Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

“Rəsulzadəni də, Elçibəyi də bütə çevirmək fikrində deyilik…” –İSA QƏMBƏR LEYLA YUNUSA SƏRT CAVAB VERDİ

 

 

Yenixeber.org: Bunlar o qədər mənasız söhbətlərdir. Təəssüf edirəm ki, kimlərsə bu mövzunu qaldırırlar və kimlərsə onu aktuallaşdırırlar. Yəni, absurdun absurdudur. Əbülfəz Elçibəy Azərbaycanda xalq hərəkatına rəhbərlik edib. Azərbaycanın müstəqil dövlət kimi formalaşması, demokratiyanın inkişafı üçün möhtəşəm addımlar atan şəxsiyyətdir. Rus ordusunun Azərbaycandan çıxarılmasını götürək. “KQB agenti” rus ordusunu Azərbaycandan çıxarası idi?

 

Bunu eks-spiker, “Müsavat”ın sabiq başqanı İsa Qəmbər bbc.com-a müsahibəsində deyib.

 

Onun sözlərinə görə, bunlar o qədər mənasız ittihamlardır, heç bir tənqidə dözmür

 

“”KQB agenti” Azərbaycanda demokratiyanın, siyasi-iqtisadi azadlıqların bərqərar olmasına yönəlik addımlar atardı? “KQB agenti” mətbuatın formalaşması üçün gərəkən addımlar atardı? Yəni, bunlar o qədər mənasız ittihamlardır, heç bir tənqidə dözmür. Ona görə də bu cür mübahisələri tamam yersiz sayıram. Bu mövqeni qərəzli hesab edirəm. Bəli, Əbülfəz Elçibəy də insan idi, onun da insan kimi yanlışları ola bilərdi, bu yanlışları tənqid etmək də olar, bu, normaldır. Heç kim büt deyil.

elçibÉy

leyla-yunus-034y

Ä°SAA-3

Biz Rəsulzadəni də bütə çevirmək fikrində deyilik, o da tənqiddən kənarda qalmamalıdır. Ancaq bu böyük şəxsiyyətlər, Azərbaycan tarixində həlledici mövqe tutmuş, işlər görmüş adamlar haqqında çıxışlarda bir qədər məsuliyyətli davranmalıyıq. Tənqid də fakta əsasalanmalıdır. Leyla Yunus Elçibəyin agent olduğunu deyir və bunu əsaslandırmaq üçün Heydər Əliyevin çıxışına istinad edir. Sən onu Heydər Əliyevin çıxışı ilə dəyərləndirəcəksən? Bu qədər absurd davranmaq olmaz. Çox ziyanlı söhbətdir. Eyni zamanda əminəm ki, bu söhbətlər Əbülfəz Elçibəyin yox, bu söhbəti edənlərin kimliyini açır, onlara ictimai qiymət verməyə zəmin yaradır. Özünü tarixçi adlandıranlar bir az məsuliyyətli davranmalıdırlar…”-deyə, o, sözlərinə əlavə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam