Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyalı politoloq:“Rusiya Qarabağ savaşında Azərbaycanla Ermənistanı təkbətək qoysa...” – Təhlil

Pyotr Akopov

vz.ru, 18.01.2018

 

Yenixeber.org: Ermənistanda yeni antirusiya əhvali-ruhiyyəsinin yeni bəlirtiləri haqda məlumatlar gəlib. Bu dəfə Ermənistan sərhədini rusiyalı sərhədçilərin qoruduqlarından narazılıq ifadə olunub. Və doğrudan da – Rusiya bu müstəqil ölkənin ərazisində hərbçilərə malik olmağı niyə önəmli sayır və Moskvanın bu bölgədə maraqları hansılardır?

İrəvanda Ermənistan sərhədinin qorunması haqda məsələnin müzakirə olunduğu dəyirmi masa barədə məlumat Rusiya mətbuatında Ermənistan KİV-lərindən təkrar çap kimi meydana çıxıb. Sərhədi qoruma funksiyalarının FTX-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməsini “Ermənistan fəalları”nın ən səs-küylü tələbi adlandırmaq olar.

Guya iki ölkənin 1992-ci il sazişi köhnəlib və indi Ermənistan özünü qoruya bilər – əvvəlcə 2020-ci il yanvarın 1-ədək Ermənistan-İran, sonra isə Ermənistan-Türkiyə sərhədi üzərində də nəzarəti Ermənistan tərəfə vermək lazımdır. Ki yekunda Ermənistanın “suveren öhdəliklərinin bərpasına” səbəb olacaq və hətta “strateji Mehri istiqamətində Azərbaycan qüvvələrinin hücumu halında müdafiə resurslarını möhkəmləndirəcək”.

Yeddi imzaçı xəbərdarlıq edib ki, bu təkliflər gərəyincə münasibət tapmasa, etiraz aksiyaları keçirmək hüququnu özündə saxlayır. İmza atanlar nə görkəmli erməni siyasətçiləri, nə də az-çox populyar simalardır – belə ki, bu cür “təşəbbüsü” prinsipcə, sadəcə, bizim amerikalı “tərəfdaşlarımızın” Rusiyaya qarşı apardığı informasiya-texnologiya savaşının ünsürü adlandırmaq olar. Yəni fakt deyil ki, bu müraciəti məhz  amerikalılar başladıb – lakin Ermənistan-Rusiya əməkdaşlığının zəifləməsi yönündə istənilən hərəkət onlara əl verir. Çünki Ermənistan Rusiyanın ən yaxın hərbi-siyasi müttəfiqi, KTMT və Avrasiya Birliyinin üzvü olsa da, Ukrayna və ya Moldova uğrundakı kimi kəskin olmasa da, onun da uğrunda mübarizə gedir. Atlantçılar keçmiş SSRİ respublikalarından heç birini Rusiya milli maraqları zonasına mənsubluqda etiraf etməyə belə asanlıqla hazır deyillər.

Bəli, hazırda Ermənistanda Rusiyadan qopmaq cəhdi üçün şərait yoxdur, lakin cəmiyyətin bir qisminin ölkəmizə, heç olmasa, şəkli,  ya da tənqidi münasibətinin saxlanması üzrə hər halda iş aparılır. Gələcəyə hədəflənməklə – Ermənistanın Rusiyadan qopmasıyla bağlı variantı oynamağı sınamaq mümkün olan kimi.

Lakin geopolitik rəqibin hədəfləri aydındırsa, onda Ermənistan cəmiyyətinin mövqeyi xüsusunda necə? Orada  antirusiya əhvalı üçün zəmin varmı? Böyük hesabla, xeyr. Əlbəttə, ayrıca qruplar və ya siyasətçilər (iki əsas mövzudan istifadə etməklə – “Rusiya Azərbaycanı silahlandırır” və “Qərb bizə Rusiyadan daha yaxşı yardım edəcək”) bu oyunu oynamağa cəhd edirlər, amma yetərincə nəticəsiz və yetərincə dürüst şəkildə.

Məsələ burasındadır ki, bu Cənubi Qafqaz respublikasının ağlı başında olan hər bir sakini anlayır ki, Rusiya ilə ittifaq onun özünün mövcudluq faktına başlıca zəmanətdir. Varlı və yaxud yoxsul olması önəmli deyil – sadəcə, dinc mövcudluğuna.

İş ondadır ki, SSRİ-nin dağılması (bundan əvvəl İttifaqın laxlaması üsullarından biri) Qarabağ probleminin kəskinləşməsinə, yəni Azərbaycanla Ermənistan arasında keçmiş Dağlıq Qarabağ muxtariyyəti uğrunda ərazi mübahisəsinə səbəb olub. Ermənilər Azərbaycana müharibədə qalib gəliblər və Qarabağ Bakının nəzarətində olmayan ərazi durumunu möhkəmləndirə bilib. Lakin bunun bədəli təkcə iki ölkənin sərhədlərindəki daimi gərginlik deyil, həm də itirilən əraziləri qaytarmağa Azərbaycanın təbii arzusu olub. Azərbaycanın iqtisadi və demoqrafik üstünlüyü elədir ki, bu iki ölkə özbaşına buraxılsa, hücumları dəf etməkdə Ermənistanın şansları ildən-ilə daha da xəyali olardı.

Lakin yeni Azərbaycan-Ermənistan savaşında deyil, Cənubi Qafqazda sakitlikdə marağı olan Rusiya var. Rəsmi dildə deyilsə, həm Azərbaycana, həm də Ermənistana “strateji tərəfdaş” kimi, loru danışsaq, həyati maraqlar zonamızda yerləşən ölkələr kimi yanaşılır.   Onların arasındakı mübahisənin tənzimlənməsi Rusiya üçün önəmlidir. Amma məsələnin son dərəcə qəlizliyi nəzərə alınsa, Moskva status-kvonun saxlanmasının daha yaxşı olduğundan çıxış edir. Yəni Rusiya da qalan bütün dünya kimi Qarabağı müstəqil dövlət bilmir (yəni beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsi kimi baxılır), amma bununla yanaşı ümid edir ki, Azərbaycan və Ermənistan zaman keçdikcə ərazi mübahisəsini tənzimləməyi bacaracaq: məsələn, qismən ərazi mübadiləsi yoluyla. Yeri gəlmişkən, Cənubi Qafqazın hər iki dövlətinin Rusiya ilə münasibəti nə qədər etibarlı olsa, dinc tənzimləmə şansları bir o qədər böyük olacaq – çünki bu zaman xarici güclərin (həmincə atlantçıların) Qarabağ mövzusunda spekulyasiya üçün imkanları az olacaq.

Böyük hesabla, Qarabağ probleminin etibarlı həlli Ermənistanla Azərbaycanın yalnız vahid dövlətin tərkibinə qayıdacağı halda mümkündür – bu, Rusiya İmperiyası və SSRİ-nin əvəzinə Avrasiya Birliyi adlana bilər. Onda elə həmin Qarabağ və mübahisəli digər ərazilər mərkəzi, yəni apolitik və tərəflərdən hər hansına birinə üz verməyə marağı olmayan Moskva hakimiyyəti tərəfindən bölünəcək. Amma buna hələlik çox var – Avrasiya Birliyinə ancaq Ermənistan daxildir, bir də hələ vahid dövlət səviyyəsinədək yetişməyib. Rusiyanın Qafqaz aşırımının o tərəfində savaşda maraqsızlığı aydındır, lakin Ermənistanda bizi daha nə cəlb edir?

Adətən, tarixi bağlardan, rus və ermənilərin köhnə dostluğundan, qarşılıqlı rəğbətindən danışırlar. Lakin bu, heç də hər şeyi izah etmir, düzünü isə desək, əsas məsələ deyil. Bəli, milyonlarla erməni artıq çoxdan Rusiyada yaşayır, amma son onilliklərdə bir neçə milyon azərbaycanlı da Rusiyaya köçüb. Bəli, ermənilər xristiandır, lakin rusların müsəlman azərbaycanlılarla da özəl problemi yoxdur, amma budur, qoy dövlət səviyyəsində olsa da, pravoslav gürcülərlə tam dalaşıblar. Bəli, bəzi baltlardan fərqli olaraq russevməzlik ermənilərə xas deyil, amma bu, azərbaycanlılarda da yoxdur. Belə ki, Rusiya özünün iki gələcək (mətndə bu cürdür-tərc.) respublikası arasında seçim etməyəcək və istəmir, lakin Ermənistanda bir əlavə keyfiyyət var. Orada Rusiya hərbi bazası yerləşir və sərhədçilərimiz dayanırlar. Rusiyanın Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədinin 300 km-dən çox hissəsini özününkü kimi qoruması Ermənistanı sanki Rusiyanın bir hissəsinə çevirir.

Gümridəki baza da hətta keçən ildən başqa cür adlanır – indi, sadəcə, iki ölkənin yaratdığı Birləşmiş Qoşun Quplaşmasının tərkib hissəsidir. Ermənistanı da Rusiya kimi qoruyan sərhədçilərimiz də orada dururlar. Yəni cənub hüdudlarında maraqlarımızın qorunması 30 və 100 il əvvəlki kimi oradan başlanır. Gümridə yerləşdirilmiş HHM və HKQ-nin önəmi yalnız artacaq.

Ermənistanı iqitsadi baxımdan maraqlı və Rusiya üçün xüsusən sərfəli ərazi adlandırmaq çətindir. Lakin ölkəmiz ticari-pulgirlik maraqlardan çıxış etməklə yaradılsaydı, dünyada ən böyük ölkə deyil, müstəmləkələrin fəthi və sonrakı istismarıyla ərsəyə gələn Britaniya imperiyası olardı. Müvəqqəti, lıakin çox güclü şəkildə öyünən, amma sonra eləcə sürətlə dağılmış olardı. Ermənistan Rusiya üçün ciddi hərbi və geopolitik önəmə malikdir – iki xalq arasında bu özüldə yaxşı münasibətlər qurmağa bəs edəcəyindən də çox.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam