Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SUDAN PREZİDENTİNİ SURİYAYA KİM GÖNDƏRİB? –Putin Əsədi ərəb liderlərilə barışdırmağa çalışır - TƏHLİL

İbrahim Tığlı

“Yeni Şafak”, Türkiyə, 18 dekabr 2018-ci il

 

Yenixeber.org: Sudan Prezidenti Ömər əl-Bəşir Suriyaya qısa sürən səfər edib. Ömər əl-Bəşir 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayan gündən bu yana Dəməşqə səfər edən ilk ərəb lideri olub.

Sudan Xəbər Agentliyi (SUNA), bu səfərdə önə çıxan başlıqların iki ölkə arasındakı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi və regionda baş verən hadisələrin müzakirə edilməsi olduğunu bildirib.

Lakin sonra bu görüşün deyiləndən uzun davam etdiyi və bir çox məsələnin müzakirə edildiyi ortaya çıxıb.

Bu səfərin sadəcə Sudan adına edilmədiyi aşkardır. Bəşirin Səudiyyə Ərəbistanının məlumatı daxilində, Suriya vətəndaş müharibəsində yeni rollar qapmağa çalışan ərəb ölkələri adına da orada olduğu bir həqiqətdir.

Bəşir bu səfərlə, hər şeydən öncə, digər ərəb ölkələrinin Əsədə yanaşmalarını sındırır və ərəb ölkələrilə Suriya arasında yeni əlaqə dövrünün başladığını xəbər verir. Artıq Sudanın başlatdığı bu xətt davam edəcək və Bəşər Əsədin legitimliyi ərəb liderləri tərəfindən şübhə altına alınmayacaq.

Elə Bəşiri də maraqlandıran Əsədin öz xalqına müharibə elan edərək, yüz minlərlə insanı öldürməsi və ya legitim bir lider olub-olmaması deyil. Onun özü haqqında da, Darfurda buna oxşar bir qırğını həyata keçirdiyinə dair ittihamlar irəli sürülərək, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə edilmə qərarı çıxarılıb.

Türkiyədə Əsəd tərəfdarı olan dairələrin Bəşirə düşmənçilik etmək kimi qəribə bir yanaşmaları var. Bəşirin Türkiyəyə gəlməsinə belə qarşı çıxan bu dairələr hökumətin onunla dialoq qurmamalı olduğunu bildiriblər.

Əslində ərəb liderlərinin bir-birindən çox fərqi yoxdur, xalqlarından çox öz hakimiyyətlərini qorumaq üçün mübarizə edərlər. Çünki azad seçkilər keçirilmədiyindən və xalqın səsinə ehtiyacları olmadığından onlar üçün bir dəyəri də yoxdur. Onlar öz xalqlarına hesab verməzlər, hesab verdikləri yerlər, Səudiyyə Ərəbistanı nümunəsində göründüyü kimi, bəllidir.

Bəşirin bu səfərlə özünü əməlli-başlı “ərəb mübarizəsi”nə həsr etdiyi görünür. O, Suriyanın zəiflədilməsilə ərəb dünyasının zəiflədilməsinin eyni mənaya gəldiyini bildirərək, vətəndaş müharibəsinə rəğmən, hakimiyyətin ərəb prinsiplərinə bağlı qaldığını müdafiə edir. Görünür, ABŞ-ın İraqı işğal etməsilə “ərəb prinsipləri”nin qalıb-qalmadığını unudub.

Bu səfər öncəliklə Səudiyyə Ərəbistanının məlumatı daxilində həyata keçirilib. Çünki Səudiyyə Ərəbistanının məlumatı olmadan, onun Qırmızı dənizin o biri tərəfinə keçməsi belə, mümkün deyil. Səudiyyə Ərəbistanının Yəməndəki işğal hərəkatına dəstək verən ölkələrdən biri olmasına rəğmən, birincinin İranla münasibətlərinin də Sudan vasitəsilə davam etdirildiyini söyləyə bilərik.

Sudanın Səudiyyə Ərəbistanının Yəmən siyasətinə dəstək verməsinə rəğmən, İranla münasibətlərini üst səviyyədə davam etdirən dövlətlərdən biri olması həqiqətini unutmamaq lazımdır.

Bu səfərin görünən tərəfi ilə əlaqədar, əl-Bəşirin bir müddət öncə baş tutan Rusiya səfərinin ardından bu səfəri həyata keçirməsinin arxasında Sudanın Suriya məsələsində Rusiya-İran oxuna girməsi kimi şərh verə bilərik. Lakin əl-Bəşir bunu edərkən, Səudiyyə Ərəbistanı və BƏƏ kimi “fincançı qatırları”nı ürkütməməyə də diqqət edir. Sudan, Suriya-İran-Rusiya oxuna yaxınlaşarkən, sünni ərəb dünyasından da qopmur. Xarici işlər nazirinin təbirincə desək, Sudan çoxyönlü xarici siyasət izləyir.

Bəşirin Suriya ilə dialoq qurması digər ərəb ölkələrinin də bu ölkə ilə olan əlaqələrinə yenidən baxmasının və Bəşər Əsədi legitim bir lider olaraq görərək, Suriya ilə əlaqələrini düzəltməyə çalışmalarının yolunu açacaqdır.

Bir müddət öncə Rusiyanın “Nezavisimaya qazeta” nəşri, BƏƏ-nin vəzifəli şəxslərilə Suriyalı təmsilçilər arasında görüşlər keçirildiyini və bu ölkənin Suriyadakı elçiliyini yenidən fəaliyyətə keçirməyi planlaşdırdığını iddia etmişdi. Hətta“NQ”, BƏƏ diplomatlarının tez-tez Dəməşqi ziyarət edərək, Əsəd başda olmaqla, Suriyalı vəzifəli şəxslərlə mütəmadi olaraq görüşdüklərini də bildirmişdi. Bu yeni proses, müəyyən mənada, Türkiyəni Qətərlə birlikdə regionda yalnızlaşdırmağa yönəlik manevr kimi də qiymətləndirilə bilər.

Bu səfərdə Rusiyanın da payı var. Rusiya, Əsədi ərəb liderlərilə barışdırmağa və onların Bəşərə dəstək vermələrinin önünü açmağa çalışır. Ömər əl-Bəşiri Rusiya və İranın da çətiri altında bu duruma soxan səbəb ölkəsinin mövcud iqtisadi durumudur. ABŞ-dan yetərli dəstəyi ala bilməyən Sudan hakimiyyəti “həm dənizə düşür, həm də dənizə düşərkən ilana sarılmağa laqeyd qalmır”.

Rusiya çoxdandır Afrikada yerləşmək istəyir. Mərkəzi Afrika Respublikasına (MAR) xüsusi maraq göstərir və hərbçı göndərmək hazırlığına girişir. MAR-a yönəlik həm ticari, həm enerji, həm də strateji planları var. MAR-a yerləşərkən Sudanın dəstəyini alması, regionda yaranacaq yeni siyasi balansın ABŞ və Fransa mərkəzli olmaqdan çıxarılması lazımdır. Rusiya, Mərkəzi Afrikada müəyyənedici rol oynamağın Sudan və Çaddan keçdiyini bilir.

Sudanın Suriya həmləsini “proqnozlaşdırıla bilən sürpriz” olaraq dəyərləndirə bilərik. Ərəb ölkələrinin strateji baxımdan önəmli, lakin iqtisadi baxımdan ən kövrək ölkəsi olan Sudan, Əsədlə yaxınlaşma istiqamətində addım atıb.Ömər əl-Bəşir bu səfərinin qarşılığında nə alıb?

Hər şeydən öncə, o, 2020-ci ildə namizəd olacağını hələ açıqlamasa da, özünün və ya göstərəcəyi namizədin dövlət başçılığını təminat altına alır. Cənubi Sudanın ayrılmasından sonra iqtisadi problemlər yaşayan Sudan, Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəyilə rahatlayacaq və seçkiləri problemsiz bir şəkildə keçirəcəkdir. Bəşirin hər seçki öncəsi istifadə etdiyi iki taktika var: müxalifətlə görüşərək, uzlaşma yollarını aramaq və sudanlıları iqtisadi baxımdan rahatlatmaq.

Sudan xalqı, Cənubi Sudanın ayrılmasına, iqtisadi problemlər yaşamasına rəğmən, əl-Bəşiri dəstəkləməyə davam etdi.Görəsən, indi nə edəcək? Görəcəyik…Tərcümə Strateq.az-ındır

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam