Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ermənistanın Moskvanın müstəmləkəsi olması təsdiqləndi

 

Rusiyanın “Vzqlyad” nəşrinin şərhçisi Yevgeni Krutikov Ermənistanı təhqir edib.

"Xeberinfo.com":  Məlumata görə, rus əsgər Valeri Permyakovun bir erməni ailənin 6 üzvünü qətl etməsi ilə Gümrüdə yerləşən Rusiya hərbi bazası ətrafında yaranmış vəziyyəti şərh edən Krutikov ermənilərin tələblərini əsassız sayıb. O, rus əsgərin mühakimə edilmək üçün Ermənistana verilməsini doğru saymayıb. Bu zaman o, Ermənistanı tanınmamış Abxaziya və Cənubi Osetiya respublikaları ilə eyni tutub. “Yeri gəlmişkən, Rusiyanın Abxaziyadakı və Cənubi Osetiyadakı bazalarının hərbi qulluqçuları mütləq immunitetə malikdir və heç bir halda yerləşdikləri ölkənin hakimiyyətinin yurisdikasiyasına düşmür”, – deyə şərhçi vurğulayıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan – Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam