Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Mehri dəhlizi əvəzinə, Laçın dəhlizi -ermənilərin fitnəkar planı

 

Tofiq Zülfüqarov: “Mehri dəhlizini başa düşdük, bəs Laçın dəhlizi hara aparır?; Elxan Şahinoğlu:“Azərbaycan niyə öz ərazilərini geri qaytarmaq üçün hansısa ərazisini qurban verməlidir ki?”

Yenixeber.org: Ötən əsrin 90-cı illərinin sonlarından etibarən vaxtaşırı müzakirəyə çıxarılan ərazi mübadiləsi məsələsi yenidən gündəmə gəlib. “Pol Qobl variantı” adlandırılan bu planı maraqlıdır ki, ermənilər mütəmadi şəkildə müzakirəyə çıxarırlar.

Ermənistanın keçmiş müdafiə naziri Varqaşak Arutyunyan bir neçə gün əvvəl “AzadlıqRadiosu”nun erməni redaksiyasına müsahibəsində sələfi Vazgen Sərkisyanla arasındakı dialoq barədə danışarkən bəzi fikirlər səsləndirib. O, 1999-cu ilin iyulunda  cəmi bir ay öncə əvəz etdiyi   sabiq nazirin onu bağ evinə dəvət etdiyini xatırlayaraq deyib:  “Vazgen Sərkisyan Mehri-Laçın variantının olması haqda danışdı və dedi:  ”Sizdən xahiş edirəm, mənim bu haqda danışdığımı heç kəsə söyləməyəsiz".  1999-cu ilin iyulunda, yəni oktyabrın 27-dək (söhbət həmin il Ermənistan parlamentində V.Sərkisyanın da qətlə yetirildiyi məlum terror aktından gedir-moderator.az) biz Ermənistan-Naxçıvan sərhədinin Sədərək məntəqəsində Robert Köçəryan, mən və  Azərbaycan müdafiə nazirinin də yanında olduğu Heydər Əliyevlə görüşdük.

VarqaÅak Arutyunyan ile ilgili görsel sonucu

Danışıqlardan sonra Köçəryan məni dəvət etdi və  sözügedən variantı təqdim edərək dedi ki, bu, müsbət bir seçimdir və Ermənistanın inkişafını təmin edəcək. Əlbəttə, mən buna etirazımı bildirdim. Bununla yanaşı, 27 oktyabrdan sonra da  Qarabağla bağlı danışıqlara qatıldım, həmsədrlər mənimlə görüşdülər və yenə də bu layihəni təqdim etdilər. Müzakirələr aparıldı, mən də  bir daha dedim ki, bu variant Ermənistanın təhlükəsizliyini təmin etmir..."

V.Arutyunyanın müsahibəsindən bəlli olur ki, işğalçı ölkənin keçmiş  parlament sədri Karen Dəmirçiyan, eləcə də həmin vaxt baş nazir olan Vazgen Sərkisyan da Mehri-Laçın variantının əleyhinə olublar. Robert Köçəryan isə vaxtilə “Mehri variantı” ilə bağlı suala cavab verərkən, bunu “kommunikasiya problemi” kimi təqdim etmişdi: “Heç zaman dəhliz haqqında söhbət olmayıb, bəli, Ermənistanla Artsax arasında suveren dəhlizdən söhbət gedib, kommunikasiya yolları hüququndan söhbət gedir. Bizim bundan kənar hər hansı bir digər razılaşmamız heç vaxt olmayıb”.

Təbii ki, ermənilər bu barədə öz maraqlarına uyğun olaraq iddialar irəli sürürlər və budəfəki iddialar da istisna deyil. Məsələ burasındadır ki, Azərbaycanı Naxçıvanla birləşdirən Mehri dəhlizi ölkəmizin blokada şəraitində olan bölgəsi ilə əlaqə yaradılması üçün lazımdır. Amma Ermənistanı Laçın dəhlizi vasitəsilə birləşdirə biləcək başqa ərazi yoxdur və ola da bilməz. Çünki Azərbaycan Dağlıq Qarabağ daxil olmaqla, bütün işğal altındakı ərazilərin geri qaytarılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsində israrlıdır.

Ä°lgili resim

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qəzetimizə bildirdi ki, o, heç vaxt ərazi mübadiləsi ilə bağlı müzakirələrdə iştirak etməyib: “Heç belə bir müzakirələrin aparılmasından xəbərim də olmayıb. Əgər bu müzakirələrdən xəbərim olsaydı, ərazi mübadiləsi prinsipinin qəbulolunmazlığını deyərdim. Mehri dəhlizini başa düşdük, Azərbaycanın bir hissəsindən digər hissəsinə aparır. Bəs Laçın dəhlizi hara aparır? Bu dəhliz Ermənistanı hara ilə birləşdirəcəkdi? O halda Qarabağ kimin olacaqdı? Mənim bildiyimə görə, danışıqlarda bu məsələ müzakirə olunmayıb.  Söhbət nədən gedir? Əgər biz sülh sazişindən danışırıqsa, orada bir bənd var: deyilir ki, müxtəlif istiqamətlərdə sərbəst gediş-gəliş olacaq və bunu təmin eləyən isə beynəlxalq qüvvələr olacaq. Əgər Dağlıq Qarabağ erməniləri Ermənistanla əlaqə yaratmaq istəyirsə, bu prinsip əsasında yaradıla bilər. Yəni sərbəst gediş-gəliş təmin oluna bilər və s. Amma bu, sərbəstlik Azərbaycanın qanunlarının kənarında fəaliyyət demək deyil. Eyni zamanda bu, Naxçıvana aid məsələdir. Yəni tranzit ola bilər. Bu şəkildə məsələ müzakirə olunurdu. Lakin torpaq mübadiləsi müzakirələrində iştirak etməmişəm. Ərazi mübadiləsi məsələsi cəfəngiyyatdır. Ermənilər də gec və ya tez ondan imtina edəcəklər”.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq dedi ki, heç kəsə bu məsələni müzakirə etməyi məsləhət görmür: “Çünki bu, Qarabağ kimin olacaq, məsələsini ortaya çıxarır.  Ərazi mübadiləsində bizim xeyrimiz nədən ibarət olur? Ermənilər bizə ərazi verirsə, onda açıq danışmalıyıq ki, onlar Mehri tərəfdən bizə filan qədər ərazi verirlər, biz də Laçın dəhlizindən filan qədər ərazini mübadilə edirik. Lakin dəhlizdən danışılırsa, onda dəhliz onları hara aparacaq? Bu, ermənilərin fitnəkar söhbətləridir, ortada ayrı məqsəd var. Onlar istəyirlər ki, Azərbaycanın ərazi bütövlüyü prinsipinə xələl gətirsinlər. Yəni desinlər ki, Azərbaycan torpaq mübadiləsinə hazırdır. Bu da dövlətlərin ərazi bütövlüyü prinsipindən imtina etməkdir. Bu da bizim mövqeyimizi çox ciddi şəkildə zəiflədə bilər”. 

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, dəhlizlərin dəyişdirilməsi mövzusu aktual deyil: “Düzdür, zaman-zaman bu məsələ gündəmə gəlir. Amma ”Qobl variantı" deyilən plan çoxdan unudulub və müzakirə predmeti deyil. Bu, həm də Azərbaycana sərf etmir. Azərbaycan niyə öz ərazilərini geri qaytarmaq üçün hansısa ərazisini qurban verməlidir ki?" Politoloq Ermənistanın da bu planı qəbul etmədiyini vurğuladı: “İnanmıram ki, ermənilər də Laçın dəhlizini nəzarətdə saxlayıb, Mehri dəhlizini Azərbaycana vermək barədə düşünür. Onsuz da Laçın dəhlizini işğal altında saxlayırlar və status-kvonu uzatmağa çalışırlar.  Ona görə də hər hansı ekspertin bu məsələni gündəmə gətirməsi o demək deyil ki, Ermənistan hakimiyyətində bu barədə ciddi düşünənlər var”.(müsavat)

E.PAŞASOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam