Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənilərin ikili oyunu:İrəvan öz işğal ortağını şantaj edir

 

 

Moskva isə öz imperiya maraqlarına hesablanmış Qarabağ siyasətini davam etdirir; amerikalı diplomat: “Ermənilər özlərini olduqca xoşagəlməz bir reallıqla üzləşdiriblər...”

 

Yenixeber.org: Son vaxtlar işğalçı Ermənistanda yenə anti-Rusiya isteriyası baş qaldırıb. Səbəb də qarşılıqlı müqavilələr əsasında Rusiyadan Azərbaycana növbəti partiya silah və döyüş texnikasının gətirilməsi və Azərbaycan prezidenti İlham Əliyevin Davosdan Rusiya ilə yeni hərbi sazişlərin imzalanacağını anons eləməsidir. Hətta Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması tələbləri səslənməkdəir.

Hərçənd, naşükür ermənilərin hay-küyünə və isterikasına rəğmən, gerçək bundan ibarətdir ki, Ermənistan adında psevdo-dövlətin varlığı məhz elə əsas havadarı Rusiyanın hesabına mövcuddur. İşğalçı ölkənin təhlükəsizliyinin əsas qarantı da əlbəttə ki, Rusiyadır. Onun Türkiyə və İranla sərhədlərini, hava məkanını Rusiya hərbi qüvvələri mühafizə edir. İqtisadi böhran içində və blokada şəraitində olan, ümumi büdcəsi ölkəmizin hərbi büdcəsindən çox olmayan, xarici borclar içində itib-batan Ermənistanın on illərdir Azərbaycan torpaqlarını işğal altında saxlaması da təbii ki, Rusiya hesabınadır. Əks halda, Azərbaycan işğalçının başını çoxdan əzmiş, öz ərazi bütövlüyünü bərpa eləmişdi.

Bundan əlavə, Moskva İrəvana həm silah-sursatı, həm də təbii qazı dünya bazarına qiymətinə yox, məhz daxili qiymətə satır. Yəni kifayət qədər ucuz. Nəhayət, Rusiyada əmək miqrantı olan yüz minlərlə erməni yaşayır və öz ailəsini məhz orada qazandıqları pullar hesabına saxlayır. Bu üzdən hər gün dönə-dönə minnətdarlıq eləmək əvəzinə, ermənilərin ruslardan gileylənməsi absurdun zirvəsi sayıla bilər.

Vaqarşak Arutyunyan ile ilgili görsel sonucu

Bu qənaətimizi işğalçı ölkənin keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın dedikləri bir daha təsdiq edir. Arutyunyan bildirib ki, hazırda Rusiyada 4000-ə yaxın erməni zabit hazırlıq keçir. Onun sözlərinə görə, Ermənistan KTMT üzvü olmasaydı, Azərbaycanın qarşısında tab gətirə bilməzdi. “Çünki Qarabağ müharibəsi dövründə hərbi üstünlük Azərbaycanın tərəfində olub, amma ixtisaslı zabitlərin çatışmaması üzündən onlar bu üstünlükdən istifadə edə bilməyiblər. Biz bu gün silahları Moskvadan Azərbaycana satılandan iki dəfə ucuz alırıq. Rusiya ilə hərbi ittifaq sayəsində bizim güclü hava hücumundan müdafiə sistemimiz var”, - deyə o iddia edib.

Belədə məntiqli bir sual ortaya çıxır: Rusiya işğalçı ölkəyə daha hansı yaxşılığı eləməlidir ki, Ermənistanda “Moskva bizimlə müttəfiqlik öhdəliklərinə sadiq deyil” kimi həyasız bəyanatlar səslənməsin? Azərbaycan ərazilərinin işğalına əsas qarant Rusiyadırsa, Moskva faktiki surətdə İrəvanla işğal ortağıdırsa, hər şey aydın deyil? Demək, Ermənistan ikili oyun oynayır, öz işğal ortağı və şəriksiz sahibi Rusiyanı şantaj edir.

*****

Söz yox ki, İrəvanın bu oyunlarından və şantaj cəhdlərindən, Ermənistanda hökm sürən gizli-açıq anti-Rusiya ovqatından Moskvada yaxşı xəbərdardırlar. Ancaq belə cəhdlər çətin ki, Kremlin Qarabağ məsələsi də daxil, region siyasətinə əhəmiyyətli şəkildə təsir göstərə bilsin. Moskva hələ ki, öz maraqlarına hesablanmış oyununu uğurla davam etdirir.

“Kreml Cənubi Qafqazda çox həyasız siyasət yürüdür. Moskva Qarabağda sülh yaradılmasında maraqlı deyil. Rusiya münaqişə zonasındakı gərginlikdən (müharibədən yox, gərginlikdən) Cənubi Qafqaza maksimum şəkildə təsir göstərmək üçün istifadə edir”. Bu barədə ABŞ-ın Özbəkistan və Ukraynadakı keçmiş səfiri Con Herbst danışıb (Axar.az).

John Herbst ile ilgili görsel sonucu

Herbtsin fikrincə, Moskvanın Cənubi Qafqazda siyasətinin mahiyyəti Rusiyanı İrəvan və Bakı üçün vacib və əvəzsiz ölkəyə çevirməkdir. “Rusiya Ermənistana silah yardımı göstərmək və məsələn, Türkiyənin hücumuna qarşı təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməklə özünün həyati vacib ölkə olduğunu göstərməyə çalışır. Ermənistanın Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyünü pozmasına icazə vermək və eyni zamanda, Bakıya silah satmaqla Rusiya Azərbaycan üçün də həyati əhəmiyyətli ölkə rolunu oynamağa çalışır”, - deyə o qeyd edib.

Amerikalı diplomat hesab edir ki, Birləşmiş Ştatlar heç zaman münaqişənin həlli üçün lazımı diqqəti göstərməyib və Rusiyanın bu məsələdəki daha vacib rolunu qəbul etməsi də bu baxımdan təəccüblü deyil. “Münaqişə tərəflərinə təsir etmək qabiliyyəti olan yeganə ölkə kimi Rusiya öz növbəsində vəziyyətə nəzarət etmək istəyir. Rusiya bölgədə gərginlik olmasının tərəfdarıdır, ancaq müharibə istəmir” - eks-diplomat bildirib.

Herbts əvvəlki administrasiyalarda olduğu kimi, Tramp hakimiyyətinin də məsələnin həllində uğur qazana bilməyəcəyini bildirib: “20 il əvvəl ABŞ Dövlət Departamentində belə məsələlər üzərində çalışarkən Ermənistanın prezidenti çox ciddi dövlət xadimi Ter-Petrosyan idi və hesab edirəm ki, o, həqiqətən sülh müqaviləsinə nail olmaq istəyirdi. Ermənistanın radikal qüvvələri və diaspordakı radikallar ona Azərbaycanla saziş imzalamağa imkan vermədilər və onu öz postunu tərk etməyə məcbur etdilər. Hesab edirəm ki, bu, çox kədərli bir faktdır”.

Sonda amerikalı diplomat ermənilərin Dağlıq Qarabağ münaqişəsində radikal mövqe nümayiş etdirməklə özlərini olduqca xoşagəlməz bir reallıqla üzləşdirməsinə və gələcəklərini məhdudlaşdırmasına təəssüf etdiyini bildirib.

*****

Amerikalı keçmiş diplomatın qənaəti ilə razılaşmamaq mümkünsüzdür. Ermənilər doğrudan da öz avantürist liderlərinin sayəsində hələ ki, sonu görünməyən bir fəlakətin içindədirlər. Hələ də böyük güclərin, Rusiyanın əlində öz qonşularına - Azərbaycana, Türkiyəyə, hətta Gürcüstana qarşı alət olan Ermənistan, erməni xalqı anlamaq istəmir ki, bu - əsla tərəqqi yolu deyil, əksinə, daha dərin siyasi-iqtisadi bataqlığa aparan yoldur. Çünki heç bir xalq öz qonşuları ilə dil tapmadan, onlarla əmin-amanlıq içində olmadan rifah və təhlükəsizliyə qovuşa bilməz... 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam