Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ABŞ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ QƏFİL DÖNÜŞ:Ərdoğanın kürəkəninin Vaşinqtona planlaşdırılan səfərindən böyük gözləntilər var - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 11 mart 2019-cu il

 

Vaşinqtonda Türkiyə ilə əlaqələri bütün səviyyələrdə izləyən və hadisələrə obyektiv baxmağa çalışan mütəxəssislər yerli seçkilərdən sonra Türkiyə rəhbərliyinin diqqəti yenidən təməl problemlərin həll edilməsinə verəcəyinə, yüksəlib-enməklə gedən türk-amerikan əlaqələrində yaxşılaşma dövrünün başlayacağına inanırlar.

Yenixeber.org: Bu amerikan mütəxəssislər hakimiyyət daxilində S-400-lər, F-35-lərin göndərilməsi, Fəratın şərqi və YPG məsələlərindəki fikir ayrılıqları davam etsə də, bunlara baxmayaraq, Türkiyə ilə münasibətlərin bərpa edilməsindən yana olan bir yanaşmanın da müzakirə edildiyini söyləyirlər.

Onlar rəhbərlikdə “Öncə problemləri həll edək, sonra münasibətlərə bütövlükdə baxarıq” şəklində mövqenin olduğunu, ancaq bu mövqenin ABŞ-ı itirilməsi mümkün olmayan və hər səviyyədə tərəfdaşlığına ehtiyac duyulan bir strateji müttəfiqi itirmə nöqtəsinə gətirdiyini bildiririlər.

Bu üzdən, həmin köhnə mövqenin buraxılıb, yerinə daha praqmatik bir mövqenin formalaşdırımasına çalışıldığını anladırlar.

 

Prezidentlər səviyyəsində alınan önəmli qərarlar

 

Söylənilənlərə görə, iki ölkə öncəliklə diqqəti iqtisadi əlaqələrin daha da gücləndirilməsinə verəcək.

Buradakı vəzifəli şəxslər məsələ ilə bağlı qərarın prezidentlər səviyyəsində, Prezident Ərdoğanla Prezident Tramparasında alındığını söyləyirlər.

Vaşinqtonda danışırlar ki, hədəf iki ölkə arasındakı 20 milyard dollarıq ticarət həcmini 75 milyard dollara çıxarmaqdır.

Bu məsələni izləyən Dünya Bankındakı bir qaynağım, bu hədəfin çox önəmli olduğunu və Prezident Trampın Türkiyəyə baxışını müəyyən edəcək yeganə təsirli amilin məhz güclənəcək iqtisadi əlaqələr olacağını vurğuladı. Həmin mütəxəssis, bu təməl möhkəm formalaşdıqdan sonra digər problemlərin də həllinə yönəlik daha rahat addımlar atılacağını söylədi.

 

Sanki Türkiyə yaxşı xəbəri eşitmir

 

Mövzu ilə bağlı digər qurumlarda danışdığım bir çox qaynağım mənə eyni bir məsələni anlatdılar. Bunu sizə eynilə anlatmam lazımdır, çünki bu, Türkiyədəki iqtisadi duruma mənfi təsir edən bir psixoloji maneəyə işarə edir.

Hər kəsin bu deyilənləri bir kənara yazıb, bunun dəyişməsi üçün “Görəsən, nə edilməlidir?” deyərək, düşünməsi lazımdır. Məsələn, ABŞ-da S-400-lərlə bağlı bir mənfi açıqlama verildikdə, Türkiyədə dolların kursu həmən buna mənfi reaksiya verir. Ancaq iki ölkə arasındakı ticarət həcminin 75 milyard dollara qaldırılması hədəfi kimi son dərəcə müsbət bir xəbərə dolların kursu bu dəfə müsbət reaksiya vermir. Bu, son dərəcə maraqlı və anlaşılmaz bir durumdur. Türkiyə bazarı bu psixoloji durumdan çıxarsa, müsbət amilləri də görərək məsələnin üzərinə gedərsə, gözlənilən çıxışın çox sürətlə getməsi ehtimalı da var.

Berat Albayrağın çox önəmli ziyarəti

 

Türk-Amerikan Biznes Şurasının ötən ilin sentyabr ayında Nyu Yorkda keçirilən və mənim də çox yaxından izlədiyim toplantısında çıxış edən Xəzinə və maliyyə naziri Berat Albayraq Türkiyənin iqtisadi sahədə izləyəcəyi “yol xəritəsi”ni detallı şəkildə ABŞ-ın biznes dünyası ilə paylaşıb.

Buradakı biznes dairələrinə yaxın olan, onların düşüncə tərzlərini bilən mütəxəssilər nazir Albayrağın sadəcə “yol xəritəsi”ni anlatmaqla qalmadığını və bunun reallaşması üçün lazım olan hər bir addımı atdığının düşünüldüyünü də söyləyirlər. Onlar bildirirlər ki, bu “yol xəritəsi”nin reallaşması burada etibarın yenidən yaranmasını təmin edir və ABŞ-dan olan investorlarda “Martdan sonra görüləcək işləri də eşitmək istəyirik” şəklində bir arzu yaranıb.

 

Yeni başlanğıcın toplantısı

 

Bu tələbi nəzərə alan Türk-Amerikan Biznes Şurası 14-16 aprel 2019-cu ildə Vaşinqtonda ABŞ-dan olan investorlarla bir toplantı da keçirəcək. “Yol xəritəsi”nə göstərilən marağı və mart ayından sonra atılacaq addımları öyrənmə arzusunu da nəzərə alan nazir Albayraq bu toplantıda çıxış etməyi qəbul edib.

İki gün davam edəcək bu toplantıda iki ölkə arasındakı əlaqələrin bütün səviyyələrdə necə yaxşılaşdırılacağı məsələsi hərtərəfli müzakirə olunacaq.

Vaşinqtondakı Trump International Oteldə keçiriləcək bu önəmli toplantıya Ticarət naziri Ruhsar Pekcan da qatılacaq. 16 apreldə ABŞ Ticarət naziri Uilber Smitlə bərabər toplantıda çıxış edəcək Ruhsar Pekcan, nazir Albayrağın anladacağı “yol xəritəsi”nə ticarət sahəsində veriləcək töhfələri açıqlayacaq və ABŞ-dan olan investorların maraqlandığı məsələlərə aydınlıq gətirəcək.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam