Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Jirinovskidən də -doğru söz eşitmək olarmış...

Belə bir deyim var ki, insan həyatının bir hissəsini imicinə, özünün imicini yaratmağa işləyir, qalan hissədə isə, necə deyərlər, artıq imic insannın xidmətində dayanır.

Amma sonuncu, imicin adama işləməsi artıq bir qədər təzadlı olur; bu insanın lehinə də ola bilir, əleyhinə də - elə olur ki, imic insanın üzünə qapıları açır, elə də olur ki, hətta açıq qapılar belə bağlanır...

Yenixeber.org:  Rusiya müxalifıtçisi Vladimir Jirinovskinin timsalında bunun hansının gerçəkləşdiyini demək çətindir: bir tərəfdən neçə illərdir ki, sadəlövh və düzünəqulu İvan rolunu oynamaqla bu adam özünə və parityasına ölkə parlamentində - Dövlət Dumasında yer edib, amma o da var ki, Rusiyanın özündə, yaxın xaricində bu adamın adı eşidiləndə hamı “Fikir vermə, bu adam boşbağazdır və boşboğazlıq edir” deyərək əlini yelləyir, uzaqlarda isə adi adamlar onu tanımasalar da, böyük siyasət adamları bu “anası rus, atası isə hüquqşünas” olan adamı hətta yuxularında belə Kremlin ön mövqelərində görmək istəmirlər...

Amma bizim məqsədimiz burada cənab Jirinovskinin siyasi portretini cızmaq deyil, sadəcə, demək istəyirik ki, bu adamın bəyanatları, sözləri həmişə boşboğazlıq kimi yozulsa da, əslində Vladimir Volfoviç Rusiya siyasətini bütün çılpaqlığı ilə göstərir və digər həmkarlarından fərqli öz personasını maskalamır. Fəqət, nə edəsən ki, hər siyasətçiyə insanların bir reaksiyası olur, Jirinovskiyə reaksiya da “Fikir vermə!” sözləridir.

Di gəl, şəxsən biz onun sözləırini diqqətsiz buraxmamışıq, çünki bu adamın ən mübahisəli fikirləri belə real güc müstəvisində olmasa da, ambisiya və ya iddia müstəvisində Kremlin siyasətini yetərincə düzgün əks etdirir– bəli, Jirinovski “Rus əsgərləri çəkmələrini Hind okeanında yuyacaq” və yaxud da ki, “Rus əsgərinin çəkməsi dəyən hər yer Rusiya torpağıdır” deyirdi, amma prezident Vladimir Putin də “Rusiyanın sərhədləri heç yerdə qurtarmır” və “Rusiyanın olmayacağı dünya kimə və niyə lazımdır” deyir, üstəlik, bu azmış kimi, təkcə deməklə kifayətlənmir, bunları edir də-rus əsgərinin sorağı uzaq Suriyadan gəlir, bir vaxt “rus əsgərinin qanı ilə alınmış” Krım torpağı yenidən Rusiyanın tərkibinə qatılır və s. və i...

Amma bütün bunlara baxmayaraq bizim hamımızın Jirinovski haqqında rəyi birdir: “Əşi, fikir vermə, sarsaqlayır”...
Bizsə bir daha deyirik ki, daim fikir veririk və bu yaxınlarda da gördük ki, bu adam ağıllı sözlər də deyə bilir. 
Məsələn, elə bu yaxınlarda bir toplantıda çox maraqlı fikir demişdi. Təxmini məzmunu bu idi ki, dini rejimlər, dövlətlər olmamalıdır, yalnız dünyəvi dövlətlər olmalıdır və hamı da bu tezisi demokratiyanın əlifbası kimi qəbul etməlidir.

Nə demək olar? Əslində çox düzgün deyib – dini rejimlərdən təkcə ateistlər və ya etiqad etməyənlər deyil, elə dindarların özləri də əziyyət çəkir, çünki rejimləşəndən sonra demək olar ki, din öz mahiyyətini tam itirir, bir qrup adamın əlində siyasi alətə çevrilir.

İki yüz, bəlkə də daha çox il bundan əvvəl Amerika istiqlaliyyətinin və demokratiyasının ataları öz konstitusiyalarına bir maddə yazdılar və bu günədək də həmin maddə ilə yaşayırlar: Konqres heç bir din təsis etmir!

Niyə bu məsələnin üstündə dayandıq? Bilirsiniz, bütün müsəlman ölkələrinin üzərində bir kabus dolaşır: dini dövlət və ya rejim kabusu. O, bəzi ölkələrdə təəssüf ki, gercək olub, digərlərində isə gerçək olmağa və oturuşmağa iddialıdır – özü də qan və böyük dağıntılar hesabına...

Kommunist utopiyasının süqutundan, bir az əvvəl də faşizmin çöküşündən sonra insanlar düşünürdü ki, daha utopiyaların dövrü bitib. Amma yox, səhnəyə yeni utopiya çıxdı və bu utopiya özü üşün ən əsas meydan kimi müsəlman dövlətlərini seçdi, çünki bu ölkələrdə hələ demokratiya oturuşmayıbdır, cəhalət güclüdür, insanlar hələ də din azadlığının necə fundamental dəyər olduğunun və bunun hansı hüquq və xüsusən də öhdəliklər yaratdığının fərqində deyillər –fundamental dini reformasiya dövrü yaşamış, Yan Qusları və ya Martin Lüterləri görmüş xristian ölkələri üçün bu artıq təhlükə deyil...
Amma müsəlman dünyası üçün bu təhlükə qalır... Hətta son illərdə qardaş Türkiyə sarıdan narahat olmağa başlamışdıq. Amma son bələdiyyə seçkilərində ölkənin ən böyük şəhərlərində daha dünyəvi və qərbyönümlü partiya təəssüratı yaradan CHP qalib gəldi. Üstəlik, həmin partiyanın təmsilçisi Ə.İmamoğlu demək olar ki, Türkiyənin imicini elə sözün əsl mənasında, xilas etdi –İstanbuldakı təkrar seçkilərdən sonra bir daha aydın oldu ki, böyük şəhərləri və böyük icmaları hakim partiyanın siyasi kursundakı əyalətçilik və dini motivlər artıq yormağa başlayıbdır, böyük şəhərlərin sakinlərilə hakim partiyanın dialoqu artıq baş tutmur...

Bəlkə də subyektiv görünəcək bu, amma bu son detallar bizə bir azacıq təskinlik verdi. Maraqlıdır ki, təxminən eyni vaxtda Misirin ilk demokratik yolla seçilmiş prezidenti M.Mursi elə məhkəmə zalında öz dünyasını dəyişdi. Bu haqda vaxtında yazdığımızdan bir daha təkrara yol verməcəyik, sadəcə, təkrar ki, “Misir baharı” zamanı ölkənin seçimi M.Mursi deyil, başqası da ola bilərdi və bəlkə də bu, hadisələrin bir növ inkişaf xəttini dəyişərdi. Amma nə etmək olar, görünür ki, sonrakı, daha bir baharı da gözləmək lazım gələcək...

O ki qaldı müasir dini utopiyalarla bağlı yazının son sözünə, necə deyərlər, müxtəsərinə, belə deyim var: dünyanı cəhənnəmə çevirənlər o biri dünyada cənnətin mövcudluğuna inanan və həmin “cənnət”i burada da “qurmaq” istəyənlərdir. Odur ki, özünüzü və millətinizi, ölkənizi və dövlətinizi belələrindən qoruyun...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam