Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Köçəryan Dəmirçiyana verilmiş səsləri Sevan gölündə məhv etdirib-"O çoxdan həbsxanada oturmalı idi..."

 

Ermənistan Xalq Partiyasının sədr müavini Qriqor Arutyunyan deyib ki, onun qənaətinə görə keçmiş prezident Robert Köçəryan çoxdan dəmir barmaqlıqlar arxasında olmalı idi.

Yenixeber.org: Azadlıq Radiosunun Erməni xidməti yazır ki, son 20 ildə Arutyunyan Köçəryanın 1998-ci ildə hakimiyyəti qəsb etdiyini dəfələrlə bəyan edib. O, 1998-ci il seçkisi zamanı Robert Kocharianın xeyrinə edilmiş saxtalaşdırmalar və seçicilərə göstərilən təzyiqlərdən də söz açıb.

Onun sözlərinə görə, məsələn partiyanın ovaxtkı lideri Karen Dəmirçiyana verilmiş 1100 bülletinin Köçəryanın adına keçirildiyinin şəxsən şahidi olub. Arutyunyan deyib ki, Dəmirçiyana verilmiş səslərin bülletenlərini Sevan (azərbaycanca Göycə - red) gölündə məhv edirdilər.

“Karen Dəmirçiyana bu saxtakarlıqlar barədə bəyanat verməyə nə mane olurdu” sualının cavabında Arutyunyan deyib: “Karen Dəmirçiyan dedi ki, rəsmi nəticələri qəbul edir. Əlbəttə, o deyirdi ki, bunu seçki nəticəsi saymaq olmaz.Xalq bu nəticəni qəbul etmir, amma mən qəbul etməyə borcluyam. Çünki mən neçə illər ölkəyə rəhbərlik etmiş bir adamam”.

 

Arutyunyanın sözlərinə görə Dəmirçiyan bunu belə izah edirdi: “Niyə qəbul edirəm? Mən müharibə edən ölkədəki vəziyyəti nəzərə alıram”.

Arutyunyan keçmiş prezident və onun tərəfdarlarına işarə ilə bildirib:

“Dəmirçiyan müəyyən mənada düzgün addım atmışdı, çünki 2004-cü ildə gördüklərimiz onların necə bir adam olduqlarını göstərdi. Bu, 2008-ci ilin 1 martında da təsdiq olundu. Görünür Karen Dəmirçiyan irəli baxırdı”.

“Seçki saxtakarlıqlarına görə cinayət işi qaldırılmalıdırmı” sualına, cavab olaraq Qriqor Arutyunyan deyib ki, bir çox faktları təqdim etmək olar, amma bircə bülleten də salamat qalmayıb. O bildirib ki, hadisənin üstündən 21 il keçib və indi heç nəyi sübut etmək mümkün olmayacaq.

Bundan əvvəl Ermənistanlın Xüsusi İstintaq Xidməti 1998-ci il seçkilərinin saxtalaşdırılmasına dair materialların hazırlanmasına başlayıb. Bu barədə məlumatı xidmətin mətbuat katibi Marina Ogacanyan vermişdi.

Bildirilirdi ki, bu işlər üzrə təhqiqat müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyanın hazırda həbsdə olan ikinci prezident Robert Köçəryana açıq məktubundan sonra başlanıb. Həmin məktubda Şirxanyan yazırdı: “30 mart 1998-ci ildə prezident seçkisinin ikinci turu idi. Müstəsna olaraq Vazgen Sarkisiana verilmiş 27 faiz səsi sən özünün 59 faizinə çevirdin və özünü Ermənistan prezidenti elan etdin. Amma bu seçkidə səslərin 73 faizini yığmış Karen Dəmirçiyana sən “səxavətlə” 41 faiz verdin və Vazgenin xahişi ilə ona həm də baş nazir vəzifəsi vəd etdin. Və əlbəttə ki, həmişə olduğu kimi yenə də onu aldatdın”.

Sirxanyan ümid edir ki, onun məktubunda toxunulan başqa məsələlərlə bağlı cinayət işi qaldırılacaq.

1999-cu il, oktyabrın 27-də Yerevanda Ermənistanın Milli Məclisinə silahlı basqın zamanı Nairi Unanyanın başçılıq etdiyi dəstə iclas salonuna daxil olmuş və dövlət çevrilişi etdiyini bildirmişdi.

Hücum edənlərin başçısı Nairi Unanyan keçmiş jurnalist, Daşnaksütyun partiyasının üzvü idi və 1988-1990-cı illərdə “Qarabağ hərəkatında” fəal iştirak etmişdi.

Ermənistan mediasının yazdığına görə hadisədən dərhal sonra yenicə baş nazir təyin edilmiş Aram Sərkisyan (o hücumda öldürülmüş Vazgen Sərkisyanın kiçik qardaşıdır), Vaan Şirxanyan və Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyan keçirdikləri mətbuat konfranslarında bu hücuma görə prezident Kocharian və onun ətrafını açıq-aşkar ittiham edirdilər.

Nairi Unanianın ifadələri əsasında prezidentin müşaviri Aleksan Arutyunyan və Robert Köçəryanın bir sıra tərəfdarları həbs olunmuşdular. Sonrakı illərdə Robert Kocharian öz mövqelərini və hakimiyyətini möhkəmlədə bilmişdi.

Yerevan məhkəməsi bu hücumla bağlı işə yalnız 5 il sonra baxa bilmişdi. Nairi Unanyan, onun qardaşı Karen Unanyan, Eduard Qriqoryan, Vram Qalstyan, Darenik Bejanian və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum edilmişdilər. Sonrakı illərdə bu iş üzrə məhkum edilənlərdən bəziləri həbsxanada müəmmalı şəkildə ölmüşdü.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam