Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Məşhur italyan rəssam Karavacconun əsərləri Heydər Əliyev Mərkəzində

Məşhur italyan rəssam Karavacconun əsərləri Heydər Əliyev Mərkəzində

 

Dekabrın 13-də Heydər Əliyev Mərkəzində "Karavacco - Opera Omnia" adlı sərgi açılacaq.

Yenixeber.org: Sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim olunacaq.

Reproduksiyalar əsərlərin real ölçülərində və yüksək keyfiyyətdədir.

Mikelancelo Merizi da Karavacco (1571-1610) XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir.  O, Milanda dünyaya gəlib, lakin yaradıcılq karyerası Romada başlayıb. Qısa müddətdə özünü peşəkar rəssam kimi təsdiqləyib və əsərlərini rəssamlıqda inqilaba çevriləcək yeni dillə yaradıb. Karavacco əsərlərində işıq və qaranlığın kəskin və mükəmməl təzadını əks etdirib.

"Karavacco - Opera Omnia" sərgisi isə Karavaco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur.

Sərgi İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2003-cü ildə təşkil olunub  və bir sıra ölkələrdə, sonuncu dəfə isə Gürcüstanda təqdim edilib.

Heydər Əliyev Mərkəzindəki sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam