Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-ın ölkəmizdəki səfirinin fəallaşmasının pərdəarxası

 

 

Ekspert: “Son bir neçə həftədə Amerikada Azərbaycanla münasibətlərə xələl gətirən bir neçə addım atılıb”

 

Yenixeber.org: Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanın son günlərdə fəallaşması bəzi müzakirələr doğurub. Əvvəlcə səfirin vergilər naziri Mikayıl Cabbarov və ardınca da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşməsi diqqəti cəlb edib.

Bu görüşlərin ardından Sekutanın geri çağırıla biləcəyi və bunun üçün də onun bu tipli görüşlərə başladığı barədə iddialar ortaya çıxıb. Bu müzakirələrdə bir il öncə Amerika prezidenti Donald Trampın inauqurasiya mərasimindən sonra əvvəlki prezident Barak Obamanın dövründə təyin edilən səfirləri geri çağıracağı ilə bağlı yayılan xəbərlərə istinad olunur və həmin proseslərin məhz indi başladıla biləcəyi vurğulanır. Bu mərhələdə də Sekutanın ölkəsinə dönəcəyi bildirilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Sekutanın son günlərdə görüşlərinin intensivləşməsinin bir neçə səbəbi var: “Birinci səbəb odur ki, son bir neçə həftədə Amerikada Azərbaycanla münasibətlərə xələl gətirən bir neçə addım atılıb. Dövlət Departamenti sənəd yayaraq Azərbaycanın ABŞ vətəndaşları üçün təhlükəli olduğunu bildirib, ardınca bir neçə konqresmen Dağlıq Qarabağ separatçıları ilə birbaşa təmasların qurulmasının vacibliyini gündəmə gətirib. Aydındır ki, bunların fonunda Azərbaycanda ABŞ-ın tənqidi artıb. Yəni bu gedişat iki ölkə arasındakı münasibətlərə xələl gətirir. Odur ki, Sekuta fəallaşmağa qərar verib. Digər tərəfdən, Sekutanın son günlər bəzi müxalifət təmsilçiləri ilə görüşləri hakimiyyət nümayəndələrində suallar yaradıb. Sekuta rəsmilərlə görüşüb onları sakitləşdirməli idi. Ob yanvarın 24-də baş nazirin müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Görüşdə əvvəlcə ABŞ-ın məcburi köçkünlərə dəstək mövzusu müzakirə olunub. Qeyd edilib ki, 24 ildə beynəlxalq humanitar təşkilatlar Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 1.4 milyard dollar ayırıb, bunun da 820 milyon dolları ABŞ-ın payına düşür.

İlgili resim

Bu, ABŞ Dövlət Departamenti, Müdafiə və Kənd Təsərrüfatı nazirliklərinin ayırdıqları vəsaitdir. 1993-2000-ci illərdə ABŞ-ın Azərbaycanda humanitar və inkişaf proqramlarının həyata keçirilməsi sahəsində 33 təşkilatı olub, hazırda 6 beynəlxalq humanitar və inkişaf təşkilatı fəaliyyət göstərir. ABŞ təşkilatları Abşeron rayonunda məcburi köçkünlərlə bağlı yeni bir layihənin başlanmasını nəzərdə tutur. Görüşdə səfir Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Səfir ABŞ-ın münaqişənin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqtonun münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Elə bu görüşün özü və səslənən rəqəmlər ondan xəbər verir ki, ABŞ Azərbaycana tərəfdaş kimi baxır və maliyyə dəstəyini əsirgəmir. Belə baxanda Rusiya qaçqınlarımıza və məcburi köçkünlərimizə nə vaxt kömək edib, hansı yardımı edib? Belə bir hal yoxdur. Amerikanın isə Azərbaycana dəstək təcrübəsi var. Sadəcə, gərək Vaşinqtondakı diplomatlar və konqresmenlər Azərbaycanın Amerikanın regional siyasətinə verdiyi dəstəyi də unutmasınlar. Əfqanıstana yardımı və maliyyəni Azərbaycan göndərir, Ermənistan yox. Bölgənin Rusiyadan yan keçən enerji və nəqliyyat layihələrinin təşəbbüskarı da Ermənistan deyil, Azərbaycandır. Bunu gərək unutmasınlar, ermənilərə simpatiyalarını gizlətməzkən, Ermənistanın hansı dövlətin müttəfiqi olduğunu da xatırlasınlar”.

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova Amerikada səfir təyinatının proseduralarının çətinliyindən söz açdı: “ABŞ-ın səfir təyinatı bir qədər mürəkkəb prosedurdur və bəzən Ağ Evlə Konqres arasındakı qarşıdurmada siyasi manipulyasiya alətinə çevrilir. Lakin son illərdə Azərbaycana təyin olunan səfirlər və ümumiyyətlə, səfirlər məsələsində bir qədər fərqli situasiyalar meydana çıxıb. Brayza Senatda təsdiq olunmadı və Obamanın birbaşa əmri ilə ölkəmizə səfir təyin olundu. Morninqstar isə bəzi iddialara görə, öz postunu vaxtından əvvəl təhvil verdi. Tramp hakimiyyətə gəldikdən sonra isə Obamanın təyin etdiyi 80-ə yaxın səfiri geri çağırdı. Sekutadan əvvəlki səfir Morninqstarın AzadlıqRadiosuna müsahibəsində insan hüquqları məsələsi ilə bağlı bəzi fikirlər var idi. Hətta onun vəzifəsini vaxtından əvvəl tərk etməsi bununla əlaqələndirilməyə çalışılırdı. Lakin ABŞ Azərbaycana çox önəm verir və buradan gedən səfirlər bir qayda olaraq məsul sahələrə göndərilir və yaxud böhran regionlarına təyin olunurlar. Ümumiyyətlə, bir çox ölkələrdə, o cümlədən ABŞ diplomatik xidmətində belə bir qayda var ki, müharibə, silahlı münaqişə, vətəndaş müharibəsi və s. bölgələrdə xidmət edən diplomatlar təhlükəli işlə məşğul olan işçilər kateqoriyasına aid edilirlər, onların maaşı daha yüksək olur, xidmət illəri güzəştli əsaslarla hesablanır və s.

Sekutanın fəaliyyətində isə indiyədək bir problem hər halda cəmiyyətə görünməyib. Onun vergilər naziri ilə görüşməsi yəqin ki, yeni təyinatla bağlıdır. Şeyxülislamla görüşü isə bununla bağlı ola bilər ki, ABŞ həm dini mühiti daima diqqətlə izləyir, eyni zamanda yanvarın sonunda İstanbulda Qüdslə bağlı din xadimlərinin tədbirinin keçirilməsi və burada Şeyxülislam Paşazadənin iştirak etməsi gözlənilir. Görünür, tədbir öncəsi bu məsələlərdə tərəflərin mövqeyi də müzakirə olunub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam