Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan “YUNESKO Tərəfdaşları Forumu”nda təmsil olunub

Azərbaycan “YUNESKO Tərəfdaşları Forumu”nda təmsil olunub

Azərbaycan BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) təşkilatçılığı ilə Parisdə keçirilən “YUNESKO Tərəfdaşları Forumu”nda təmsil olunub

Yenixeber.org:Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi tədbirdə iştirak edib. 

Forumda YUNESKO-nun baş katibi Odre Azule də iştirak edib. Tədbirin əsas məqsədi BMTBaş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsi və bu istiqamətdə YUNESKO tərəfindən dünyanın bir çox regionlarında həyata keçirilən müxtəlif proqram və layihələr barədə iştirakçıların məlumatlandırılması olub.

Həmçinin inkişaf etməkdə olan ölkələrdə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması istiqamətində YUNESKO-nun yeni donor ölkələr ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məsələsi müzakirə edilib.

XİN-dən bildirilib ki, AİDA-nın sözügedən tədbirdə iştirakı yeni donor ölkəsi olan Azərbaycanın YUNESKO ilə əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək. Qeyd edək ki, görüşdə müxtəlif ölkələrin dövlət və hökumət qurumları, inkişaf əməkdaşlığı üzrə milli agentliklərin, aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam