Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Müharibə, yoxsa diplomatiya:doldurularaq Afrinə tuşlanmış türk topları atəş əmri gözləyir – Təhlil

Türkiyə artilleriyası Suriya sərhədində

 

Sami Koen

Milliyet (Türkiyə), 19.01.2018

 

Yenixeber.org: Türkiyə xalqı artıq neçə gündür həyəcanla gözləyir ki, KİV-lər Türkiyə Silahlı Qüvvələrinin Xalq Özünümüdafiə Dəstələrinin (YPG) Suriyada ələ keçirdiyi Afrin şəhərinə dair hərbi əməliyyatların başlandığı haqda məlumat verəcək. Bu gözlənti bu sətirlər yazılana yaxın hələ doğrulmayıb. Lakin bu, əlbəttə, bildirmir ki, o, ən yaxın saatlarda həyata keçirilməyəcək…

Hərbi baxımdan bütün hazırlıqlar bitib; əməliyyatın başlanması haqda əmrin hələ də verilməməsi isə bundan doğur ki, məsələ diplomatik müstəviyə keçib.

Türkiyə hərbi müdaxilə həyata keçirmək qətiyyətini bildirəndən sonra çox şey dəyişilib. ABŞ əvvəllər bildirdiyi “sərhəd mühafizə gücləri” yaradılması haqda məsələdən “bir addım geri” çəkilib və ya, ən azı, bu məsələ üzrə öz mövqeyini dəyişib… Afrində mümkün əməliyyat haqda bir neçə gün ərzində fikrini ifadə etməyən Rusiya ilk siqnallar verməyə başlayıb ki,  əməliyyata mane olmayacaq…

Ankaranın həm hərbi, həm də diplomatik səyləri iki ayrıca məsələ üzrə edilib. Bunlardan biri Afrin əməliyyatı ilə bağlıdır və burada əsas ünvan sahibi Rusiyadır. Bu bölgə Rusiya ordusunun nəzarətindədir və hava məkanında ruslar və Əsəd rejimi üstünlük təşkil edir. Deməli, Türkiyə SQ-nin Afrinə nisbətdə əməliyyatını Moskva ilə uzlaşdırmaq lazımdır və hər şeydən əvvəl Türkiyə hərbi təyyarələrinin fəaliyyətinə Rusiyanın razılığı lazımdır. Buna görə də əməliyyatın keçirilməsi üçün diplomatik sahədə həyata keçirilməsi tələb olunan son vəzifə Moskvanın “yaşıl işığına” nail olmaqdır. Türkiyə Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar bu günlərdə Moskvaya məhz bu məqsədlə səfər edib. Bu əlaqələndirmə təmin olunsa, Afrin əməliyyatının qarşısında daha əngəl  qalmayacaq…

Türkiyənin digər diplomatik cəbhəsi ABŞ tərəfdən YPG-yə dəstəklə bağlıdır və burada durum daha dolaşıqdır. ABŞ-ın PKK-nın şaxəsi YPG-yə külli miqdarda müasir silahlar verdiyi və YPG-ni sərhəd mühafizə güclərinin komandanlığının başına qoyduğu faktı Ankaranın səbrini tükədib. Türkiyə rəhbərliyi amerikalı həmkarlarıyla danışıqların gedişində siqnal verib: bu duruma son qoyulmasa, Türkiyə-Amerika münasibətləri qəti şəkildə çökəcək.

 

ABŞ nə edir?

 

ABŞ dövlət katibi və Pentaqonun son bəyanatları göstərir ki, bu siqnal başa düşülüb. Lakin nə dərəcədə “geri addım” atıldığı hələlik aydın deyil. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ifadəsincə, Ankara tam qane edilməyib; inamsızlıq saxlanır… ABŞ (təkcə sözdə deyil) işdə öz mövqeyini dəyişənə qədər…

Türkiyənin bununla bağlı ABŞ-a aid iki mühüm tələbi var: birincisi, YPG-yə verilmiş silahları geri almaq, ikincisi, YPG ilə əlaqələri kəsmək (və dəstəyi dayandırmaq)…

Vaşinqton özünün Suriya strategiyası çərçivəsində bu şərtləri yerinə yetirməyə razılaşacaq? Diplomatik üsulla bu münaqişənin həlli tapıla bilərmi?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam