Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

İtaliyalı sənətçinin $120000-lik banan installyasiyasını Gürcüstan əsilli rəssam "art-performans" adıyla yeyib

 

Yenixeber.org: Gürcüstan əsilli amerikalı rəssam David Datuna Miami şəhərində Perroten qalereyasında keçirilən "Art Basel" müasir incəsənt sərgisində sərgilənən italiyalı sənətçi Maurizio Cattelan-ın "Komik" adlı və tək bir banandan ibarət olan əsərini yeyib.

İtaliyalı sənətçinin əsəri divara skotç lentiylə yapışdırılmış bir ədəd banandan ibarət olub. Banan, qabığı artıq qaralmağa başlamış vəziyyətdə idi.

Hadisədən bir qədər əvvəl həmin banan incəsənət əsəri qismində Fransadan olan bir kolleksiyaçıya кционеру за $120000 qiymətə satılmışdı.

Datuna bananın yeyilməsi görüntüsü olan videonu öz Instagram səhifəsində paylaşıb.

"Biz Maurizio-ya hörmətlə yanaşırıq, lakin bu, "Ac rəssam" adlı art-performansımdır, - banan yeyən rəssam videoda deyir. - Dadlıdır.... mənim adım David Datunadır".

Sərgi təşkilatçıları yeyilmiş bananın əvəzinə divara yenisini yapışdırıblar.

Miami Herald nəşrinin məlumatına görə, şənbə günü sərgidəki banan installyasiyasının qarşısına arakəsmələr çəkilib və eksponatı polis əməkdaşları nəzarətə alıb.

"Banan - bu bir ideyadır, o [David Datuna] bu sənət əsərini məhv etməyib", - Perroten qalereyasının sözçüsü və Maurizio Catellan ilə işləyən Lucien Terra deyib

Terra qeyd edib ki, nə qədər ki, əsərin sertifikatı qüvvədədir, həmin əsər geçək sayılır.

"Bu bananı lentə alanlar Mona Lisa əsərini çəkənlərdən daha çoxdur", - Terra deyib.

Maurizio Cattelan baş verən hadisəni şərh etməyib.

David Datuna Tbilisdə doğulub, hazırda New York şəhərində yaşayır, ABŞ vətəndaşıdır.

2011-ci ildə onun "Putin - Mona Lisa" əsəri Moskvadakı hərracda 200 min dollara satılıb.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam