Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycanlı oliqarx Putinə müraciət etdi

 

 

Rusiyada yaşayan azərbaycanlı oliqarx, “Milyarderlər İttifaqı”nın üzvü, prezidentin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Azərbaycan xalqını təhqir etmiş Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə bağlı ölkə başçısı Vladimir Putinə müraciət edib. 

"xeberinfo.com": Martın 19-da Kremldə qəbul edilən məktubunda S.Sadıqov Jirinovskinin Azərbaycan xalqının qədim tarixini bilmədiyini vurğulayaraq, onu hətta Rusiya tarixini bilməmək və öyrənmək istəməməkdə ittiham edib: 

“Hörmətli Vladimir Putin, Jirinovskinin Dövlət Dumasının divarları arasında dediyi sözlərlə bağlı ölkənin prezidenti və Konstitusiyanın qarantı kimi Sizə müraciət edirəm. Siyasi xadim, seçicilərin müəyyən hissəsini təmsil edən Vladimir Jirinovski başqa millətlərin ünvanına təhqirlər səsləndirməyi özünə rəva bilir. Mən belə hesab edirəm ki, RLDP-nin lideri bu və ya digər xalqın ünvanına təhqiramiz ifadələr işlədərkən nəticələr barədə düşünməyərək millətlərarası nifaq yaradır. 

Bununla yanaşı, niyə indiyə qədər Jirinovskinin həmkarları olan deputatlardan heç bir reaksiya yoxdur? Prokurorluq orqanları, DİN millətlərarası nifaq yaratmağa yönələn bu çıxışları sanki görmür. Rusiyaya daxildə millətlərarası nifaq lazım deyil, bizə xaricdə müttəfiqlər lazımdir. İmkan verə bilmərik ki, 55 milyon azərbaycanlı Jirnovskinin korrektə edilməmiş belə fikirlərinə görə Rusiyaya düşmənçilik hiss etsin. Mən sizin sələhiyyətli nümayəndəniz, Milli Münasibətlər Şurasının üzvü kimi Prokurorluğa, İstintaq Komissiyasına, DİN-ə Vladimir Jirinovskinin fikirləri ilə bağlı araşdırma aparmaq barədə tapşırıq vermənizi xahiş edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam