Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezident Əliyevin qələbə videoçarxı, Paşinyanın Putinə hesabatı

 

Azərbaycan müharibə hazırlığını bitirib; Vyanadan dərhal sonra Putunə zəng vurub məruzə edən Paşinyana erməni nəşrindən sərt sözlər; rusiyalı tanınmış ekspert: “Qarabağ konfliktini müharibəsiz çözmək mümkün olmayacaq...”  

Yenixeber.org: Azərbaycan ordusunun 3 il öncəki möhtəşəm blits-hərb zəfərinin ildönümü günlərini yaşayırıq. Məhz aprel şəhidlərinin qanı hesabına cəmiyyətimizdə “uğursuzluq kompleksi” aradan qalxmış oldu, millətimizin qaməti xeyli dərəcədə düzəldi, özünəinamı gücləndi, işğalçı erməni ordusunun “məğlubedilməzlik” mifi isə darmadağın edildi. Azərbaycan xalqı böyük hərb zəfərinby uzaqda olmadığnı hiss elədi və atəşkəs dönəmində ilk dəfə onun “dadını” duydu.      

Dünən Azərbaycan prezidenti İlham Əliyevin rəsmi facebook səhifəsində aprel qələbəsinin ildönümü münasibətilə videoçarx paylaşılıb. Dövlət başçısı “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016" sözlərini qeyd edib. Təbii ki, bütün xalq onlarla fəxr edir.

Yada salaq ki, “4 günlük” aprel döyüşlərində Azərbaycan ordusu şəhidlər versə də, düşmənin itkiləri bundan qat-qat çox olub (320 ölü, yüzlərlə yaralı)...

*****

Əlamətdardır ki, dünən - ildönüm günündə İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Hərbi geyimdə hərbçilər qarşısında çıxış edib. Bu da işğalçı tərəfə özünəməxsus mesaj sayıla bilər. Çünki aprel hərbi zəfərində mühüm rol oynamış ən elit hərbb birləşmələr kimi Xüsusi Təyinatlı Qüvvələrin hissəsinə baş çəkməklə dövlət başçısı düşmənə Azərbaycanın istənilən an aprel zəfərini qat-qat böyük miqyasda təkrarlamağa hazır olduğunun mesajını verib.

Prezident çıxışında qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan ordusu ilə fəxr edə bilər, Azərbaycan ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir. “O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma ”Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaq", - ölkə rəhbər vurğulayıb.

“Danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir” - prezident bildirib.

*****

Niyə də olmasın. Bu gün dünya ordularının reytinq siyahısında 52-ci yerdə qərarlaşan Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu sayılır. İşğalçı ölkə isə 96-cı yerdədir. Ermənistanın müdafiə naziri David Tonoyanın çərənləməsinə, ölkəmizi yeni ərazi işğalı ilə hədələməsinə rəğmən, aradakı fərq özlüyündə hər şeyi deyir. Azərbaycan müharibə hazırlığını bitirib.

Yeri gəlmişkən, “4 günlük” aprel müharibəsi zamanı Tonoyan müdafiə nazirinin müavini olub. Görünür, Azərbaycan əsgərinin verdiyi dərsdən yaxşı nəticə çıxarmayıb və onu daha böyük miqyasda təkrarlamaq lazım gələcək. Məlumatlara görə, Tonoyanın heç hərbi təhsili də yoxdur.

Əfsus ki, özünü dünyaya, Qərbə demokrat, sülh carçısı kim sırımağa çalışan baş nazir Nikol Paşinyan Tonoyanın Vyana görüşündən dərhal sonra verdiyi bu sərsəm bəyanatına dəstək verib. “Əgər Tonoyan başqa bəyanat versəydi, mən onu vəzifəsindən azad edərdim” deyib.

“Tonoyanın bəyanatı ətrafında yaranan ajiotaj mənasızdır. O deyib ki, əgər müharibə başlayarsa, biz qələbə qazanmağa cəhd edəcəyik. Tonoyanın bəyanatı həll prosesinə heç bir halda kölgə salmır”, - deyə o iddia edib. Paşinyan Tonoyanın onun nəzarəti altında hərəkət etdiyini də bildirib.

*****

Doğrudur, Tonoyan onun nəzarətindədir. Bəs “qərbçi” Paşinyanın özü kimin nəzarətindədir? Nədən Vyana görüşü bitər-bitməz o, Kremlə əlüstü zəng elədi? Suallara erməni siyasi şərhçinin dili ilə cavab verəcəyik.

“Bu gün Ermənistan Qərbdən əvvəlki rejimlərdəki tək uzaqdır. Üstəlik, Paşinyan öz sələfləri kimi Putinlə istənilən məsələ ilə bağlı məsləhətləşməyə tələsir. İlham Əliyevlə növbəti danışıqlar aparan Paşinyan Vyanadan qayıtmağa macal tapmamış dərhal Rusiya prezidentinə zəng vurdu ki, danışıqların gedişi və nəticələri barədə ona hesabat versin”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Armenianreport.com saytındakı dünənki baş məqalədə deyilir.

Məqalənin davamında bildirilr: “Sual olunur: bu halda Paşinyan Kremlin oyuncaqları olmuş Serj Sərkisyan və Robert Köçəryandan nə ilə fərqlənir? Onlar da eyni cür hərəkət edirdilər. Belə çıxır, Paşinyan da Ermənistanın əvvəlki rejimlərinin başçıları tək Putinə yaltaqlanmaqdan qurtula bilməyib. Maraqlıdır ki, Əliyev belə şey eləmədi. Moskvaya zəng vurub Paşinyanla görüşün nəticələri haqda hesabat vermədi. Bizimki isə verdi”.

Müəllif bunun ardınca kinayəli şəkildə Moskvanın artıq Paşinyan sarıdan arxayın olmalı olduğunu qeyd edir: “Kreml və onun analitikləri arxayın ola bilərlər: Ermənistan Rusiyadan uzağa getməyib və belə görünür, yaxın zamanlarda heç yerə də getməyəcək. Müxalifətçi Nikol Paşinyan Ermənistanı Qərbə yaxınlaşdıracağını vəd eləmişdi. Ancaq onun timsalında bu, o demək deyil ki, baş nazir Paşinyan da eyni cür hərəkət edəcək. Odur ki, Moskvada rahat nəfəs ala bilərlər - Ermənistan KP MK-nın 1-ci katibi, yoldaş Nikol Vovayeviç Paşinyan Sov. İKP MK-nın baş katibi yoldaş Vladimir Vladimiroviç Putinin müdrik kursuna və göstərişlərinə bundan sonra da əməl etməyə hazırdır”.

*****

Paşinyanın Kremlə sədaqəti şübhə yox ki, şəxsi hisslərlə yox, ən əvvəl Qarabağ konfliktinin həllinə Rusiyanın hələ də qalmaqda olan güclü təsir imkanı ilə bağlıdır. Erməni baş nazir Kremlin susqunluğu fonunda Azərbaycanın aprel müharibəsini daha geniş miqyasda təkrarlayacağından ehtiyatlanır.

Məsələ də ondadır ki, Vyana görüşünün kövrək nəticəsini sıfırlayan Paşinyan və onun müdafiə nazirinin son davranışları, baş nazirin öz sələfləri kimi absurd və davakar ritorika sərgiləməsi sülh anlaşmasına şans qoymur.

“Qarabağ münaqişəsini müharibəsiz nizamlamaq mümkün deyil”. “Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı tanınmış siyasi-hərbi analitik Aleksandr Xramçixin “168 jam” nəşrinə müsahibəsində deyib.

“Vyanada hər hansı müsbət nəticə əldə eləmək üçün əsaslar yox idi. Əgər ritorika bu qədər sərtləşibsə, demək, Vyanada liderlər bircə məsələni belə razılaşdıra bilməyiblər və bu da təbiidir. Dəfələrlə dediyim kimi, bir-birinə diametral zidd mövqedə olan Azərbaycan və Ermənistan rəhbərləri nə barədə anlaşa bilərdilər ki? Qarabağ münaqişəsini müharibəsiz nizamlamaq mümkün deyil. Mən bundan necə qaçılacağını anlamıram. Sadəcə, müharibənin konkret nə vaxt olacağını söyləməkdə çətinlik çəkirəm”, - deyə o qeyd edib.

Rusiyalı analitikə görə, belə vəziyyətdə həll yalnız tərəflərdən birinin tam kapitulyasiyası nəticəsində mümkündür. “Mən bilmirəm hansı tərəf müharibəsiz kapitulyasiya etməlidir və niyə etməlidir. Kapitulyasiya daha bir müharibənin nəticəsində mümkündür” - Xramçixin əlavə edib.

O da Ermənistan olacaq. Təkcə fərqli hərbi və iqtisad göstəricilərə görə yox. Həm də o səbəbə ki, tarixdə heç bir işğalçı yiyələndiyi yad torpaqları uzun müddət əlində saxlaya bilməyib...(müsavat) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam