Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gürcüstanda vəziyyət GƏRGİNLƏŞİR -Hökumət qərarını dəyişməsə...

 

Gürcüstanda qərar dəyişməsə və böhrandan çıxış tapılmasa, geniş etirazlara hazırlıq görülür.

Yenixeber.org: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Gürcüstanda gedən proseslərə aydınlıq gətirib.

F. Çıraqov hesab edir ki, Gürcüstanda cərayan bu hadisələrin, xüsusilə 2020-ci il parlament seçkilərinin regional və qlobal geosiyasi proseslər fonunda yeridir:

“Xatırlayırsınızsa, bu ilin iyun-iyul aylarında Tbilisidə məşhur Qavrilov gecəsindən başlanan mitinqlər zamanı etirazçıların iki əsas tələbi var idi. Birincisi, Gürcüstanda keçiriləcək həlledici 2020-ci il parlament seçkilərinin yalnız proporsional əsasda keçirilməsi ilə bağlı idi ki, bu tezliklə qəbul edildi. B. İvanişvili söz verdi və parlamentdə müvafiq dəyişikliklər üçün hazırlıqlar başladı. İkincisi, o zaman Gürcüstanın Daxili İşlər naziri olan Qaxariyanın nümayişçilərə qarşı polisin lazım olandan artıq zorakılıq tətbiq etdiyinə görə istefaya göndərilməsi idi. İkinci tələbin isə əleyhinə addım atıldı. G. Qaxariya nəinki vəzifəsindən uzaqlaşdırıldı, əksinə Baş nazir postuna gətirildi. Ötən gün isə Gürcüstan parlamenti Konstitusiyaya seçkilərin yalnız proporsional əsasda keçirilməsi ilə bağlı düzəliş təklifini qəbul etmədi və köhnə sistem saxlanıldı”.

F. Çıraqov bunun nə demək olmasına aydınlıq gətirib:

“Müxalifətin hakimiyyəti seçkilər ərəfəsində proporsional əsasda qərar leyhinə qərar qəbul etməyə məcbur edə bilməsi müxalifətin ən böyük uğuru hesab edilirdi. Bu qələbə müxalifəti rahatlatmış və etirazların dağılmasına səbəb olmuşdu. Belə ki, seçki sisteminə vəd edilən (lakin hələ edilməyən) dəyişiklikdən sonra əksər müşahidəçilər hesab edirdi ki, hakim Gürcü Arzusu partiyasının inzibati resurslardan istifadə imkanları məhdudlaşacaq. Buna görə parlamentdə üstünlüyü itirəcək və qurulacaq gələcək hökumətlərin koalisiya əsasında olması qaçılmaz olacaq. Başqa sözlə B. İvanişvili proporsional seçki sistemini qəbul etməklə gələcək mütləq hakimiyyətini sual altına qoymuşdu. Artıq bir çox siyasətçilər açıq şəkildə bəyan edirlər ki, “B. İvanişvili verdiyi sözün üstündə durmayaraq, xalqı aldatdı”. Müxalifətin etirazlarının nə ilə nəticələnəcəyini bu günlərdə görəcəyik”.

F. Çıraqov bildirib ki, dünənki qərardan sonra hakim partiyanı ümumilikdə 9 şəxs tərk edib:

“Bu gün Gürcüstan parlamentində hakim Gürcü Arzusu partiyasının nümayəndəsi və vitse-spiker Zviad Dzidziquri partiyadan çıxdığını elan etdi. Siyasi görüşünə və mövqeyinə görə məhz (!) bu şəxsin hakim partiyadan uzaqlaşacağını ən sonda gözləyərdim. Hakim partiyadan uzaqlaşanlardan bəziləri çox mühüm parlament komitələrinin sədrləri idi. Onların verdiyi bəyanat isə hakimiyyətə olan qatı müxalifətin bəyanatlarından heç nə ilə seçilmir. Beynəlxalq müşahidəçilər özlərinin mənfi reaksiyalarını bildirirlər. Onsuz da 2016-cı il prezident seçkilərində onlar hazırkı hakimiyyətə qarşı ifadələrində son həddə gəlib çatmışdılar. Hazırkı partiyanın keçmiş Baş naziri G. Kvirikaşvili və keçmiş prezident Marqvelaşvili də öz mövqelərini ortaya qoyublar”.

F. Çıraqov vurğulayıb ki, regional güclər yaranmış vakumdan, o cümlədən Gürcüstanda cərayan edən proseslərdən maksimum yararlanmağa çalışacaqlar:

“ABŞ-da da seçki ərəfəsidir, bütün ölkənin siyasi sistemi, dövlət orqanları və siyasi qrupları seçkiyə köklənib, yəni “election mode”da və ya yarı avtopilot rejimindədir. Seçkilərin nəticələrinin necə olacağını isə bilmirik. Gördüyümüz odur ki, Trampa qarşı impiçment fonunda ziddiyyətlər daha da dərinləşir, başları daha çox özlərinə qarışır. Hər halda bu seçkilər nəticəsindən asılı olmayaraq ABŞ-ın regionda duruşunu daha da zəiflədəcək və ya azından buraya yenidən fokuslanmaq və toparlanmaq üçün bir qədər vaxt lazım olacaq. Şərti olaraq ən tezi 202-ci ilin aprelində bu baş verə bilər”.(redaktor)

Firuzə Vahid


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam