəstlər”in çoxluğu sirr deyildi. Ekspertin sözlərinə görə, İran o dövlətdir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bizim vətəndaşlar arasında ciddi təbliğat işi görüb: "İran xüsusi xidmət orqanları faktiki olaraq Azərbaycandan İrana gedən şəxslərin əksəriyyətini təsiri altına salmaq üçün bir çox vasitələrdən istifadə edib, onların bir qismini öz adamlarına çevirə bilib. Hətta, hansısa uydurma ittihamlarla həbsə saldıqları Azərbaycan vətəndaşlarını da öz tərəflərinə çəkə biliblər. Dini təhsil adı altında Quma apardıqları gənclərin əksəriyyəti İran dövlətinin mənafelərinə, maraqlarına işləmək üçün məxfi əməkdaşlığa cəlb olunub. Din pərdəsi altında insanlarımızı öz maraqları naminə işləməyə vadar ediblər. Bu, müxtəlif regionlarda özünü daha qabarıq şəkildə göstərir. Azərbaycanın müstəqilliyini sinirməyən İran maddi maraq əsasında bəzi vətəndaşları anti-Azərbaycan maraqları üstündə fəaliyyətə sövq edə bilib.

Dediyiniz müzakirələrdə nəyi daha çox müşahidə etdim? İran həmişə tərəfdarlarını basdırılmış mina kimi istifadə etməyi bacarır.Tərəfdarlarının vaxtından əvvəl addım atmamasını tapşırır. Bu dəfə sosial şəbəkələrdə öz adları ilə və feyk adlarla Azərbaycana, Türkiyəyə, türk millətinə açıq söyüşlər yağdırıldı. Generalı şəhid hesab etdilər və bunu qəbul etməyənləri düşmən adlandırdılar. Hiss olunur ki, İran düyməyə basıb. Tərəfdarlar bu və ya digər şəkildə aqressiv münasibət sərgiləyirlər. Onlara qarşı çıxanlar da izahedici iş aparmaqdan çox, eyni dərəcədə aqressivdirlər.

Bu nə deməkdir? Bu, o deməkdir ki, ümumiyyətlə, cəmiyyətdə böyük aqressivlik, depressiv əhval-ruhiyyə mövcuddur və ciddi ekstremal situasiyada vətəndaş qarşıdurması riski qaçılmazdır. Bu, milli təhlükəsizlik məsələsidir”.

Ekspert cəmiyyətin aparıcı qisminin susqunluğunu qeyd edir. “Hələ bu günədək bir alim, bir ruhani televiziyaya çıxıb deməyib ki, şəhid dediyiniz general İran dövlətinin şəhididir, İslam dünyasının yox. İslam şəhidliyinin prinsipləri başqadır. Bir hərbiçi öz dövlətinin maraqlarını başqa dövlətin ərazisində qoruyur, döyüşür, müharibə aparır. Bu müharibə islam adına deyil, İran dövlətinin maraqlarına görədir. Xarici dövlətin hərbçisinin müharibədə ölməsinin Azərbaycana nə aidiyyatı? Müsəlman olduğuna görəmi? Bu zərərli müsəlman təəssübkeşliyindən Azərbaycan hər zaman zərər görüb. Böyük bir ideoloji boşluğun nəticəsində Azərbaycanı bir dövlət kimi perspektivsiz hesab edənlərin həmişə gözləri sərhədlərin o biri üzündə olacaq. Fundamental ideoloji iş başlanmasa, bu böhran dərinləşəcək".

Gərginlik artarsa və regionda münaqişə yaranarsa, müharibə tərəfləri Azərbaycanın imkanlarından öz qarşıdurmalarında istifadə etməyə çalışacaq. Azərbaycan tərəflərdən təkliflər alarsa, təkliflərə necə reaksiya verməlidir? Azərbaycan nə edə bilər ki, bu qarşıdurmanın obyektinə çevrilməsin? Bununla yanaşı Azərbaycan öz təhlükəsizliyinin təminatı üçün hansı addımlar atmalıdır?

Bu suallara cavabında İlham İsmayıl bildirir ki, Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu coğrafiyadır. Azərbaycanın bu coğrafiyada rolu önəmlidir: "Biz İran və Rusiya ilə qonşuyuq. Təbii ki, ABŞ və İsrail də burda maraqlarını qorumağa çalışır və təsir dairəsini tədricən genişləndirir. Bizi önəmli edən həm də Güney Azərbaycandır və oradakı çoxmilyonlu soydaşlarımızdır. Azərbaycan münaqişə aparan ölkələrin heç birinə açıq dəstək nümayiş etdirməməlidir və etməz də. Əks halda, dediyiniz kimi hədəfə çevrilə bilər. Azərbaycan qonşularla dinc yanaşı yaşama prinsipinə və eyni zamanda ABŞ və İsraillə bu ərəfədə indiyədək apardığı siyasətdə xüsusi dəyişiklik etməməlidir. Elə məsələlər də var ki, bu olduqca məxfi aparılır və heç bir şübhə yaratmır. Bu prinsipə də əməl olunmalıdır".(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam