Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gün İstanbulda İƏT-in fövqəladə sammiti keçiriləcək

 

 Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısı keçiriləcək

Yenixeber.org: Sammit hazırda İƏT-ə sədrlik edən Türkiyənin təşəbbüsü ilə çağırılıb.
İclasa təşkilata üzv olan 40-dan çox dövlətin rəsmilərinin qatılacağı gözlənilir.
Bildirlib ki, sammitdə 13 ölkənin prezidenti, əmiri və baş naziri, 2 dövlətin vitse-prezidenti, 3 ölkənin baş nazirinin müavini, 12-nin isə xarici işlər nazirləri iştirak edəcək. Bundan başqa, 11 ölkə toplantıda səfir və diplomatik missiyanın nümayəndəsi səviyyəsində təmsil olunacaq.
İran Prezidenti Həsən Ruhani, Əfqanıstan Prezidenti Əşrəf Qəni, İordaniya kralı II Abdullah, Sudan Prezidenti Ömər əl-Bəşir, Qvineya Bissaunun Prezdenti Joze Mario Vaz, Qvineya Prezidenti Alfa Konde, Qətər əmiri Təmim bin Həməd Al Tani, Küveyt əmiri Sabah əl Əhməd əl-Sabah, Mavritaniya Prezidenti Məhəmməd Vələd Əbdüləziz, Şimal Kipr Türk Cümhurriyyətinin Prezidenti Mustafa Akıncı, Pakistanın Baş naziri Şahid Abbasi və Qırğız Respublikasının Baş naziri Məhəmmədkalı Abılqaziyev sammitdə iştirak edəcək.
Toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.
Sammitdə ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi məsələsi, bundan sonra yaranmış vəziyyət və Fələstində baş verən hadisələr müzakirə ediləcək.
Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam