Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsrail dünyaya meydan oxudu

 

     

      “Sabitlik bərpa olunana qədər Qəzzada əməliyyatlar davam edəcək”

 

  "Xeberinfo.com": Bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.Jurnalistlərin suallarını cavablandıran yəhudi baş nazir əməliyyatların davam edəcəyinin mesajını verib. Baş nazir dünya ictimaiyyətinin qınağıa baxmayaraq mübarizəsinin davam edəcəyini diqqətə çatdırıb: “Qəzzada əməliyyatlar uzun müddət də davam edə bilər. İsrail Qəzzadakı Həmas və digər terror təşkilatlarına qarşı hərbi əməliyyatları davam etdirməkdə qərarlıdır. Həmas İsrail şəhərlərini raketlərlə təsadüfi və davamlı olaraq vurur. İsrail isə Həması şiddəti yavaş-yavaş artaraq vuracaq”.
Netanyahu düşmənlərinin harada gizlənə biləcəkləri barədə də açıqlamalar verib: “Bunu yaxşı başa düşmək lazımdır ki, düşmən məscidlərdə gizlənir, xəstəxanaların anbarlarından silah anbarı kimi istifadə edir və liderləri uşaq bağçalarının yaxınlığındadır”.
Baş nazir bildirib ki, İsrail Qəzzadakı mülki vətəndaşların əziyyət çəkməyindən narahatdır, amma bunun məsuliyyətini Həmas daşıyır. Çünki Həmas mülki vətəndaşlardan qalxan kimi istifadə edir: “İsraillə Həmas arasındakı fərq ondadır ki, İsrail xalqını raketlərdən qorumaq üçün raketdən müdafiə sistemi qurur, Həmas isə raketdən qorunmaq üçün xalqından istifadə edir”.
Qeyd edək ki, İsrailin Qəzzaya son hücumları nəticəsində 166 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam