ƏRDOĞANIN SƏRT RİTORİKASI VƏ NETANYAHUNUN SÖYÜŞÜ:bu dəfə Fələstin qayçısı İsrail-Türkiyə əlaqələrini tam kəsə biləcəkmi?
Semih İdiz
“Əl-Monitor”
Prezident Donald Trampın ABŞ səfirliyini Qüdsə köçürmə qərarı ilə yaranan siyasi qarışıqlıq və qətliam artıq Türkiyə ilə İsrail arasındakı “eşq macərası”nın son və qəti şəkildə pozulmasına səbəb ola bilər. Həmçinin hələ də həll olunmayan bir sıra problemlər üzündən vəziyyət artıq Türkiyə-Amerika əlaqələrindəki böhranı da dərinləşdirməkdədir.
Yenixeber.org: Fələstin nümayişçilərinin İsrail əsgərləri tərəfindən kütləvi şəkildə öldürülməsindən sonra İsrailin Ankaradakı səfirinin və İstanbuldakı konsulunun ölkədən çıxması istənib. Qüds böhranı ilə bağlı məsləhətləşmələr üçün Vaşinqtondakı səfir geri çağırılıb.
Eyni şəkildə, İsrail Təl-Əvivdəki Türkiyə səfirindən və Qüdsdəki baş konsuldan ölkəni tərk etmək tələb edilib.
İsrailli elçisi Eytan Nae Türkiyədən çıxarılarkən mətbuatın gözü qarşısında aldadıcı bir şəkildə aeroportun təhlükəsizlik işçiləri tərəfindən axtarışa məruz qalıb, İsrail də buna qarşılıqlı cavab verib.
ABŞ-ın geri çağırılan və 2017-ci ilin sentyabr ayında Kabilə təyin olunmuş sabiq səfiri Con Bass da prezident Rəcəb Tayyip Ərdoğanın şifahi hücumlarından sonra eyni aqibəti yaşamışdı. Ərdoğan iddia etmişdi ki, Ankarada olduğu müddətdə Bass ABŞ rəhbərliyinə verdiyi hesabatlarla Türk-Amerikan əlaqələrini korlayıb.
Hazırda Ərdoğan İsrailə qarşı beynəlxalq kampaniyaya yenidən başlayan görünür. Ötən il Trampın ABŞ səfirliyini Qüdsə köçürmək niyyətini elan etdikdən sonra olduğu kimi, mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni təcili zirvəsi çağırılıb. Türk səlahiyyətliləri 2017-ci ilin dekabrında İstanbulda təşkil edilən İƏT zirvəsi sayəsində BMT Baş Assambleyasında dəstək qazandıqlarına inanırlar.
Vaşinqtonun BMT-dəki səfiri Nikki Heylinin təhdidlərinə baxmayaraq, Assambleyanın qətnaməsi qəbul edilib (128 ölkə – “lehinə”, 9 – “əleyhinə”, 21 ölkə iştirak etmədi və 35 səsvermədən imtina etdi). Ankaranın diplomatik məhsuldarlığı və son hadisələri nəzərə alaraq, Vaşinqtonun keçənilki məğlubiyyətin qarşısını almaq üçün artıq səhnə arxasında danışıqlar aparması barədə söz-söhbət gəzir.
Rəsmi səfər çərçivəsində, Londonda silahsız fələstinlilərin öldürülməsindən danışarkən, Ərdoğan “İsrail – terrorçu dövlətdir” deyib, eyni zamanda, “Chatham House”dakı çıxışında o bildirib: “Amerika problemlərin həllində beynəlxalq vasitəçi rolunu itirib. Özümüzü İkinci Dünya müharibəsi dövrünün qaranlıq günlərində kimi hiss etməməliyik”.
İngiltərədə təhsil alan türk tələbələri ilə görüşdə Ərdoğan Qəzzadakı “humanitar dram”a görə ABŞ və İsraili lənətləyib və israilliləri fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edib. O, / YPG-yə verdiyi ə görə də Birləşmiş Ştatları yıxıb-sürüyüb: “Təəssüf ki, PYD və YPG ilə etdiyi kimi, Amerika burada da İsraillə əməkdaşlıq qurub”.
Yeri gəlmişkən, PYD / YPG məsələsinə dair Ankara ilə Vaşinqton arasındakı danışıqların sürətlə davam edəcəyi deyilir, amma indiyədək bu barədə çox az şey məlumdur.
Ərdoğan və İsrail baş naziri Netanyahu “Twitter”-də “fikir mübadiləsi” aparıblar.
“Ərdoğan “HƏMAS”-ın ən böyük tərəfdarları arasındadır və heç bir şübhə yoxdur ki, o, terrorizm və qırğının nə olduğunu yaxşı başa düşür, mənə bizə əxlaq öyrətməməyi təklif edirəm”, – Netanyahunun “tweet”i.
“Netanyahu – 60 ildir BMT-nin qətnamələrini pozan və müdafiəsiz insanların torpaqlarını işğal edən aparteid dövlətinin baş naziridir. Onun əlləri fələstinlilərin qanına bulaşıb və Türkiyəyə hücum edərək cinayətləri gizlədə bilməz. İnsanlıq dərsi istəyirsiniz? Tövratın “On əmr”ini oxuyun”, – deyə Ərdoğan yazıb.
Netanyahunun tərbiyəsiz oğlu Yair “Instagram”da söyüş paylaşıb: “F*** Türkey”.
Ərdoğanın ABŞ-a yönəlik tənqidləri və İsraillə qarşı hiddəti Türkiyədəki siyasi spektr arasında bölüşənlər az deyil. Həssas xarici siyasət məsələlərində Ərdoğanın ritorikası üzərində qurulan diplomatiyanı dəstəkləyən “Hürriyet” qəzetinin əməkdaşı Taha Akyol bu dəfə sərt sözlər söyləyib: “Bu gün İsrail zülmünə görə başlıca məsuliyyət ABŞ prezidenti Donald Trampın üzərinə düşür… Öldürülən fələstinlilər üçün mənəvi məsuliyyət də Trampa şamildir”.
“Haberturk”ün Vaşinqton nümayəndəsi Serdar Turqut, Vaşinqtonun Ərdoğana nifrət edən xristian-yevangelistlər tərəfindən idarə olunduğunu və neokonların İsraili dəstəklədiyini yazıb. Turqutun sözlərinə görə, bu qruplar düşünür ki, yalnız özləri və İsrail – yaxşı, Türkiyə isə pisdir.
Türkiyənin terror ittihamı ilə əlaqədar amerikalı pastoru həbsdə saxlaması da Vaşinqtonun mühafizəkar və yevangelist dairələri arasında Ərdoğana nifrəti artırıb. Endrü Branson 2016-cı ilin iyul ayında baş verən çevrilişdə ittiham olunan Fəthullah Gülənin təşkilatını, həmçinin separatçı kürdləri dəstəkləməkdə ittiham olunur. Bəzi konqresmenlər Bransonun həbsdən çıxarılması üçün Ankaraya qarşı sanksiyalar tətbiq etməyə çağırır. Eyni zamanda, Vaşinqtonun Pensilvaniyada məskunlaşmış Güləni təhvil verməkdən imtina etməsi də gərginlik qaynağıdır.
Ərdoğan ərəb ölkələrinin dəstəyinin Fələstin üçün kifayət etmədiyini iddia edərək, İsrail tərəfindən öldürülən fələstinlilərlə bağlı üçgünlük matəm elan edib, mayın 18-də İstanbulda və mayın 20-də Diyarbəkir şəhərində İsrail əleyhinə mitinq planlaşdırıb.
Fələstin məsələsi Türkiyədəki bütün partiyalar tərəfindən dəstəklənsə də, müxalifət bunu Ərdoğanın 24 iyunda keçiriləcək seçkilərdə öz siyasi maraqlarını inkişaf etdirmək üçün istifadə etdiyini iddia edib. Bir çoxları hakim Ədalət və İnkişaf Partiyası tərəfindən təşkil edilən etiraz nümayişlərinin Ərdoğanın nəfinə olacağını gözləyir.
Türkiyənin hiddətə baxmayaraq, İsrail hələ də Ankara ilə əlaqələri kəsmək istəmədiyini göstərir.
“Xarici İşlər Nazirliyində və əlbəttə, baş nazir Benyamin Netanyahu ilə müzakirələr apardıqdan sonra biz Türkiyə ilə əlaqələri kəsmək niyyətində deyilik”. Bunu İsrail xarici işlər nazirinin müavini Tzipi Hotoveli İsrail mətbuatına açıqlamasında bildirib.
Buna baxmayaraq, Ərdoğanın bu əlaqələri kəsmək üçün Türkiyə içində böyük ictimai dəstəyi var. Sabiq səfir Oğuz Demiralpın fikrincə, bu dəfə İsrailin hərəkətləri cavabsız qalmamalı və silahsız fələstinlilərin öldürülməsinə məsul olanlar hərbi canitək mühakimə olunmalıdırlar.
Demiralp “T24” xəbər portalındakı sütununda yazıb: “Bəlkə də Tramp və Netanyahuya xatırladılmalıdır ki, beynəlxalq hüquq çərçivəsində, Şərqi Qüds daxil olmaqla, Fələstin işğal altında olan ölkədir və hazırda beynəlxalq hüquqa əsasən, fələstinlilər vəziyyətin tələb edildiyi halda silahlı müqavimət göstərmək hüququna malikdir”.
İsrail praqmatik səbəblərə görə Türkiyə ilə əlaqələri kəsmək istəməyə bilər, lakin fələstinlilərə qarşı cəzasız qalan cinayətlər ucbatından Türkiyə buna zəmanət vermir.
Tərcümə: Strateq.az