Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Lalə Şövkət Leyla Yunusu təkzib edir

Azərbaycan Liberal Partiyası (ALP) Avropada yaşayan hüquq müdafiəçisi Leyla Yunusun Lalə Şövkətlə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

 

Yenixeber.org: ALP sədri Əvəz Temirxan saytımıza açıqlamasında deyib ki, o, partiyanın lideri Lalə Şövkətin belə müsahibəsinə rast gəlməyib.

 

“Lalə xanımla 28 ildir ki, bir yerdə çalışıram. Əgər elə bir söhbət olubsa, o zaman Leyla Yunus həmin müsahibənin getdiyi qəzeti,  nömrəsini tarixini göstərməli idi”-deyə Ə.Temirxan söyləyib.

 

Partiya sədri bildirib ki, Leyla Yunusun Lalə Şövkətə istinad etməsi belə, fikirlərinin doğruluğunu sübut etmir.

 

Qeyd edək ki, Leyla Yunusun Sevinc Osmanqızına verdiyi müsahibə qalmaqala səbəb olub.

Belə ki, onun mərhum eks prezident Əbülfəz Elçibəyi KQB “agenti” adlandırması birmənalı qarşılanmayıb.

 

Xanım hüquq müdafiəçisi növbəti qalmaqallı açıqlamasının əsasını ALP lideri Lalə Şövkətdən gətirdiyi sitatla qoyub:

 

“Lalə Şövkətin dediyini olduğu kimi sitat gətirəcəyəm. O deyirdi ki, Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Heydər Əliyev mənə Naxçıvandan zəng elədi və dedi ki, onda olan məlumata görə, Elçibəy prezidentliyə namizədliyini irəli sürəcək. Mən Moskvadan Bakıya gəldim, Elçibəydən soruşdum ki, bu doğrudurmu? Elçibəy and içdi ki, prezidentliyə namizədliyini irəli sürməyəcək. Prezident yeri Heydər Əliyevə məxsusdur. O zaman qanun var idi ki, 65 yaşdan yuxarı olan vətəndaşlar Azərbaycanın prezidenti ola bilməz...

 

Elçibəy hakimiyyəti ələ keçirdi, sonra uyğun vaxtda onu Heydər Əliyevə ötürdü. 1992-1993-cü illərdə Heydər Əliyev minimum 2 dəfə Bakıya gəlmişdi. O, Elçibəyi təlimatlandırırdı...”(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam