Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Peyğəmbəri aşağılamaq terror deyil ki?

 

 

"Xeberinfo.com":  Elə çıxmasın ki, sərlövhəyə çıxarılan başlıqla Parisdəki 7 yanvar qətliamına haqq qazandırırıq. Əsla. Normal insanlar kimi, biz də bu terror aktını qətiyyətlə pisləyir, cinayətkarların cəzalandırılmasını istəyirik. Amma eyni zamanda hamını, ələlxüsus, Qərbin siyasi və dövlət xadimlərini, cəmiyyətlərini bu kimi faciəvi olayların səbəblərini təhlil etməyə çağırırıq. 
Axı, o da var ki, əməkdaşları soyuqqanlıqla güllələnən jurnal İslam peyğəmbərini dəfələrlə təhqir edəndə, ABŞ-da Qurani-kərim yandırılanda belə iyrənc əməllərin təşəbbüskarları ictimai qınağa tuş gəlmədilər. Əksinə, əksəriyyət bunu söz-ifadə azadlığının təzahürü saydı. Bununla da təhlükəli tendensiyanın davam eləməsinə “xeyir-dua”, radikalların əlinə isə bəhanə verildi. 
Halbuki, bir milyard yarım insanın pərəstiş elədiyi bir tarixi şəxsi, üstəlik, Allah elçisini məsxərəyə qoymaq elə həmin bir milyardın inancına tüpürmək demək idi, lap dəqiqi, terror idi. Zamanında Avropa cəmiyyətləri belə mənəvi terror aktlarına, mənəvi eybəcərliklərə ciddi təpki vermiş olsaydı, 12 jurnalist hələ də öz doğmalarının yanında idilər.  
Avropada 7 yanvar olayını bəşəri dəyərlərə, söz-ifadə azadlıqlarına hücum, barbarlıq kimi qiymətləndirirlər. Amma və lakin söz-ifadə azadlıları, başqalarının, yüz milyonların təməl haqları, o sırada vicdan və etiqad azadlıqlarının başladığı yerdə bitməli deyil? Peyğəmbəri asağılamaq terror, barbarlıq deyil ki? Hərgah, əminik ki, İslam peyğəmbərinin özü ona həqarət edənlərlə qarşı bu cür davranışı birmənalı rədd edərdi, çünki İslam vəhşiliyi, zülmü təqdir və qəbul eləmir, əksinə, ona qarşı çıxmağı buyurur.    
Olayla bağlı bəziləri diqqəti hücumdan iki saat əvvəl jurnalda İŞİD lideri əl-Bağdainin karikaturasının dərc edilməsinə yönəldirlər. Guya terror aktının motivində bu fakt dayanır. Boş şeydir. Bağdadi kimdir axı? Cəmi bir neçə min adamın müvəqqəti kumiri, bu gün var, sabah olmayacaq və qısa zamanda unudulacaq adi bəndələrdən biri. 
İndi 3-4 min adamın başçısı, “səhra komandiri” hara, bir milyard yarım adamın peyğəmbəri, ruhani kumiri hara? Belə çıxır ki, Bağdadi, əsrəğfürullah, peyğəmbərdən də nüfuzlu imiş ki, bu boyda qisas aktı törədilib? Əlbəttə ki, yox. Təsadüfi deyil ki, hücumçular “Peyğəmbərin qisasını aldıq” deyiblər. O da artıq bəllidir ki, hücum zamanı öldürülən baş redaktor Stefan Şarbonye “Əl Qaidə” tərəfindən “İslama qarşı cinayətlərə görə” axtarışda olan 9 adamdan biri olub... 
Böyük ehtimalla, qanlı hadisədən sonra köhnə qitədə islamofobiya güclənəcək. Belə olacaqsa, bu da yanlış! İslamdan, müsəlmanlardan zorla izqoy, “günah keçisi” düzəltmək, bütün KİV-ləri peyğəmbərin karikaturasını təkrar çap etməyə çağıran Mixail Xodorkovski kimilərin təxribatına uymaq yalnız radikal ekstremistlərin karına gələcək, onların çörəklərinə “yağ sürtəcək”, o cümlədən yeni breyvikləri meydana çıxaracaq, ardınca müsəlman dünyasından daha sərt cavablar gələcək və s. 
Beləcə, terrorizm ikinci-üçüncü nəfəs alıb genişlənəcək, tərəfdarları artacaq. Problemin qayəsi haqda düşünmək isə yada düşməyəcək. Qayə isə həm də ondan ibarətdir ki, Qərbin bəzi məkrli dairələri israrla sivilizasiyalararası toqquşma yaradıb “bulanıq suda balıq tutmağa” çalışır. Amma dünya düzəni, çağdaş qlobal təhlükəsizlik əksini – sivilizasiyalararası dialoqu diktə edir.
Bu xüsusda qardaş Türkiyənin Paris olayına reaksiyası təqdiredici sayıla bilər. Türkiyənin XİN-in açıqlamasında deyilir: “Biz terrorun hər cürünə qarşıyıq. Terrorla mübarizədə ciddi bir əskiklik var. Bu cür hadisələr irqçilik və İslama qarşı hərəkətlərdən qaynaqlanır. Hücumu şiddətlə qınayırıq...” 
Yəni hər cür terror pisdir, içində “yaxşısı” ola bilməz. Terrordan isə heç bir toplum, fərd sığortalanmayıb. Belə riskləri yalnız minimuma endirmək mümkündür. O da birgə, ardıcıl və ciddi səylərlə. Bundan ötrü dövlətlərin qüdrəti, nüvə potensialı, “terrorla mübarizə” adı altında hansısa ölkənin işğal edilməsi həlledici deyil. Həlledici - toplumların, ictimai qurumların, o sırada ictimai rəyi formalaşdıran aparıcı media quruluşlarının, nüfuzlu simaların, ziyalıların mövqe və həmrəyliyidir. 
Nə qədər ki, bu sahədə boşluq qalır, o boşluğu daima breyviklər, “əl-Qaida”çılar, İŞİD-çilər dolduracaq. Necə? O da bəlli... 
Zahid Səfəroğlu (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam