Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

OECD/DAC-a qəbul olunmaq Azərbaycana nə verəcək? –Şərh

 

OECD/DAC-a qəbul olunmaq Azərbaycana nə verəcək? – Şərh

Xəbər verdiyimiz kimi, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsində (DAC) iştirakçı (participant) statusu əldə edib. Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən aparılan iş nəticəsində Azərbaycan bu qurumda artıq iştirakçı olaraq təmsil olunur.

Yenixeber.org: XİN-dən bildirilib ki, OECD/DAC inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Qeyd edək ki, Azərbaycan MDB daxilində OECD/DAC-da bu statusda təmsil olunan yeganə ölkədir. Hal-hazırda Azərbaycanla yanaşı, təşkilatın iclaslarında cəmi 6 ölkə iştirakçı statusunda təmsil olunur (Bolqarıstan, Küveyt, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri).

“AIDA tərəfindən 2016-cı ildən etibarən hər il təşkilata təqdim olunan Azərbaycanın Rəsmi İnkişafa Yardımı (Official Development Assistance/ODA) üzrə hesabat OECD tərəfindən nəşr olunan İnkişaf üzrə Əməkdaşlıq Hesabatında əks olunur və bu da ölkəmizin digər aparıcı dövlətlər ilə birlikdə beynəlxalq səviyyədə donor dövləti kimi nüfuzunun daha da möhkəmlənməsinə səbəb olur. OECD/DAC iclaslarında iştirakçı statusunda təmsil olunmaq donorlar ailəsinin yeni üzvünə çevrilmiş Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlıqların əldə edilməsinə xidmət edəcəkdir”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, Azərbaycanın bu qurumda iştirakçı kimi təmsil olunması yalnız beynəlxalq reytinqdə müsbət qiymətləndirilə bilər, ölkəmizin daxili vəziyyətinə heç bir müsbət təsiri yoxdur. Ekspert bildirib ki, bu təşkilat demokratiya və bazar münasibətləri cəhətdən inkişaf etmiş ölkələri özündə birləşdirir və təşkilatın öz marağı var, qəbul olunan ölkələrin donorluq məsələləri var. Onun sözlərinə görə Azərbaycanın donor kimi fəaliyyət göstərməsinə icazə verilə bilməz və Belə olan təqdirdə öz prinsiplərinə zidd hərəkət etmiş olarlar:

“Bu qəbildən olan təşkilatlar sadəcə olaraq, ölkə əhalisinin rifahının yaxşılaşdırılması, ölkədə iqtisadiyyatın dirçəldilməsi, irəlilətməsi, inkişafı üçün nəzəri məsləhətlər verir. Söhbət ondan gedir ki, Azərbaycanın bu təşkilata üzv olması, hardasa reytinq olaraq, Azərbaycan üçün müsbətdir. 

Amma məsələ burasındadır ki, o təşkilatın verdiyi məsələləri ölkəmizdə yaşayan və problemlərinin əsaslı şəkildə bilən ekspertlər, ixtisasçılar və müstəqil siyasətçilər Azərbaycan hökümətinə gündüzdən axşama məsləhət verir. Çox təəssüflər olsun ki, Azərbaycan höküməti bu məsləhətlərin çoxusunu dinləmir, üstündən sükutla keçir. Ona görə iki məsələni qeyd etmək istəyirəm, Azərbaycanın daxili üçün bu o qədərdə önəmli məsələ deyil, amma beynəlxalq reytinq cədvəllərində bizim xeyrimizədir, ölkəmizin mövqeyinə müsbət mənada təsir edən amillərdən hesab oluna bilər”. 

Xatırladaq ki, OECD/DAC inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir.(yenisabah)

Sabrina


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam