Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

QƏRB RUSİYA İLƏ MÜNASİBƏTLƏRİ QAYDAYA SALIR! – Çinin güclənməsi səbəbilə…

qerb rusiya

Bu gün Qərblə Rusiyanın münasibətləri dəyişir və bu, Moskva ilə münasibətlərin isinməsindən xəbər verir. İsveçin «Dagens Nyheter» nəşrinin yazdığı kimi, bu proses qlobal amillər, ilk növbədə, Çinin güclənməsi səbəbilə baş verir. Qərb bunda özü üçün artan təhdiləri görür və ona görə də yaxın zamanlarda sözügedən tərəflərin bir-birinin əlini sıxacağı istisna edilmir.

Yenixeber.org:    Bu gün çoxları Qərblə Rusiya arasında münasibətlərdə gözlənilən isinməyə barmaq tuşlayır. İsveç nəşrinin yazdığı kimi, bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Rusiyanın yenidən «Böyük yeddiliyə» qəbul olunmasını israr etməyə başlayıb ki, bundan sonra format G8 olacaq.

Energetika sferasında Rusiyanın neft və qazından çox asılı olan Almaniya dövləti alman texnologiyalarının Rusiyaya ixracının həcminin artırılmasını nəzərdə tutan müqavilə imzalayıb. Fransa prezidenti Makron isə Parislə Moskva arasında münasibətlərin tənzimlənməsi ilə məşğuldur.

Nəşrin yazdığına görə, Ukrayna məsələsi «açar» olaraq qalır, odur ki, Avropa İttifaqı və ABŞ-ın kollektiv sanksiyaları da ən azı müəyyən müddət qalacaq. Ancaq bu, o demək deyil ki, bir çox qərb ölkələri və ya hər biri ayrılıqda Rusiya ilə münasibətlərdə daha açıq və yumşaq olmayacaq.

Burada çoxsaylı nüanslar var – sadə praqmatizmdən, təmiz rusiyayonlü siyasətə qədər. Məsələn, birinci variant onu nəzərdə tutur ki, Finlandiyanın Baş naziri Pekka Haavistonun bəyan etdiyi kimi, «Liviya və Suriya böhranı kimi, bəzi böhranların həllini Rusiyanın iştirakı olmadan təsəvvür etmək çətindir».

Rusiyayönlü siyasəti isə bir sıra avropalı siyasətçilər, məsələn, Marin Le Pen və Matteo Salvin kimi siyasətçilər yürüdürlər.

Məqalə müəllifinin fikrincə, Rusiyaya baxış qlobal amillər səbəbilə, ilk növbədə, Çinin getdikcə güclənməsi səbəbilə dəyişir. Qərb bunda özü üçün böyük təhlükə görür.

Bu nöqteyi-nəzərdən, hər şeydən mühüm Rusiya ilə Qərbin münaqişəsi yox, ABŞ-la Çin arasında iqtisadiyyat, siyasət, texnologiyalar və silahlı qüvvələr sferaları üzrə dünya liderliyi uğrunda gedən rəqabətdir.

«Bu kontekstdə ABŞ üçün Rusiyanın Ukraynaya və Şərqi Avropa ölkələri üçün yaratdığı təhlükə ikinci plana keçir. Bunun əvəzində, ABŞ və Rusiya Çindən getdikcə daha çox asılılığa (texniki və iqtisadi sahələrdə) yuvarlanmaqdan narahatlıq keçirirlər və bu səbəbdən dolayı, günlərin birində onların bir-birinin əlini sıxaması istina deyil. O zaman, Krım «mübadilə sikkəsi»nə çevrilər və Ukrayna, Polşa, Estoniya, Latviya və Litva tələyə düşmüş olar…» – deyə, İsveç nəşri söhbətə yekun vurur. (AzPolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam