Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanın İran səfəri, Putinin qəfil zəngi, Bakının gözləntisi

 

Ermənistan baş nazirinin ilk Tehran səfərində əsas hədəf; siyasi və iqtisadçı ekspertlər işğalçı üçün yaxşı heç nə vəd eləmirlər; erməni KİV-i: “Paşinyan iqtisadi sıçrayış üçün zəmin hazırlaya bilməyib...”

Yenixeber.org: Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan İrana ilk rəsmi səfərə gedəcək. Bundan qabaq o, Gürcüstanda, Rusiyada, Avropada (Fransa, Almaniya) işgüzar səfərlərdə olub. Lakin İran ziyarəti özünəməxsusluğu ilə seçilir.

Birinci ona görə ki, cənub qonşumuz hazırda ABŞ-ın hədəfində və sərt sanksiyaları altında olan dövlətdir. İran əlbəttə ki, belə səfərlərlə bölgədə təklənmədiyini göstərməkdə maraqlıdır. Öz növbəsində Paşinyan bununla guya Qərbi, xüsusən də ABŞ-ı şantaj eləmək, Ermənistana diqqət çəkməklə onu bazarlığa çıxarmaq, “məzənnə”sini qaldırmaq istəyir.

***** 

“Yeni Müsavat” xatırladır ki, İran Ermənistanın İslam dünyasında ən sıx əlaqələrə malik olduğu yeganə iri müsəlman dövlətidir. Ötən il bu yeganə müsəlman ölkəsinin prezidenti Həsən Ruhani rəsmi səfərlə İrəvanda olub. İndi sıra təcavüzkar ölkənin rəhbərinə çatıb. Ümumiyyətlə, iki ölkə arasında rəsmi və qeyri-rəsmi səfərlər çoxdan adiləşib. 

Ancaq Ermənistan işğalçı ölkədir, toraqlarımızın1/5-ni on illərdir işğal altında saxlayır, 1 milyona yaxın müsəlman toplumu öz yurdundan didərgin salıb. Əfsus ki, “İslam Respublikası” adlanan İran illərdir bu reallığı ciddiyə almır, işğalçı ölkə ilə isti münasibətləri davam etdirir - digər iri müsəlman dövlətləri Türkiyə, Pakistan İslam Respublikası, Səudiyyə Ərəbistanı kimi Ermənistanla sərhədləri bağlamaq və diplomatik münasibətləri kəsmək əvəzinə.

paÅinyan ruhani ile ilgili görsel sonucu

Maraqlıdır ki, Nikol Paşinyanın Tehran səfəri ərəfəsində İran da Ermənistan kimi Azərbaycana qarşı, faktiki, ərazi iddiası ilə çıxış edib. Ruhani Şimali Azərbaycanı nəzərdə tutaraq deyib ki, guya nə vaxtsa “həmin tarixi torpaqlar İrandan qoparılıb”. Yad torpaqları ələ keçirmək üçün alışıb-yanan ermənilərə və onların hazırkı rəhbəri Paşinyana səfər öncəsi heç də pis sürpriz, reverans deyil.

Elə Paşinyan da az öncə İranın xoşuna gələn jest eləmiş, Tehranın Moskva ilə birgə müdafiə elədiyi Bəşər Əsəd rejiminin hakim olduğu Suriyaya humanitar missiya göndərmişdi. Bununla da Vaşinqtonun qəzəbinə gəlmişdi. Dövlət Departamenti Ermənistan hökumətini Rusiya ilə birgə “zalım Əsəd rejiminə dəstək verməkdə” ittiham eləmişdi. Yeri gəlmişkən, Paşinyandan cəmi bir gün qabaq, yəni dünən Bəşər Əsəd Tehranda səfərdə olub...

*****   

Bəs İran səfəri Ermənistana hansı faydaları gətirə bilər?

“Ermənistanın baş naziri qonşu İranla əməkdaşlığa xüsusi əhəmiyyət verir”. Bu sözləri politoloq Elxan Şahinoğlu deyib: “İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirib ki, Ermənistan müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz ötən il qeydə alınıb. Söhbət 364 milyon dollarlıq ticarət dövriyyəsindən gedir. Rəqəm böyük deyil, ancaq iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstəricidir”.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Paşinyanın hansı məsələləri müzakirə etmək üçün Tehrana getdiyinə də münasibət bildirib: “Nikol Paşinyanın əsas məqsədi İranla indiki iqtisadi əməkdaşlığı genişləndirmək və ortaq regional layihələri həyata keçirməkdir. Sadəcə, İran bu gün elə vəziyyətdə deyil ki, Ermənistanla hansısa regional layihəni maliyyələşdirməyə maraqlı olsun. Buna baxmayaraq, Paşinyanın Tehranda nələr danışacağını və nə eşidəcəyini diqqətlə izləyəcəyik. İran Rəşt-Astara dəmiryolunun inşası üçün Bakıdan 500 milyon dollar kredit gözləyirkən Ermənistanla birgə layihəyə hansısa kredit ayırarsa, bu, Tehranın Azərbaycana qarşı xoş olmayan mesajı olacaq”.

Politoloq onu da vurğulayıb ki, Paşinyan Moskvaya etdiyi səfərlərdən fərqli olaraq, Tehranda Qarabağ probleminin həllini müzakirə etməyəcək: “Bu, heç Tehrana lazım da deyil. Halbuki Bakıya gələn iranlı rəsmilər və generallar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, bunu gərək erməni rəsmilərə də deyələr. İranın Qarabağ məsələsində məsafə saxlaması İrəvanı illərdir razı salır və ermənilər Tehranın neytral siyasətindən razılıqlarını gizlətmirlər. O da faktdır ki, İrana rəsmi səfər edən Ermənistanın hər bir prezidenti Qumda dini lider Əli Xamenei ilə də görüşmək istəyir. Bir neçəsinə belə görüş qismət olub. Dini liderlə görüş ermənilərə PR baxımından vacibdir. Azərbaycan torpaqlarını işğal edən dövlətin liderinin milliyyətcə azərbaycanlı dini liderlə görüşüb şəkil çəkdirməsi erməni siyasətçi üçün uğur sayılır”.

*****

Səfərin iqtisadi önəminə gəlincə, onu da yada salaq ki, inqilabçı baş nazir Paşinyan ötən ay ölkədə “iqtisadi inqilab” anonsunu verib. Söhbət qısa zamanda iqtisadi sıçrayışa nail olmaqdan gedir. Ancaq blokada şəraitində olan, iki əsas qonşusu ilə sərhədləri bağlı, dünya okeanına çıxışdan və ciddi təbii resurslardan məhrum işğalçı Ermənistanda bunun mümkünlüyünə hətta ən nikbin erməni iqtisadçılar da şübhə edirlər.             

Natiq CÉfÉrli ile ilgili görsel sonucu

“Paşinyan bu yolla ən azından ölkəsində rəğbət qazanmağa çalışır”. Bunu axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Paşinyanın vergi və gömrük qanunvericiliyinin dəyişdirilməsi, investisiya şəraitinin yaxşılaşdırılması təşəbbüsü ilə çıxış etmək istəyi anlaşılandır: “Çünki Ermənistanın yeni hökumət daha çox vədlərin verilməsi ilə yadda qalıb. Lakin Ermənistanın iqtisadi potensialı həddindən artıq zəifdir və ölkənin hər hansı formada ayaqda qalması, iqtisadi inkişafa nail olması çox problematikdir. Ona görə də Paşinyanın ”iqtisadi inqilab" anonsunu ilkin vədlər, hökumətin məsələlərə daha çox populist baxışı kimi dəyərləndirmək lazımdır". Ekspertə görə, Ermənistan iqtisadiyyatını yaxın zamanlarda dirçəltmək çox çətin məsələdir. “Bunun üçün ilk növbədə Ermənistanın maliyyə resursu yoxdur, ona görə də Nikolun ”inqilab" anonsu əhalini sakitləşdirməyə hesablanıb", - deyə o qeyd edib.

Ekspert bu mənada Avropa ölkələrindən Ermənistana xarici investisiyanı da istisna edir: “Birincisi, Ermənistan iqtisadi cəhətdən nəinki cəlbedici ölkədir, hətta potensialı və alıcılıq qabiliyyəti yoxdur, tranzit imkanları isə sıfırdır. Bütün bu faktorlar Ermənistan kimi kiçik bir bazara investisiya yatırımlarını mümkünsüz edir. Azərbaycan işğalçı Ermənistanı haqlı olaraq kommunikasiyalardan kənarda saxlayıb. Bu nöqteyi-nəzərdən ciddi iqtisadi potensialı olmayan ölkəyə iqtisadi cəhətdən xarici investisiyalar mümkünsüzdür. İkincisi, Ermənistanın Rusiyanın tələbini yerinə yetirərək Suriyaya missiya göndərməsi Qərbdə qıcıq yaradıb və Qərblə münasibətlərdə fəsadlara gətirib çıxaracaq”.

*****

Ä°lgili resim

“Baş nazir Paşinyan iqtisadi inqilabın reallaşması üçün vətəndaşlardan başqalaşmağı, dəyişməyi tələb edir. Ancaq reallıq belədir ki, hakimiyyət mənsubları, şəxsən hökumətin özünün buna ehtiyacı var. Vətəndaşlar onlardan bunu gözləyir”. Bu sözləri 1 in.am portalında erməni siyasi şərhçi Qarnik Gevorkyan “İqtisadi inqilabın uğursuz startı” sərlövhəli tənqidi məqaləsində yazır.

“Məxmər inqilabdan 10 ay ötüb. Bu, ciddi iqtisadi uğurları qeydə almaq üçün yetərli deyil, amma iqtisadi inkişafa zəmin hazırlamaq üçün artıqlaması ilə bəsdir. Statistik göstərilər isə sübut edir k, belə bir zəmin hazırlanmayıb. Demək, iqtisadi inqilab reallaşmayacaq”, - deyə müəllif qeyd edib.

Paşinyan məhz bu reallıqlar fonunda İrana gedir. O da diqqət çəkir ki, səfər ərəfəsi Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında telefon söhbəti olub. Təşəbbüsün hansı tərəfdən gəldiyi deyilmir. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Rusiya-Ermənistan əməkdaşlığının inkişafı məsələlərini, habelə regional problemləri müzakirə ediblər. İran səfəri öncəsi Putin Paşinyana xeyir-duamı, yoxsa mesaj verib? Hələ ki bu da mübhəm olaraq qalır...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam