Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mövlud Çavuşoğlu:"Donald Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir"

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ tərəfindən tətbiq olunması gözlənilən sanksiyaların qəbuledilməz olduğunu bildirib.

Yenixeber.org:  Rusiyadan aldıqları “S-400” raket sistemlərinin sülh naminə istifadə olunacağı barədə prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamasını xatırladan M.Çavuşoğlu “S-400” sistemlərilə “F-35” təyyarələrini alternativ kimi təqdim edən ABŞ dairələrilə razılaşmadıqlarını diqqətə çatdırıb.

“Biz “F-35” proqramından xaric edilməmişik, Tramp bunu istəmir və G-20 sammitində verdiyi sözü tutmaq istəyir”, - deyən M.Çavuşoğlu “F-35” proqramından kənarlaşdırılacaqları təqdirdə, başqa variantlara yönəlməyin ən təbii haqları olduğunu vurğulayıb.

“Donald Tramp Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəmir. Biz “Patriot” başda olmaqla müdafiə üçün zəruri sistemləri istəmişdik, amma bəzi faktları bəhanə edərək onları bizə vermədilər. Biz də Rusiya ilə “S-400” müqaviləsini imzaladıq. Türkiyənin müdafiə sistemi üçün bu zəruri addımdı, Tramp da bunu görür”, - deyən Türkiyənin xarici işlər naziri gələn ilin əvvəllərində quraşdıracaqları “S-400”ün “Patriot”dan daha irəli sistem olduğunu, ABŞ tərəfindən sanksiya tətbiq olunduğu halda, cavab addımlar atacaqlarını qeyd edib.

Bundan əvvəl ABŞ hökuməti “S-400” sistemlərinin idxalına başlayan Türkiyəni “F-35” qırıcı təyyarələrilə bağlı proqramdan çıxaracaqlarını açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam