Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VAŞİNQTON FƏRATIN ŞƏRQİNDƏ TƏŞƏBBÜSÜ MOSKVAYA VERİR –Tramp-Putin razılaşmasının daha bir detalı - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 30 yanvar 2019-cu il

 

Yenixeber.org: ABŞ-ın paytaxtındakı region üzrə mütəxəssislərə görə, Xarici işlər naziri Mayk Pompeonun istefa verəcəyi haqqında xəbərlərin yayılmasının “Fəratın şərqində “təhlükəsiz bölgə” yaradılması” ilə bağlı müzakirələrlə eyni zamanda başlaması təsadüf deyil.

ABŞ XİN-i, obyektiv baxılarsa, “təhlükəsiz bölgə” ilə bağlı gedən müzakirənin də Vaşinqtonun regionda təşəbbüsü Moskvaya verməsini göstərdiyini düşünür.

Amerikadakı mənbələr Putinin regionla əlaqədar çox dəqiq hesablanmış diplomatik şahmat oyunu oynadığını və gedişata baxılarsa, bu oyunu qazanmaq üzrə olduğunu düşünürlər. Onlara görə, Pompeonun öz vəzifəsindən ayrılması haqda verdiyi qərarın bununla əlaqəsi var. Vaşinqtonda Pompeonun regionda Rusiyanın önə çıxmasının daha aydın görünməsindən öncə vəzifəsini buraxmaq istədiyi söylənir.

 

Bir il öncədən bəlli idi

 

Əslində, regional inkişafın bu mərhələyə gələcəyi bir il öncədən bəlli idi. Düz bir il öncə Mayk Pompeo, – o zaman Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru idi, – Rusiyanın ABŞ-a girməsi qadağan edilən üç kəşfiyyat qurumu rəhbərlərini gizli bir əməliyyatla MKİ-nin Virciniyadakı mərkəzi ofisinə gətirmiş və burada keçirilən toplantılar seriyasından sonra tərəflər ağırlıqlı olaraq Fəratın şərqi və Suriyada görüləcək işlər haqqındakı rus planını müzakirə etmişdilər.

 

Trampla Putinin Suriya anlaşması

 

Bu toplantıdan, bu təməl yaradıldıqdan düz bir həftə sonra işin siyasi tərəfini ABŞ hakimiyyətinə anlatmaq üçün Putinin Orta Şərq məsələlərinə görə məsul adamı olan Vitali Naumkin Vaşinqtona gəlmişdi. Onun Corctaun Universitetində hakimiyyətə rus planını anlatmasından sonra, ertəsi günün səhəri Trampla Putin arasında saatyarım davam edən telefon danışığı olmuş və onlar Suriya ilə bağlı bir anlaşmaya gəlmişdilər.

Bu üzdən, “nə Trampın hərbçilərin geri çəkilməsi haqqında verdiyi qərar, nə də “təhlükəsiz bölgə” ilə bağlı gedən müzakirələr Rusiya üçün təəccüblü olmamalıdır” deyən Amerika qaynaqları onu da bildirirlər ki,“Hadisələrin bu istiqamətdə inkişaf etməsinin təməli o zaman atılmışdı və əslində, işlər Rusiyanın istədiyi şəkildə gedir”.

 

ABŞ nə deyir?

 

Amerika qaynaqları “təhlükəsiz bölgə” ilə bağlı ABŞ-ın əlində, əslində, Ceyms Cefrinin uzun müddətdən bəri Vaşinqtonda anlatmaqda olduğu və öz sözlərilə desək, “Bölgədə türklərlə kürdləri bir arada yaşatmaq planı” deyərək, qeyri-müəyyən şəkildə anlatdığı plandan başqa bir şeyin olmadığını da söyləyirlər.

ABŞ XİN-in Suriya üzrə xüsusi təmsilçisinin bu planının Türkiyə üçün bir şey ifadə etmədiyini bilən Amerika qaynaqları özəl söhbətlərdə “Türkiyənin kürdlərlə bağlı bir problemi onsuz da yoxdur, onun problemi terrorçu ünsürlərlədir” də deyirlər.

Rusiya isə “təhlükəsiz bölgə” ilə bağlı Suriya və mərkəzi hökumət kartını irəli sürərək, Amerika qaynaqlarına görə, içi daha çox dolu olan bir addım atıb.

 

Adana protokolu

 

Eyni qaynaqlar, Rusiyanın elə bu mərhələdə “Adana protokolu” məsələsini önə sürməsinin də Putinin uzun müddətdir Suriyada davam etdirdiyi diplomatik şahmat oyununun bir həmləsi olduğunu bildirirlər. Bu mərhələdə Vaşinqtonun gözlərinin Türkiyə üzərində olduğunu və Ankaranın edəcəyi əks-həmlənin maraqla gözləndiyini söyləyirlər.

ABŞ-lı mütəxəssislər, Vaşinqtonun Suriyanın ərazi bütövlüyünə önəm verdiyini söyləyən Türkiyənin bu durumda Rusiyanın “təhlükəsiz bölgə” planına necə qarşı çıxacağını görmək istədiyini də bildirirlər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam