Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

««Avanqard» raketi ABŞ RƏM sistemini lazımsız edir» -Ekspert rəyi

 

21400Sürəti «Max ədədi»ni (təxminən səs sürətinə uyğun gəlir) 20 dəfə üstələyən Rusiyanın ən yeni «Avanqard» raketi Amerika Birləşmiş Ştatlarının (ABŞ) raket əleyhinə müdafiə (RƏM) sistemini tamamilə lazımsız edir. 

Yenixeber.org: Nədən ki, bu sistemlərin raket əleyhinə işlədilən raketlərinin maksimal sürəti 5 «Max»a bərabərdir.
Bu barədə, Rusiyanın raket silahları üzrə tanınmış hərbi eksperti, Rusiya hərbi-hava qüvvələri Mərkəzi Elmi-Tədqiqat İnstitutunun (METİ) sabiq əməkdaşı Aleksey Leonkov bəyan edib.
Bundan əvvəl, Rusiya Prezidenti Vladimir Putin Federal Məclis qarşısında çıxışı zamanı bəyan etmişdi ki, Rusiya Federasiyasında yeni «Avanqard» sistemi yaradılıb. Bu sistem atmosferin sıx qatlarında, hipersəs sürəti ilə qitələrarası məsafəyə uçmaq qabiliyyətinə malikdir. Bu zaman raket «Max ədədi»ni 20 dəfədən çox üstələyir.
«Hesab edirəm ki, bu Amerikalıların Avropada yerləşdirdikləri RƏM kompleksinə bir cavabdır. Amerikanın raket əleyhinə raketləri, o cümlədən, «Aegis» maksimum 5 «Max ədədi» sürəti ilə uçurlar. Heç olmasa, 10 «Max ədədi» sürətilə uçan raketə çatmaq üçün azı 15 «Max ədədi» sürətlə üçün raket əleyhinə raket lazımdır. Amerikalıların belə raketi yoxdur – onlar bu sahədə sadəcə, gücsüzdürlər» – deyə, Leonkov izah edib.
Ekspert qeyd edib ki, Rusiyanın hipersəs sürətli raketi «birinci kosmik sürət»ə (saniyədə 6 kilometr) uyğun gələn sürətə malikdir və o, yüksək dəqiqliklə vurmaq qabiliyyəti ilə seçilir.
«İyirmi «Max ədədi» – bu, təxminən birinci kosmik sürətdir. Bu zaman, raket hədəfə çatarkən yüksək dəqiqliklə manevr edə bilir ki, bunun da dünyada analoqu yoxdur. Heç bir RƏM sistemi onu «tutu» bilməz» – deyə, ekspert fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam