Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəqibi Porşenkoya 24 saat vaxt verdi: "Fikirləş"

 

Zelenski Porşenkoya 24 saat vaxt verdi: "Fikirləş"
Ukraynada prezident seçkilərinin ikinci turuna keçən aktyor və şoumen Vladimir Zelenski rəqibi – Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenkonun canlı yayında onu debata çağırmasına cavab verib.
Yenixeber.org: Zelenski Poroşenkonun debat təklifini qəbul edib. Lakin bununla belə ona meydan oxuyub. Belə ki, o, debatın 70 minlik Olimpiya stadionunda aparılmasını istəyib. 

“Poroşenkoya səslənirəm. Məni canlı yayıma çağırdınız. Qaçacağımı, geri duracağımı, gizlənəcəyimi xəyal etdiniz. Xeyr. Mən, 2014-cü ildəki siz deyiləm. Bu dəvəti qəbul edirəm. Sizi burada, Olimpiya stadionunda gözləyəcəm. Debat bütün Ukrayna xalqının qarşısında olacaq və bütün telekanallar bu debatı canlı yayınlaya bilər. Amma namizədlər sağlamlıq yoxlanışından keçməli, xalqa alkoqol və narkotik aludəçisi olmadıqlarını göstərməlidirlər. Çünki ölkəmizin sağlam bir dövlət başçısına ehtiyacı var” – Zelenski bəyan edib. 

Zelenski həm də Poroşenkonun onu “Kremlin kuklası” adlandıraraq təhqir etməsinə də münasibət bildirib: “Mənə hörmət etməlisiniz və debatın Kremlin ya da Kolomoyskinin (Ukraynalı miluyader) “kuklası” ilə, kloun ilə deyil, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski ilə olacağını xalqa söyləməlisiniz. 24 saat vaxtınız var. Fikirləşin.” 

Qeyd edək ki, Ukrayna MSK-nin nəticələrinə əsasən, 31 martda keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə lider olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səsi yığa bilib. Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam