
Yenixeber.org: Mənbənin söylədikləri: "Hadisə təxminən 4-5 il əvvəl baş verib. Əbülfəz Məlikovun keçmiş "Drujba" kinoteatrı tərəfdə, Bakı Baş Gömrük İdarəsinin köhnə ofisinin yaxınlığında oturduğu yer var idi. Günlərin birində ora kimlərsə silahlı basqın etdilər. Hətta atışma da oldu, yaralanan da. Təxminən 1 milyondan çox pulun basqınçılar təırəfindən aparıldığı məlum oldu.
Amma nədənsə Əbülfəz Məlikov bu işin üstünə getmədi. Çünki kimlərin onu cəzalandırdığını yaxşı bilirdi".
Mənbə iddia edir ki, sonradan bu iş örst-basdır edilib.
Hər halda dövlət büdcəsindən yayındırılan milyonla hesabına özünə milyardlıq sərvət qazanmış Əbülfəz Məlikov üçün hansısa bir milyon dolların peşinə düşməyin mənasız iş olduğunu təxmin etmək o qədər də çətin deyil... Ən azından barəsində iddia olunanların fonunda bu, belə görünür...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)