Yenixeber.org: Xarici media xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı hərbi əməliyyat təşkil edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindən sonra növbəti hədəfin Manbic olduğunu dilə gətirmişdi. Daha əvvəl Afrinə YPG terror təşkilatına dəstək vermək məqsədilə qoşun yeritməyə çalışan Əsədin bu addımı uğursuzluqla nəticələnmişdi.
Yeni iddiada Bəşər Əsədin növbəti hədəfi kimi Manbic göstərilir. Afrindən 130 km məsafədə yerləşən Manbic YPG tərəfindən yaradılan Demokratik Suriya Qüvvələrinin nəzarətindədir.
Gülşən