Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“PUTİNƏ ETİBAR ETMƏ!...” -“O, Ukraynaya və ukraynalılara nifrət edir”

 

Ukraynanın sabiq prezidenti, hazırda isə Radanın deputatı, “Avropa Həmrəyliyi” Partiyasının lideri olan Pyotr Poroşenkonun ölkə mətbuatında dərc edilən məqaləsi ciddi əks-səda doğurub.

Yenixeber.org: Sabiq prezidentin fikirləri həm Ukrayna, həm də Rusiya mətbuatında geniş müzakirələrə yol açıb.

Kifayət qədər sərt ifadələrin yer aldığı məqalədə P.Poroşenko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskiyə dekabrın 9-da keçiriləcək “Normand sammiti” öncəsi bi neçə məsləhət verib. Sabiq prezident yazır ki, Zelenski danışıqlarda ilk növbədə hələ 2015-ci ildə Ukraynanın tələb etdiyi kimi, Donbasda BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi şərtinin üzərində durmalıdır. Çünki sülhməramlılar olmadan Donetsk və Luqanskda normal seçki keçirmək və hadisələrin gedişinə Rusiyanın birbaşa, hərtərəfli təsirini azaltmaq mümkün olmayacaq. Poroşenko həmçinin sammitin gündəliyinə qətiyyən Rusiya qazının Ukraynaya satışı məsələsini salmamağı tövsiyə edib: “Ən yeni tariximizdə hələ heç nə bizə ucuz Rusiya qazı qədər baha başa gəlməyib”. Sabiq prezident deyib ki, heç cür ucuz təbii qaz qarşılığında siyasi güzəştlərə getmək olmaz.

Poroşenkonun Zelenskiyə verdiyi ən əsas və diqqət cəlb edən məsləhət isə şəxsən Rusiya prezidenti ilə münasibətlərə aid olub. Sabiq prezident xələfinə məsləhət bilib ki, heç bir vəchlə Putinə etibar etməsin: “Putinə etibar etmə. Heç vaxt və heç nədə! Putin hər şeylə manipulyasiya edir – mahiyyətlə, faktlarla, rəqəmlərlə, xəritələrlə, emosiyalarla. O, Ukraynaya və ukraynalılara nifrət edir, Avropanın siyasi xəritəsində bizə yer görmür...”

Sonda Poroşenko Zelenskiyə məsləhət görüb ki, sammitə yüksək dərəcədə hazırlıqlı şəkildə qatılsın və əlində Rusiyanın manipulyasiyalarına cavab verəcək, eləcə də avropalı liderlərin etibar edəcəyi statistik göstəricilər olsun.(azpolitika)

C.Məmmədov 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam