Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

KÖRFƏZDƏ ƏSƏB MÜHARİBƏSİ:ABŞ səudiyyəli kralın tələbini niyə rədd edib?

Dian Şalem

“Debka file”, 20.05.2019

 

Hər iki tərəf müharibəyə can atmadığını söyləyib, lakin mayın 19-da, Bazar günü ABŞ səfirliyinin yerləşdiyi Bağdadın “Yaşıl Zona”sına bir raket atışı ABŞ-İran qarşıdurmasını körükləyib. ABŞ prezidenti Donald Tramp qəzəblənib. “İran döyüşmək istəyirsə, bu, İranın rəsmi sonu olacaq. Bir daha ABŞ-ı təhdid etməyin!” – deyə “tweet” atıb.

Yenixeber.org: Bir neçə saat sona İranın İslam Keşikçiləri Korpusunun (İİKK) yeni rəhbəri Hüseyn Səlami dövlət televiziyasındakı çıxışını anti-ABŞ təxribatlarına həsr edib: “Bizimlə onların arasındakı fərq müharibədən qorxmalarıdır. Buna iradələri çatmır”.

İsrailin hərbi və kəşfiyyat mənbələri hesab edir ki, prezident Tramp Səudiyyə kralı Salman bin Əbdüləzizin Yəmən husilərinə qarşı ABŞ hava hücumunun başlamasına dair tələbini rədd edib. Bu tələb İran müttəfiqinin iki Səudiyyə neft nəqli stansiyasına hücumuna və BƏƏ-nin Fucəyrə limanında dörd tankerə iddia edilən həmləyə cavab olmalı idi.

Kral Körfəzin neft infrastrukturuna istiqamətli İran hücumlarına Vaşinqtonun cəzalandırma ilə təpki verməsini istəyib. Ancaq prezident Tramp ABŞ-ın Yəmən müharibəsinə müdaxiləsini genişləndirməkdən yayınaraq, Səudiyyə və BƏƏ döyüş təyyarələrini kəşfiyyat məlumatı, bombalar və yanacaqla təmin etməkdən çəkinib.

Bu passiv cavab, üstəgəl, ABŞ administrasiyası İran rəsmiləri ilə təmkinli, qeyri-məcburi danışıqların aparılmasına razılıq.

Bununla bərabər, Tehranın hücumlarına ABŞ-ın cavabı təvazökarlıq forma alıb.

Dörd tankerə hücumu planlaşdırarkən, onları batırmamaq və ya insan itkisinə səbəb olmamaq üçün İran hər şeyi yüz-ölçüb biçib; eyni zamanda, Səudiyyə neft nəqli stansiyalarını yox etmədən zərərsizləşdirmək üçün PUA hücumları həyata keçirib.

Eyni şəkildə, Bazar günü, gecə Bağdadın güclü mühafizəli “Yaşıl Zonası”na “Katyuşa” raketi atılıb. Raket ABŞ səfirliyinə məxsus boş binaya dəyib. O, İraq paytaxtının universitetindən atılıb və buna görə də yerli şiə milisini ittiham etmək mümkün olmayıb.

İranın ABŞ əleyhinə dolayı, birbaşa deyil, hücumları Birləşmiş Ştatları çəkindirmə məqsədlidir. Onlar Körfəzdən ta Suriyaya, İsraillə sərhədə qədər əraziyə yayılıb.

Cümə gecəsi, mayın 17-də Şamın cənub-şərqindəki əl-Kisvada İran və “Hizbullah” qüvvələrinə İsrailin raket hücumu olub. Yalnız bir neçə raket atılıb və hədəfləri İsrailin Colan sərhədindəki Suriya Ordusunun 1-ci diviziyasının qərargahında yerləşdirilən çox kiçik bir İran təsisi olub. Bu hədəf vurulub və məhv edilib.

Eskalasiya davam edərkən, ABŞ və müttəfiqləri tezliklə bəzi çətin suallara cavab verməyə məcbur ola bilər: İranın dolayı, çəkindirici kiçik hücumları cavab olmadan nə qədər davam edə bilər? Vaşinqton, Riyad, Əbu-Dabi və ya Tel-Əviv itkilərə necə təpki verəcək?

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam