Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Afrin əməliyyatı:4 kənd ələ keçirildi - Video

Afrin əməliyyatı:

 

 

Azad Suriya Ordusunun qüvvələri Afrində PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub

 

Yenixeber.org: Qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.

Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.

***

Azad Suriya Ordusunun kürd silahlılarına qarşı əməliyyatına dəstək vermək üçün Türkiyə tankları Afrinə daxil olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hərbi texnikanın heç bir müqavimətə rast gəlmədiyi bildirilir.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatlarının bazar günü başlanılacağını açıqlamışdı.

***

Yerli vaxtla 11:05-də Türk Silahlı Qüvvələri Afrin istiqamətində quru hücumuna başlayıb. Ordu Kilisin Gülbaba kəndi istiqamətində sərhədi keçərək irəliləyib.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Hücumda Bolu və Kayseridən gətirilən xüsusi təyinatlılar və komandosların iştirak etdiyi bildirilir.

***

Türkiyə Silahı Qüvvələrinin dəstəyi ilə Afrin əməliyyatına başlayan Azad Suriya Ordusu qüvvələri PYD ilə qarşıdurma zamanı Şengel kəndini ələ keçirib.

Şengel Türkiyə sərhədini keçdikdən sonrda ilk kənddir.

***
“Star” qəzetinin yaydığı məlumata görə, Azad Suriya Ordusu YPG-nin nəzarətində olan dörd kəndi - Azman, Şengel, Adamanlı, Balinlini ələ keçirdiyini açıqlayıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam