Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb

Düşmən ölkədə gələn ilin hərbi büdcəsi təsdiqləndi; şişirdilən faizlər arxasındakı real və miskin məbləğlər, erməni “səhra komandiri”: “Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik, mən Azərbaycanın nəyə qadir olduğunu bilirəm...”

Yenixeber.org: Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında 2019-cu il üçün son görüş Bratislavada oldu. Nazirlərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə 3 saat (!) çəkən bu görüşü də gözlənildiyi kimi, nəticəsiz başa çatdı. Səbəb bəlli: Qarabağa ixtilafının həllinə münaqişə tərəflərinin diametral fərqli yanaşmaları, daha dəqiqi, işğalçı Ermənistanın maksimalist mövqeyi.

Ardınca Minsk Qrupu həmsədrlərindən ənənəvi növbətçi bəyanat gəldi. Bəyanatda bildirilir ki, “təmas xəttində hazırkı status-kvo qəbuledilməzdir və konfliktin hərbi həlli yoxdur”.

*****

Ancaq vəziyyətin absurdluğu da ondadır ki, Ermənistan problemin həllini məhz hərbi üsulda görür. Çünki hesab edir ki, artıq o, müharibəni udub və sülh formulu da onun şərtləri əsasında olmalıdır. Yəni guya Ermənistan Qarabağ müharibəsində “tam və qəti” qələbə qazandığı üçün problemin həlli də onun istədiyi kimi olmalı, yəni Azərbaycan kapitulyasiya sənədinə imza atmalıdır.

İrəvanın xəstə məntiqinə görə, sabah əgər Azərbaycan hərəkətə keçib nəinki Dağlıq Qarabağı, üstəlik, qədim türk yurdu İrəvanı da azad eləsə, Bakı bunu haqq edəcək və beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı prinsipi önəm daşımayacaq. Hərçənd, təkrar edirik, hazırkı Ermənistan da tarixi türk torpaqlarında təşəkkül tapıb.

Amma biz beynəlxalq hüquqdan, Ermənistanın da səs verdiyi BMT normaları və nizamnaməsindən danışırıq. Hansı nizamnamənin ki, 78-ci bəndində açıq aydın yazılıb: hər bir dövlət işğala qarşı istənilən yolla mübarizə aparıb öz ərazi bütövlüyünü bərpa edə bilər.      

*****

Ermənistan parlamenti ölkənin gələn il üçün ile ilgili görsel sonucu

Hərbiyyədən söz düşmüşkən, dünən Ermənistan parlamenti ölkənin gələn il üçün büdcəsini təsdiq edib. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, 2020-ci ildə işğalçı ölkə müdafiə xərclərini 25.3%  artırmağı nəzərdə tutur. Faiz sizi diksindirməsin, bu, 625 milyon ABŞ dolları edir. 2019-cu il üçün hərbi xərclər 609 milyon dollar təşkil edib. Bildirilir ki, bu zaman müdafiə xərcləri ÜDM-nin 4%-dən artığını təşkil etməyəcək.

Diqqət edildisə, hərbi xərclərin artımı cəmi 16 milyon dollardır. O da artıq faktdır ki, acından ölən Ermənistan məhz bu göstərici üzrə (25.3%) artıq dünyanın ən hərbiləşdirilmiş ölkəsi sayılır. Hərçənd göründüyü kimi, 25,3%-in arxasındakı vəsait çox kiçikdir və Azərbaycanın hərbi xərcləri ilə müqayisəyə belə gəlməz. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq hərbi təhlil mərkəzlərinin başqa hesabatına əsasən, Cənubi Qafqazda ən güclü ordu Azərbaycandadır (dünya üzrə 51-ci yer), Ermənistanda (93) yox.          

Xatırladaq ki, Azərbaycan gələn il üçün hərbi və müdafiə xərcləri üçün 3 milyard 853 milyon 600 min manat və ya təxminən 2.26 milyard ABŞ dolları nəzərdə tutub. Bu 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur (Cari ildə 3 milyard 187 milyon 600 min manat olub). Yəni bizim hərbi büdcəmiz az qala, Ermənistanın ümumi büdcəsi qədərdir.

*****

Ermənistan parlamenti ölkənin gələn il üçün ile ilgili görsel sonucu

Başqa sözlə, faizlər yox, faizlərin arxasındakı real məbləğlər önəmlidir. Aradakı fərq şəkk-şübhəsiz, Azərbaycanın işğalçı ölkə üzərində əzici hərbi üstünlüyünü göstərir ki, bu da günün birində Dağlıq Qarabağ konfliktinin hərbi yolla həllində mütləq öz sözünü deyəcək. Həm də o səbəbə ki, İrəvan problemin həllini illərdir beynəlxalq hüquq normaları əsasında, Qarabağa dair məlum sənədlər əsasında deyil, “müharibənin qalibi” olaraq, yəni məhz hərbi yolda görür. Müharibə isə bitməyib. Bunu az öncə hətta Ermənistan baş naziri Nikol Paşinyan da dilə gətirmişdi.                

Şübhəsiz ki, sərt reallığı erməni tərəfinin ağlını itirməyən azsaylı siyasi və hərbi təhlilçiləri də yaxşı dərk edirlər. Məsələn, ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni hərbi birləşmələrinin keçmiş komandirlərindən biri Arkadi Karapetyan yerli mətbuatına açıqlamasında müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib (Axara.az). O, hərbi əməliyyatların bərpa olunma ehtimalının nə Ermənistandan, nə də onun siyasətindən asılı olduğunu qeyd edib.

“Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik. Hətta türklərə (azərbaycanlılar nəzərdə tutulur - red) ”Biz sizə təslim oluruq" desək belə, onlar bizi öldürəcəklər", - deyə erməni polkovnik vurğulayıb.

Karapetyan yəqin yaxşı anlayır ki, hərbi güc indi kimin tərəfindədir və Qarabağda döyüşlərin bərpa olunacağı təqdirdə sovet dövründən fərqli olaraq, İrəvana heç kim kömək etməyəcək. O, Azərbaycan torpaqlarının üçüncü qüvvələrin dəstəyi sayəsində işğal edildiyini də anlayır. Özü bütün bunların şahidi olub. “Mən müharibənin nə olduğunu bilirəm, mən sülh istəyirəm və qarşı tərəfin nəyə qadir olduğunu bilirəm”, - deyə Karapetyan qeyd edir.

Ermənistanda yoxsulluq ile ilgili görsel sonucu

Daha sonra erməni zabit vaxtilə azərbaycanlıların ermənilərə qucaq açdıqlarını, onları öz doğma torpaqlarında məskunlaşdırıb, yedizdirib-içizdirdikləri zaman belə, ermənilərin istənilən zaman arxadan zərbə endirməyə hazır olduqlarını etiraf edib. O, bunu belə ifadə edib: “SSRİ dövründə biz türklərlə dostlaşdıq, ancaq əlimizdən dəyənəyi yerə qoymadıq”.

Əlavə edək ki, A.Karapetyan “Daşnaksütyun” partiyasının sıralarında olub, 1990-1992-ci illərdə Qarabağa hücum edən erməni ordusunun komandiri olub və hazırda Ermənistan Veteranlar Birliyinin sədridir...

*****

Beləcə, dünyanın ən hərbiləşmiş, lakin ən yoxsul ölkəsi olan Ermənistan üçün Azərbaycan torpaqlarının işğalı ildən-ilə daha bahalı və mənasız bir məşğuliyyətə, ağır yükə çevrilir. İldən-ildə artan müharibə xofu da öz yerində.

Kiminsə ərazisini zəbt eləmək elə də çətin deyil. Əsas məsələ həmin ərazini nəzarətdə, işğalda saxlamaqdır. Karapetyanlar Azərbaycanın gücündən qorxmaqda tam haqlıdırlar... 
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam