Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda benzinin qiyməti qalxmayacaq – AÇIQLAMA

Bir neçə gündür cəmiyyətdə avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı müzakirələr gedir. İddialara görə, sentyabr ayından Aİ 92 markalı benzinin qiyməti 90 qəpikdən 1 manata, Aİ 95 markalı benzinin qiyməti isə 1,25 manatdan 1,35 manata qalaxacaq. Maraqlıdır, görəsən bu iddialar təsdiqini tapacaq?

 

Yenixeber.org: Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sosial şəbəkələrdə benzinin qiymətinin qalxması ilə bağlı müzakirələr gedir, amma rəsmi olaraq elə bir məlumat yoxdur.

“Hazırda Azərbaycanda benzinin qiymətinin qalxmasına elə bir ehtiyac yoxdur. Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. 45 milyard dollara yaxın ehtiyatımız var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac yoxdur”.

 

Deputat bildirib ki, benzinin qiymətinin artması bütün məhsulların qiymətinin artmasına səbəb olur.

“Belə hesab edirəm ki, hələlik bu məsələyə toxunmaq olmaz. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq hələlik bu məsələni saxlamaq lazımdır. Cəmiyyətdə belə müzakirələr getsə də, rəsmi orqanlardan bu barədə heçnə eşitməmişəm”.(modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam