Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“ARTIQ YOLUN SONUNA GƏLDİK, BAYRAM SONA ÇATDI…” –Senator Türkiyəyə qarşı "ağır sanksiya"nın ipuclarını verdi

Türkiyə ilə ABŞ arasında S-400-lərlə bağlı gərginlik artıb.

Yenixeber.org: “Voice of America”nın suallarına cavab verən ABŞ Senatının Xarici əlaqələr Komitəsinin rəhbəri Cim Riç ötən gün Ərdoğanın “Türkiyə Rusiyadan alınan S-400-lərdən vaz keçməyəcək” bəyanatına şərh verib.

O bildirib ki, ABŞ-ın Türkiyəyə tətbiq edəcəyi “ağır sanksiya” sənədi artıq qapıdadır: “Bu sanksiya “ABŞ-ın beynəlxalq təhlükəsizliyi və İŞİD-in canlanmasının qarşısını almaq” adı altında qəbul ediləcək. Sənəddə Türkiyənin Milli Müdafiə naziri başda olmaqla, üst səviyyəli məmurlarına sanksiya tətbiq edilməsi ilə yanaşı, Türkiyənin Suriyada istifadə etməsi təxmin olunan silah tədarükünün qadağan olunmasından bəhs edilir. Buraya Rusiyadan alınan S-400-lərlə bağlı digər sanksiya növlərinin əlavə ediləcəyinə də şübhə olmamalıdır”.

Senator bildirib ki, S-400 məsələsində Türkiyəyə çox səbr göstəriblər: “Artıq yolun sonuna gəldik. Bayram sona çatdı”.

Senator Trampla Ərdoğanın Londondakı son görüşünün sanksiyanın ertələnməsinə səbəb olub-olmayacağı haqda suala isə belə cavab verib:

“Prezidentin adından danışa bilmərəm. Bizim baxışlarımız hər zaman üst-üstə düşməyə bilər. Ancaq Tramp da artıq sanksiyanın tətbiq edilməsinin vacibliyinin fərqindədir. Məncə, onun da səbri artıq daralıb”.

“Bəs, sanksiya nə vaxt tətbiq olunacaq” sualına isə senator “Dəqiq tarix yoxdur, ancaq biz mümkün olduğu qədər sürətli hərəkət edirik”, – deyə cavab verib.

O, sonda F-35-lərlə bağlı yaranan problemdən də danışıb: “Bilirsiniz ki, Türkiyə S-400 raketlərinə görə F-35 layihəsindəki ortaqlıqdan çıxarılıb. Bəli, Türkiyə 115 ədəd F-35 sifariş verib, onun da 5-nin pulu ödənilib, sifariş hazırlanıb. Lakin S-400 Türkiyədə olduğu müddətdə, bu qırıcılar ABŞ-dan ayrılmayacaq”.

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam