Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Yerevan meydan oxudu, rusiyalı faşistə siyasi sığınacaq verdi-O qnunu ilk dəfə tətbiq edib...

Yenixeber.org: Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhklükə yarana bilərdi.

Şişkin özü isə bu haqda belə deyib: “Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş siyasi məhbus kimi siyasi sığınacaq almağa çalışırdım”.

 

Şişkin Ermənistana 6 ay bundan əvvəl – 2019-cu ilin 22 yanvarında gəlib. Onun sözlərinə görə, son dəfə Ermənistanda 2011-ci ildə olmuşdu və o vaxtdan bəri ölkə xeyli dəyişib. Şişkin  2019-cu ilin yanvarında həbsxanadan çıxan kimi Ermənistana gəlib. Özünün dediyinə görə siyasi motivlərlə həbs olunaraq 4 il həbsxanada saxlanıb.

“Mənim xarici pasportumun müddəti qurtarmışdı. Mən yeni pasport almaq istəyəndə pasport masasındakı qızlar mənə dedilər ki, mənə pasport müstəsna olaraq Federal Təhlükəsizlik Xidməti tərəfindən verilə bilər. Buna görə də mən Ermənistandan başqa heç yerə gedə bilməzdim. Burada bir əvvəl çox gözəl hadisələr baş vermişdi. Mən də düşündüm ki, indi bura əvvəlkindən tamamilə fərqli ölkədir”,-rusiyalı radikal bildirib.

Şişkinin dediyinə görə ona hazırda Rusiyada axtarış elan olunub. Lakin Ermənistan Baş Prokurorluğundan bildiriblər ki, Shishkin bu axtarış əsasında aşkar olunub həbs edilmədiyinə görə, onun təslim edilməsi barədə heç bir ölkədən müraciət olunmayıb.

Bununla belə Rusiya müxalifətçisi deyir ki, Ermənistana gəldiyi günün ertəsi vətənində ona qarşı bir neçəmaddə üzrə ittiham irəli sürülüb. Şişkin bildirir ki, bu ittihamlardan biri də onun qanunsuz olaraq Ermənistana gəlməsidir.

İndiki statusla Şişkin  Ermənistandan başqa ölkəyə gedə biləcək. Ermənistanın  Miqrasiya Xidməti Shishkin barədə təfərrüatlı məlumat vermək istəməyib. Xidmətdən bunun şəxsi informasiya olduğunu bildiriblər. Bildirilir ki,  Ermənistan Respublikasının “Siyasi Sığınacaq Haqqında Qanunu” ilk dəfə Şişkinə tətbiq edilib.

Vitali Şişkin  Ermənistanda qaçqın pasportu ala və istədiyi xarici ölkəyə gedə bilər. Lakin o buna qədər Ermənistanda Qaregin Njdeyə həsr edilmiş kitabının təqdimatını təşkil edəcək. Bundan əvvəl Rusiyada “Memorial" insan haqları təçkilatı Şişkini siyasi məhbus kimi tanımışdı.

Vitali Şişkin Rusiyada dəfələrlə icazəsiz aksiyalar təşkil etdiyinə görə saxlanılıb. Belə görünür ki, onun Ermənistanda siyasi sığınacaq alması Rusiya hakimiyyətini qıcıqlandıracaq. Əslində Ermənistan kimi ölkənin Rusiyadan olan müxalifətçiyə, üstəlik ultrasağ mövqeli birinə siyasi sığınacaq verməsi Moskvaya meydan oxumaqdır. Xüsusən də Şişkinin indi bu statusundan istifadə edib Yerevanda erməni faşisti Qaregin Njde barədə kitabının təqdimatını keçirməsi əlavə qıcıqlandırıcı amildir. Vaxtilə Ermənistanda Njdeyə heykəl qoyulanda Moskva buna sərt etiraz bildirmişdi.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam