Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Senatı Azərbaycanda səfir postunu təsdiqləyib

 

ABŞ Senatı Robert Frensis Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyinatını təsdiqləyib. 

"Xeberinfo.com":  APA-nın məlumatına görə, Senatın dekabrın 16-da keçirilmiş iclasında R. F. Sekutanın Azərbaycana səfir göndərilməsi barədə prezident Barak Obamanın təqdimatı öz təsdiqini tapıb.

ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard M. Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də “Twitter” hesabından Senatın ABŞ-ın Azərbaycan və Ermənistanda səfiri postuna namizədləri təsdiqlədiyini yazıb, bu münasibətlə təbriklərini çatdırıb.

R. Mills 1990-cı illərdə ABŞ Dövlət Departamentində Ermənistan və Azərbaycan məsələləri üzrə şöbəyə rəhbərlik edib.

Müzakirələr senator Harri Reidin sədrliyi ilə keçirilib.

Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam