Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÇİNİN 1 TRİLYON DOLLARLIQ LAYİHƏSİ TƏHLÜKƏDƏ –Qərbdə Asiya nəhənginin ölkələri maliyyə asılılığına saldığını düşünürlər- TƏHLİL

Cüneyt Başaran

“Habertürk”, Türkiyə

 

İlk açıqlama Malayziyadan gəlib. Yeni seçilmiş Baş nazir Mahathir Məhəmməd Çinin məşhur “Bir qurşaq, bir yol” layihəsi çərçivəsində Malayziyada həyata keçirilməsi  nəzərdə tutulan 22 mlrd. dollarlıq investisiya layihələrini ləğv etdiyini açıqlayıb.

Yenixeber.org: Baş nazir Mahathir Məhəmməd, Malayziyanın 5,2%-in altına düşən böyümə səviyyəsi və 1 mlrd. dolların altına düşən cari artımı ilə borc tələsinə düşməsinin imkansız olduğunu bildirib. Çin şirkətlərinin Malayziyaya investisiya qoymasına qarşı olmadıqlarını bildirən Mahathir, “Hazırda bizə lazım olmayan və artan borclanma məsrəflərilə olduqca məsrəfli hala gələn layihələri həyata keçirmək istəmirik” – deyib.

Malayziyanın açıqlamalarından bir ay sonra bu dəfə Pakistanın yeni seçilmiş hökuməti adından Baş nazir İmran Xan, Çinlə “Bir qurşaq, bir yol” layihəsi çərçivəsində daxilində körpülər, dəmir yolları, liman layihələri olan 62 mldr. dollarlıq anlaşmada ciddi dəyişikliklər edilməsini istəyib. Xan, “Hazırda təcili ehtiyacımız olan bizi yüksək miqdarda borca salacaq böyük layihələr deyil, yeni fabriklər, suvarma və kanalizasiya layihələridir” deyib.

 

“Bir qurşaq, bir yol” layihəsi nə idi?

 

Çinin 71 ölkəni əhatə edən və təxmini büdcəsi 1 trilyon dollar olan “Bir qurşaq, bir yol” layihəsi Cənubi-Şərqi Asiyanı iqtisadi olaraq Afrika və Şərqi Avropaya bağlamağı hədəfləyir.

Dünya əhalisinin yarısı və ÜDM-nin də ¼-i bu layihənin əhatə dairəsində qalacaq. İndiyədək bu layihə çərçivəsində çinli firmaların 350 mlrd. dollarlıqinfrastruktur kontraktı bağladığı, bunun da 210 mlrd. dollarının Çin tərəfindən maliyyələdirildiyi təxmin edilir.

Bu layihədə ən önəmli hesab edilən dəmir yolları və limanlardır. Bu səbəblə Çin “XXI əsrin İpək Yolu” da adlandırılan bu layihə üçün bir çox ölkə ilə bir-birindən iddialı anlaşmalara imza atır. Ancaq bu anlaşmalar Pakistan, Tacikistan, Laos, Qırğızıstan kimi idxal gücü az və borclanma imkanı məhdud olan ölkələri çətin vəziyyətə salır. Bu ölkələr həmən iddialı layihələrin maliyyələşdirilməsi üçün elə Çinin özündən kredit alırlar.

Yazının əvvəlində qeyd etdiyim iki ölkə – Malayziya  Pakistan “Bir qurşaq, bir yol” layihəsinin diqtə etdiyi yüksək borclanma və hər keçən gün artan Çindən maliyyə asılılığı səbəbilə “Biz yoxuq” deyib.

 

Bundan sonra nə olacaq?

 

Əslində, məsələ sadəcə layihəyə daxil olan ölkələrin yüksək borclanma zərurəti qarşısında geri addım atmasından ibarət deyil. Uzun müddətdir ki, “Bir qurşaq, bir yol” layihəsi Qərb dünyasında şübhə ilə izlənilir. Başda Vaşinqton olmaqla, Qərb paytaxtlarında bu layihənin “Pekinin siyasi və hərbi nüfuz dairəsini genişləndirmək üçün bir çox ölkəni maliyyə sahəsində özündən asılı hala gətirmək” məqsədilə ortaya atdığını düşünürlər.

Ən son olaraq, Beynəlxalq Vlyuta Fondunun (İMF) Prezidenti Laqard “Bu layihə, həqiqətən, ehtiyac duyulan yerə doğru getməli” deyərkən, Fransa Prezidenti Makron da ““Bir qurşaq, bir yol” layihəsi ancaq ikitərəfli işləyən bir magistral yol olarsa, işləyər” deyərək, layihəyə ehtiyatlı yanaşmışdı.

Anlaşılan odur ki, bir tərəfdən artan FED faizləri, digər tərəfdən də Trampın əl çəkmədiyi “ticarət müharibələri”lə bu layihə üçün Çinin əlində olan imkanlar zəiflədilməyə çalışılır.

Eyni zamanda, bu layihəyə isti baxan ölkələrə də “Diqqətli ol!” çağırışı edilərək, fərqli alternativlər təklif edilir.

Çin bu qədər böyük investisiya qoyduğu layihədən geri addım atarmı? Digər ölkələr Malayziya, Pakistan və Şri-Lankanı izləyərək,  işin ciddiyyətini azaltmağa cəhd edərmi? Yaşayıb, görəcəyik. Ancaq bu layihə ilə bağlı böyük bir bilək güləşinin olduğu gün kimi aydındır.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam